Hal-hazırda Ayna qəzetinin 07.08.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 07.08.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Azərbaycanda hər dörd nəfərdən biri ölkədən getmək istəyir
Azərbaycanda hər dörd nəfərdən biri ölkədən getmək istəyir
"Gallup"un sorğusuna görə, Ermənistanda əhalinin az qala yarısı bu fikirdədir
Şənbə, 07.08.2010

mətn ölçüsü  



ABŞ-ın sosioloji araşdırmalarla məşğul olan "Gallup" təşkilatının avqustun 5-də yaydığı sorğu nəticələrinə görə, MDB-nin 70 milyon sakini işləmək, ya da oxumaq üçün xarici ölkələrə getmək istəyir. Onların da yarısı birdəfəlik ölkələrindən köçmək istəyirlər. Bu barədə Azadlıq radiosu xəbər verir.

Birdəfəlik köçmək, yaxud heç olmasa, müvəqqəti iş, ya da təhsil dalınca başqa ölkələrə getmək istəyənlərin sayı Ermənistanda başqa ölkələrdən daha çoxdur. Bu ölkənin xaricdə başqa qonşularından daha çoxsaylı diasporu var. Ehtimallara görə, hazırda xarici ölkələrdə Ermənistanın özündən daha çox erməni yaşayır.Ermənistan bu sırada yalnız Moldovadan geridə qalır. Moldovalıların 53%-i imkan düşsə, dərhal ölkəsini tərk edəcəyini deyib. İşsizliyin yüksək səviyyədə olması, xaricdəki yaxınlarının göndərdiyi puldan hədsiz asılılıq Moldova vətəndaşlarını başqa ölkələrə üz tutmağa məcbur edir. Bu ölkədə az qala hər ailədən bir nəfər xarici ölkədə işlədiyini deyib.

Moldovada sorğuya cəlb olunanların 54%-i, Ermənistanda 32%-i, Belorusda 30%-i bildirib ki, əgər köçsələr, başqa ölkələrdə onlara kömək edəcək yaxın adamları var və son bir il ərzində onlardan pul, yaxud hansısa formada yardım alırlar. Moldovalıların 53%-i imkan düşsə, dərhal ölkəsini tərk edəcəyini deyir.

Qafqazdan Mərkəzi Asiyaya qədər olan regionda adamlar xarici ölkələrə oxumağa, ya da işləməyə getməyi birdəfəlik köçməkdən daha üstün tuturlar. Onlar yalnız yemək və yaxşı dolanmaq üçün ölkələrini tərk etmək istəmirlər.

Başqa sözlə, rəyi soruşulanlardan üçdə-ikisi birdəfəlik başqa ölkələrə köçmək istəmədiklərini deyiblər. Başqa ölkəyə gedənlərin də çoxu bildirib ki, təcrübəli və savadlı işçi kimi peşəkarlıqlarını artırandan sonra ölkələrinə dönmək istəyirlər.

"Gallup" bu sorğusunu 2009-cu ildə 15 yaşdan yuxarı olan 13200 adam arasında keçirib. Region ölkələrinin hər birindən ən azı min nəfər sorğuya cəlb edilib.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Ən yaxşı işləyən Azərbaycan hökumətidir

NATO-nun yeni siyasəti Azərbaycanın maraqlarına cavab verirmi?

Vətəndaşların bələdiyyələrə marağı azalıb

Dünyada İranın mənfi imici formalaşıb

Qeyri-ənənəvi dini təriqətlərdə araşdırma

Bölmənin digər xəbərləri
 
Şəhər susuzluqdan əziyyət çəkir
"Azərsu" isə sakinləri israfçılıqda günahlandırır

Təqaüdçü 80 manat alırsa...
Hər kəsin yüksək yaşadığını düşünmək olmaz

Geni dəyişmiş məhsullardan necə qorunaq?
Cəmiyyət bu barədə biliksizdir

Lerikdə məmurların öz qanunları, öz ana yasaları var
Bu qanunlar körpələrin pullarını əllərindən almağa imkan verir

Meşə yanğınlarını DİN araşdıracaq
Bu hallar ölkə üçün son dərəcə ciddi təhdid sayılmalıdır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər