Hal-hazırda Ayna qəzetinin 07.08.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 07.08.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Geni dəyişmiş məhsullardan necə qorunaq?
Geni dəyişmiş məhsullardan necə qorunaq?
Cəmiyyət bu barədə biliksizdir
Şənbə, 07.08.2010

A.Əhmədova mətn ölçüsü  

Dünya alimləri genetik modifikasiya olunmuş ərzaq məhsullarının ziyanı və faydası barədə uzun-uzadı mübahisə etdikləri bir zamanda milyonlarla insan heç nədən xəbəri olmadan həmin məhsullardan istifadə etməkdədir. Ekoloqlar da həyəcan siqnalı çalırlar. Çünki genetik dəyişmiş formaların ekosistemlərdə fəlakətli dəyişiklik gətirəcəyindən ehtiyatlanırlar. Genetik modifikasiya edilmiş orqanizmlərin yetişdirilməsi problemi ilə bağlı ekoloji risklərdən başqa qida riskləri də mövcuddur. Elə buna görə də ABŞ və Avropa ölkələrində transgen məhsullar ayrıca satılır və diqqətlə markalanır. Bu məhsullar xeyli ucuzdur. Bizdə isə transgen məhsullar markalanmır. Adi məhsullarla bir yerdə satılır və qiyməti də elə onlarla bərabərdir. İranda, Hindistanda genetik modifikasiya edilmiş məhsulların satışı geniş vüsət alıb.

Alimlər iddia edirlər ki, insanın qidalanma zəncirinə transgen məhsulların daxil edilməsi yeni xəstəlik törədici bakteriyaların yayılmasına gətirə bilər. Amma qidalanmada transgen məhsullardan istifadənin necə riskli olduğunu başa düşmək üçün bir neçə onillik və genetik modifikasiya edilmiş orqanizmlərlə qidalanmış bir neçə nəslin dəyişilməsi lazımdır. Alimlər siçanların üzərində apardığı eksperimentlərlə fiziki deqradasiya, allergiya, imunitetin aşağı düşməsini üzə çıxarıb. Problem ondadır ki, gen mühəndisliyinin fəsadlarını aradan qaldırmaq gec ola bilər.

Gen mühəndisliyi sürətli inkişaf yolu keçməkdədir və onun inkişafı bəşəriyyətin tərəqqisinə misilsiz töhfələr versə də, onun mənfi tərəfi də var. Azərbaycan MEA İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva deyir ki, bioetikanın cəmiyyət üçün əhəmiyyətliliyinə heç bir şübhə yoxdur:

"Ancaq bu barədə həm də narahatlıqla danışmaq lazımdır. Hazırda gen diaqnostikası, gen terapiyası və nanatexnologiyaların sürətli inkişafı nəticəsində insan genləri ilə manipulyasiyanı tənzimləməyə yönəlmiş qanunvericilik normalarının hazırlanması aktuallıq kəsb edir. Özlərini xeyriyyə layihələri kimi göstərən bu transmilli proqramları korporativ münasibətlərə və biznes sisteminə transformasiya edərək milyonlarla insanın həyatı üçün ciddi təhlükə yaradıla bilər".

Direktor qeyd edir ki, bioetika elmi Azərbaycanda inkişaf etməyib.

REKLAM

Təbii olaraq, bu sahədə mütəxəssislər yox dərəcəsindədir. Bura biologiya və tibb elminin, onun yeni texnologiyalarının inkişafı daxildir. Bioetika üzrə konvensiyalar YUNESKO tərəfindən qəbul olunub. Bu sənədlər etik və mənəvi baxımdan çox vacibdir. Məsələ ondadır ki, elmi icadların sonradan insanlara hansı fəsadlar verəcəyini çox vaxt alimlər bilmirlər. İnsan hüquqları müasir elmin, yeni texnologiyaların inkişafından nə qədər müdafiə oluna bilir sualına cavab çox aktullaşıb.

A.Mustafayeva bu qənaətdədir ki, insan hüquqlarının müdafiəsi elmin inkişafı ilə ayaqlaşmır:

"Dünya bu problemlə artıq 20 ildir məşğuldur. Azərbaycan isə bu sahədə çox geridə qalıb. Buna görə də biz bu il bioetikaya aid beynəlxalq sənədlər toplusunu və bioetikaya aid terminlər lüğətini nəşr etdirdik. Məqsədimiz odur ki, başladığımız işi məntiqi nəticəyə çatdıraq".

A.Mustafayeva vurğuladı ki, bioloji təhlükəsizlik böyük problemdir. Ölkəmizə xaricdən təkcə hazır qida məhsulları deyil, həm də heyvanlar üçün yem, genetik modifikasiya edilmiş komponetlərlə zəngin qida əlavələri gətirilir. Nəticədə yerli məhsullar təhlükə altına düşür:

"Bu kimi məhsulun başqa ölkələrə ixracatçıları bunu aclıq çəkən ölkələrə yardım niyyəti ilə izah edirlər. Azərbaycan aclıq çəkən ölkə deyil, etnik və coğrafi cəhətdən elə nadir ölkədir ki, o qədər də böyük olmayan ərazidə müxtəlif iqlim və landşaft zonaları var. Azərbaycanın meyvə-tərəvəzləri Rusiyada olduğu kimi, bütün dünyada "brend"ə çevrilə bilər. Onların təbii, keyfiyyətli və ən başlıcası isə təhlükəsiz olması məhsullarımıza bütün dünyada tələbatı artırar. Biz bazarımızın eksperimental genetik modifikasiya edilmiş məhsullarla dolmasına imkan verməməliyik. İnsan hüquqları baxımından problem ondadır ki, bu barədə cəmiyyətdə informasiya yoxdur. Milli genofondumuz təhdid altındadır. Bu həm də ekoloji təhlükəsizlik problemidir".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

İsrailə təyyarə reysləri ləğv edilə bilər

Türkiyə ABŞ-ın kölgəsindən çıxmaq istəyir

İrana qarşı "üçlər ittifaqı"?

NATO ilə bağlı prioritetlər dəyişib?

Ceyms Filips: "Tehran rejimi Azərbaycan üçün təhlükəlidir"

Bölmənin digər xəbərləri
 
Şəhər susuzluqdan əziyyət çəkir
"Azərsu" isə sakinləri israfçılıqda günahlandırır

Təqaüdçü 80 manat alırsa...
Hər kəsin yüksək yaşadığını düşünmək olmaz

Azərbaycanda hər dörd nəfərdən biri ölkədən getmək istəyir
"Gallup"un sorğusuna görə, Ermənistanda əhalinin az qala yarısı bu fikirdədir

Lerikdə məmurların öz qanunları, öz ana yasaları var
Bu qanunlar körpələrin pullarını əllərindən almağa imkan verir

Meşə yanğınlarını DİN araşdıracaq
Bu hallar ölkə üçün son dərəcə ciddi təhdid sayılmalıdır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər