Hal-hazırda Ayna qəzetinin 07.08.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 07.08.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Şəhər susuzluqdan əziyyət çəkir
Şəhər susuzluqdan əziyyət çəkir
"Azərsu" isə sakinləri israfçılıqda günahlandırır
Şənbə, 07.08.2010

A.Əhmədova mətn ölçüsü  

Yeni Günəşlidəki "D" massivinin 17, 19, 20 və 21-ci yaşayış binalarının sakinləri artıq 15 gündür susuzluqdan əziyyət çəkirlər. 21-ci binanın sakinləri 15 gündən çoxdur ki, onlara yaxın ərazilərin heç birində su olmadığını deyirlər. Sakinlər müxtəlif qurumlara müraciət etdikdən sonra suyu 4-cü mərtəbəyə kimi verməyə başladılar. Yuxarı mərtəbələr isə yenə də susuz qalıb. Bu isə təzyiqin aşağı olması ilə əlaqələndirilir. Su idarəsi isə şikayətçiləri sakitləşdirməyə çalışır ki, yaxın günlərdə su əvvəlki qaydada veriləcək. Amma "yaxın günlərin" nə vaxt gələcəyi sualına konkret cavab verən yoxdur.

Sabunçu rayon Bakıxanov qəsəbəsiində Surxay Cabbarov küçəsi 1,2,3,4 saylı binaların sakinlərinə suyu iki gündən bir qısa müddətə verirlər. Su yoxluğundan əziyyət çəkən digər ərazi isə qonşu M.Fətəliyev küçəsinin sakinləridir. Sakinlər hər il yay aylarında su qıtlığından əziyyət çəkdiklərini deyirlər. Onlar may ayından etibarən su verilmədiyini bildirdilər. İçməli suya həsrət qalan sakinlər suyu pulla almağa məcbur olublar. Suyu pulla almağa hər bir sakinin maddi durumu imkan vermədiyi üçün vəziyyət daha da ağırlaşır.

Suraxanı rayonu, A.Rzayev küçəsinin sakinləri də bir aydan çoxdur ki, su üzünə həsrətdirlər. Sakinlər su kranlarının artıq pas atdığını deyirlər. Bir maşın suyun qiyməti isə 20 manatdır. Buna pul çatdırmaq olmur.

REKLAM

Sakinlər dəfələrlə su idarəsinə müraciət etsələr də, heç bir nəticə əldə etməyiblər.

Fatmayi, Digah, Buzovna, Hövsan, Mehdiabad, Binəqədi sakinləri də susuzluqdan əziyyət çəkirlər. Sakinlər suyun verilmədiyi halda, onlardan su pulunun tələb edildiyini deyirlər. Bu siyahını xeyli uzatmaq olardı.

Yay aylarında Bakı şəhərində və Abşeron yarımadasında su problemə çevrilir. Yayın qızmar istisində sakinlər, yaşıllıqlar su üzünə həsrət qalır. Ölkədə güclü inkişafın getdiyini iddia edən məmurlar paytaxtda su kimi ciddi problemin mövcudluğuna göz yumurlar. Paytaxtın fasiləsiz su ilə təchizatını həyata keçirmək mümkün deyil. Halbuki dünyanın inkişaf etməkdə olan ölkələrinin nəinki paytaxtlarında, hətta 2-3-cü dərəcəli şəhərlərində də suyun fasilə ilə verilmə faktına artıq rast gəlmək olmaz. Bakı sakinləri isə suyun fasiləsiz deyil, heç olmasa gündə iki dəfə - səhər və axşam 1-2 saat verilməsini arzulayırlar. Suyun keyfiyyəti, bəzi günlərdə onun paslı gəlməsi isə tamam başqa mövzudur. Hələlik diqqət suyun yoxluğundadır.

Problem nədədir? Məlum faktdır ki, Cənubi Qafqazda ən az içməli su ehtiyatı Azərbaycandadır. Hazırda Bakı şəhərinə dörd mənbədən su gəlir. Amma yay aylarında Bakıda su qıtlığı yaşanır. Suyun fasiləsiz verilməsi halı çox nadir rast gəlinən günlərdən biri ola bilər.

"Azərsu" ASC-nin informasiya və ictimai əlaqələr şöbəsinin rəisi Aqşin Rüstəmov mətbuata açıqlamasında yaranmış içməli su probleminin əsas səbəbini sudan qeyri-səmərəli istifadə ilə əlaqələndirdi. Onun sözlərinə görə, başqa illərdən fərqli olaraq iyunun əvvəllərindən temperatur 30-35 dərəcəyə yüksəldi. Təbii olaraq, istilərin tez düşməsiylə bağlı suya tələbat birdən-birə xeyli artdı. Məhz bununla əlaqədar Bakının bir neçə qəsəbəsində içməli su qıtlığı yaranıb:

"Magistral xətt Bakı şəhərinin ətraf kəndlərindən, fərdi tikilən evlərin arasından, bağ massivlərindən keçir. Yolda su kəmərinə qanunsuz qoşulmalar çox olur. "Azərsu" ASC-nin müvafiq əməkdaşları qanunsuz su borularına qoşulanların xətlərini kəsir, üstündən bir saat keçməmiş onlar yenidən öz bildiklərini edirlər. Bu səbəbdən su qıtlığı yaranır. Digər ərazilərdə yaranmış problemlərin də əsas səbəbi israfçılıqdır".

Əhali susuzluqdan gileylənir, Aqşin Rüstəmov isə onları israfçılıqda günahlandırır:

"Dünyanın heç bir şəhərində içməli sudan ölkə ərazisindəki kimi qeyri-səmərəli istifadə olunmur. Problemin həlli vətəndaşların sudan qənaətlə istifadə etməsindədir. Biz bilməliyik ki, su Allahın nemətidir və ondan mütləq səmərəli istifadə etməliyik. Nə qədər içməli sudan səmərəsiz istifadə edəcəyiksə, bir o qədər problemimiz olacaq".

Su probleminin daşqınlarla, sellərlə əlaqəsinin olub-olmamasına gəlincə, qurum rəsmisi qeyd etdi ki, Kürdə və Ceyranbatanda baş təmizləyici qurğular var. Öyrəndik ki, Kür çayından götürülən su əvvəlcə zərərsizləşdirilir, sonra ötürülür baş təmizləyici qurğulara, orada üç təmizləyici mərhələdən keçir. Kimyəvi təmizləmə proseslərindən keçdikdən sonra bir daha təmizlənir və Bakıya ötürülür.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

Bir borcluya görə, bütöv bir binanın suyunu kəsə bilməyəcəklər

"Azərsu" qanunsuz tikililərin siyahısını dəqiqləşdirir

Bölmənin digər xəbərləri
 
Təqaüdçü 80 manat alırsa...
Hər kəsin yüksək yaşadığını düşünmək olmaz

Azərbaycanda hər dörd nəfərdən biri ölkədən getmək istəyir
"Gallup"un sorğusuna görə, Ermənistanda əhalinin az qala yarısı bu fikirdədir

Geni dəyişmiş məhsullardan necə qorunaq?
Cəmiyyət bu barədə biliksizdir

Lerikdə məmurların öz qanunları, öz ana yasaları var
Bu qanunlar körpələrin pullarını əllərindən almağa imkan verir

Meşə yanğınlarını DİN araşdıracaq
Bu hallar ölkə üçün son dərəcə ciddi təhdid sayılmalıdır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər