Hal-hazırda Ayna qəzetinin 31.07.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 31.07.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
ADNA olayına görə ittiham olunanlara bəraət istənilir
Prokuror isə onların hər birinə 11 il iş tələb edir
Şənbə, 31.07.2010

S.Abbas mətn ölçüsü  

Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) ötən ilin aprel ayında baş verən kütləvi qətllə bağlı cinayət işinə məhkəmə baxışı davam etdir. APA-nın xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə müdafiə tərəfi çıxış edib.

Təqsirləndirilən Cavidan Amirovun vəkili Sayadxan Mustafayev deyib ki, ibtidai və məhkəmə istintaqı zamanı cinayətin motivi müəyyənləşdirilməyib. Terror aktının sifarişçisi kimi ittihamda öz əksini tapan milliyyətcə erməni olan Gürcüstan vətəndaşı Mardun Qumaşyanın həbsi barədə Baş Prokurorluğun qərarı olsa da, onun istintaqa cəlb olunması üçün İnterpol tərəfindən axtarış elan edilməyib və lazımi sənədlər Gürcüstan hüquq-mühafizə orqanlarına təqdim edilməyib.

Vəkil müdafiə etdiyi şəxsin istintaq zamanı cinayətinin sübuta yetirilmədiyi qənaətinə gələrək, məhkəmədən C.Amirov barəsində bəraət hökmü çıxarılmasını istəyib. S.Mustafayev ibtidai istintaq zamanı qanunsuzluqlara yol verən şəxslərin cəzalandırılması barədə məhkəmənin çıxaracağı hökmdə yer verilməsini xahiş edib.

Təqsirləndirilən Nadir Əliyevin vəkili Elman Ağayev müdafiə etdiyi şəxsə qarşı irəli sürülən ittihamları qəbulolunmaz sayır. Vəkil məhkəmədən xahiş edib ki, N.Əliyevin əməli CM-nin 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) maddəsi ilə tövsif olunsun. Vəkil istintaqdan cinayəti törədən Fərda Qədirovun milliyyətinin açıqlanmasını da istəyib:

"Belə olan təqdirdə bəzi qaranlıq məsələlərə də aydınlıq gələ bilər. Bu, cəmiyyət üçün də maraqlıdır".

Prosesdə çıxış edən təqsirləndirilənlər - Nəcəf Süleymanov və Ariz Qabulovun vəkilləri Səyyarə Əliyeva, həmçinin Səyyad Mirzəyev məhkəmədən müdafiə etdikləri şəxslərə bəraət verilməsini istəyiblər.

İttiham tərəfi isə məhkəmədə çıxış edərək, müdafiəçilərin təqsirləndirilənlərə bəraət verilməsi ilə bağlı istəklərini əsassız adlandırıb. Dövlət ittihamçısı Abdulla Yusifov deyib ki, cinayətin törədilməsində təqsirləndirilənlərin iştirakı sübutlarla təsdiq olunub.

Zərərçəkənlər isə çıxışlarında məhkəmədən təqsirləndirilənlərə ağır cəza verilməsini və azadlıqdan məhrum edildikdən sonra Gürcüstana təhvil verilməmələrini xahiş ediblər.

Proses təqsirləndirilənlərin çıxışları ilə avqustun 4-də davam etdiriləcək.

Qeyd edək ki, prokuror təqsirləndirilən Nadir Əliyev, Cavidan Amirov, Nəcəf Süleymanovun ömürlük, Ariz Qabulovun isə 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Xatırladaq ki, ötən il aprelin 30-da ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan naməlum şəxsin inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə "Makarov" tipli tapançadan atəş açması nəticəsində 12 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisəni törədən şəxs sonra özünü vurub. Onun Gürcüstan vətəndaşı, 1980-ci il doğumlu Qədirov Fərda Əsəd oğlu olduğu müəyyən edilib.

Təqsirləndirilən şəxslər ağır maddələrlə mühakimə olunurlar. Onu da qeyd edək ki, bu terror aktının sifarişçisi kimi təqdim edilən erməni əsilli Gürcüstan vətəndaşı Qumaşyan Mardun Qriqoryeviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin terrorçuluq və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə müvafiq qərar qəbul edilib.

Respublika Baş Prokurorluğu tərəfindən yuxarıdakı şəxslər barəsində istintaq tamamlanaraq martın 29-da cinayət işi baxılması üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndərilib.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

İİN məmurları rüşvət alarkən yaxalananda "şok" keçiriblərmiş

"Meşə qardaşları" dini baxışlarına görə ittiham olunduqlarını iddia edir

Mehdixan Vəkilovun şəxsi arxivi mühafizəyə təhvil verildi

"Dəvəçi işi" üzrə məhkəmə başa çatdı

Gənc fəalların həbsi ilə bağlı etirazlar davam edir

Bölmənin digər xəbərləri
 
Cinayət xronikası
Yarım ilin rəqəmləri açıqlanıb

Daşkəsən insidenti hərbi məhkəmədə
Bu işə aydınlıq gətirilməlidir

Düşmən atəşkəsi pozub
Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub.

35 əsgərimiz ingilis dili kursunu bitirib
Bakıda ABŞ-ın Azərbaycan səfirliyinin Müdafiə Əməkdaşlığı Departamenti və Azərbaycan Müdafiə Nazirliyinin "İngilis dili üzrə mobil təlim proqramı" kursunu uğurla bitirmiş əsgər məzunlarla görüş keçirilib.

Belarus Azərbaycana texnika satıb
BMT-nin Adi Silahlar Registri Belarusun 2009-cu ildə silah satışına dair hesabatını açıqlayıb.

"Aysu" şirkətinin içkiləri keyfiyyətsiz çıxdı
Onlar standartlara və gigiyenik normalara uyğun deyillər

Müvəqqəti saxlanma yerləri tələblərə cavab vermir
Rayon məhkəmələrindəki saxlanma yerləri ciddi tənqidə məruz qaldı

Texnikumlara imtahan avqustun sonunda keçiriləcək
İmtahanlarda iştirak edən 200 nəzarətçinin müəmmalı fəaliyyəti araşdırılır

Kür çayı üzərindəki körpü uçub
Bu körpü Şirvanla Sabirabadı birləşdirirdi



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər