Hal-hazırda Ayna qəzetinin 07.08.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 07.08.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Lerikdə məmurların öz qanunları, öz ana yasaları var
Lerikdə məmurların öz qanunları, öz ana yasaları var
Bu qanunlar körpələrin pullarını əllərindən almağa imkan verir
Şənbə, 07.08.2010


İdrak Abbasov, Lerik
mətn ölçüsü  

Paytaxtda olduğu kimi, ucqar cənub şəhəri olan Lerikdə də "neft qoxusu" var. Mərkəzdə bir park tikilib ki, ona tamaşa etməyə iki göz bəs etmir. Hələ rəngbərəng fəvvarələri və dekorativ bitkiləri demirəm...

Hamıya qapalı muzey

Parkın üst tərəfində, əvvəllər Şəhidlər Xiyabanı yerləşmiş yerdə Roma imperiyasının Senat binasına bənzər bir tikili var. Bu əzəmətli bina, demək olar, istifadəsizdir. Nə gələn var, nə gedən. Binanın fasadında "Heydər Əliyev muzeyi" yazılıb, amma qapıları hər kəsin üzünə bağlıdır. Lerikdə olduğum bir neçə gün ərzində bu cəlbedici binadakı eksponatlara tamaşa etmək istəsəm də, mümkün olmadı. Bir qədər maraq edəndən sonra bəlli oldu ki, bu bina bütün sakinlərin üzünə bağlıdır. Qapılar yalnız qulluqçular tərəfindən açılaraq təmizlik işləri görülür və yenidən bağlanır.

Təbii fəlakətdən zərər çəkənlərin gözü yolda

Heydər Əliyev muzeyi ilə yanaşı, şəhərdə digər cəlbedici bina icra hakimiyyətinə məxsusdur. Bu binaya daxil olmaqda ciddi problem olmasa da, otaqlarda vəzifəliləri tapmaq bir qədər müşkül məsələdir. Məsələn, bu binada Lerikdə ötən ilin payız-qış və bu ilin yazında baş vermiş qasırğa nəticəsində dəymiş ziyanın necə aradan qaldırılması ilə tanış olmaq istəmişdim. Çünki əhali onlara dəymiş ziyanın aradan qaldırılması üçün dövlətdən heç bir yardım almadıqlarını bildirirdi. Kimlərsə borc-xərclə evlərinin uçmuş damlarını təmir edib, kimlərsə hələ də dövlətdən yardım gözləməkdədir. Çünki hamı telekanallarda görüb ki, bəs Lerikdə baş vermiş qasırğanın nəticələrini aradan qaldırmaq üçün maşın-maşın şifer, taxta, şüşə yola salınıb. İndi xalq öz halalca haqqının sorağındadır.

Polisi və həkimləri dəli edən hadisə

Bu bina ilə üzbəüzdə yerləşən və bir tərəfdan baxanda beş, digər tərəfindən baxanda cəmi dörd mərtəbəsi olan başqa bir yaraşıqlı bina da var.

REKLAM

Bura Lerik Mərkəzi Xəstəxanasının binasıdır. Sadaladığım binalardan fərqli olaraq yeni tikilməyib. Bina elə rayon əhlinin dediyi kimi, "rusun dövründə" tikilib, amma insafən, yenicə təmirdən çıxıb. Məmurlar və onları dəstəkləyən siyasətçilər demişkən, "görülən yaxşı işləri görmədiyim və ya ancaq problemləri axtardığıma görə" bu binaya yaxınlaşmağı və görməyi qərara aldım. Oradan ucalan qıy-qışqırıq məni əməllicə qorxutdu.

...Demə, Lənkəran Regional Əsəb Xəstəlikləri Dispanseri Astara rayonundan olan iki nəfər ruhi xəstəni Lerik şəhər Polis Şöbəsinə göndərib. Polis şöbəsindəki paqonlular bu xəstələri onların üstünə göndərənlərin anormal qərarlarından az qalmışdı pasiyentlərin gününə düşələr. Nə edəcəklərini bilmədikləri üçün işin ən asanına yönəliblər. Yəni telefona əl ataraq xəstəxanaya zəng ediblər ki, bəs gəlib xəstələri aparın. Xəstəxana da təmirdən sonra aldığı təzə təcili tibbi yardım maşınını göndərir xəstə dalınca. Amma bəlli olur ki, bu xəstələr onların "müştəriləri deyil". Bu səbəbdən də paqonlular və ağ xalatlılar arasında həngamə qopub. Ağ xalatlılar deyir ki, xəstəxanada əsəb xəstələrini saxlamağa müvafiq şəraitli palataları yoxdur, polis isə deyir ki, hər halda, bunlar xəstədir və biz onları dustaqxanaya salan deyilik.

Açığı, bu vurhavurun kimin xeyrinə bitdiyini bilməsəm də, onu bildim ki, Lerik Mərkəzi Xəstəxanası doğrudan da qəşəng təmir edilib, xəstəxanaya yeni avadanlıqlar verilib, hətta xəstəxanada "UZİ" və başqa kabinələr də açılıb, hələ desən rayona bir neçə peşəkar həkim də göndərilib.

Hərc-mərclik və korrupsiya ocağı?

Bu binalardan bir qədər aralı "hamını maraqlandıran" başqa bir bina da var. Söhbət Dövlət Sosial Müdafiə Fondunun binasından gedir. Bu binanı Lerikdə uşaqdan-böyüyə hamı tanıyır. Bu sahədə qayda-qanunları səlis bilməsəm də, Lerikdə sosial müdafiə və sosial təminat sahəsində müdhiş problemlər olduğunu duydum. Sosial Müdafiə Fondu yeni doğulmuş uşaqlara verilən birdəfəlik dövlət yardımı olan 75 manatı, sözün həqiqi mənasında, əksər körpələrin dartıb əlindən alır. Məsələn, əgər yeni doğulan körpənin valideyni və ya babasının pay torpağı varsa və bu pay torpağına görə illik vergini verməyibsə, həmin pulu bu yeni dünyaya göz açmış körpə bala ödəməlidir.

Müvafiq ödəmələrin olmadığı təqdirdə dövlət vətəndaşın pay torpağını məhkəmə qaydasında geri almaq imkanındadır. Amma gördüyümüz kimi, Lerik məmurları vergini qoparmağın çox orijinal üsulunu icad ediblər. Amma belə bir "effektiv" üsulun müəlliflik hüququnun kimə məxsus olduğunu nə qədər çalışdım, aydınlaşdıra bilmədim.

Müəyyən etdim ki, Lerik məmurları nə qanun tanıyırlar, nə də konstitusiya. Onlar özlərindən böyük məmurları və onların tapşırıqlarını tanıyırlar. Özlərindən bir pillə yuxarıda oturanın tapşırıqlarını qanun və hətta Ana Yasa bilirlər. Kimi dindirdimsə, "tapşırıq yuxarıdan gəlib" dedi. Özünün isə "əla kişinin oğlu" və ya qızı olmasını isbat etməyə çalışdı.

Ünvansız sosial yardım

Sosial təminat sahəsində başqa bir problem isə yoxsulluğun aradan qaldırılmasına yönəlik "ünvanlı sosial yardım"dır. Lerikdə bu məsələ "ünvansız sosial yardım" adını alıb. Yəni bu yardım sənin varlı və ya kasıb olmağından asılı olmayaraq ayrılır.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

Lənkəran 5000 turist gözləyir

"Meymun uşağın əlini dişləyib"

Texnoparklar yaradılacaq

Bir ucqar cənub şəhərində

Qasırğa böyük maddi ziyan vurub

Bölmənin digər xəbərləri
 
Şəhər susuzluqdan əziyyət çəkir
"Azərsu" isə sakinləri israfçılıqda günahlandırır

Təqaüdçü 80 manat alırsa...
Hər kəsin yüksək yaşadığını düşünmək olmaz

Azərbaycanda hər dörd nəfərdən biri ölkədən getmək istəyir
"Gallup"un sorğusuna görə, Ermənistanda əhalinin az qala yarısı bu fikirdədir

Geni dəyişmiş məhsullardan necə qorunaq?
Cəmiyyət bu barədə biliksizdir

Meşə yanğınlarını DİN araşdıracaq
Bu hallar ölkə üçün son dərəcə ciddi təhdid sayılmalıdır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər