Hal-hazırda Ayna qəzetinin 31.07.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 31.07.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Dünyada  
 
 
Ermənistanda böhranların astar üzü
Ermənistanda böhranların astar üzü
İndi heç kəs onun yanında deyil
Şənbə, 31.07.2010

Ənvər Börüsoy
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin (AMSTM)
mətn ölçüsü  

Regionda, özəlliklə Ermənistanda son iki ildə keyfiyyətcə yeni proseslər müşahidə olunmaqdadır. Belə ki, iqtisadi və maliyyə sektorunda davam edən böhran vəziyyəti, ölkədən dünyanın digər dövlətlərinə miqrasiyanın kütləvi xarakter daşıması, ilk dəfə olaraq siyasi qütbləşmədə üçhakimiyyətliliyin yaranması, diaspor təşkilatlarının yardımlarını azaltması, ənənəvi dini baxışlardakı monofizit prinsiplərin pozulması artıq az qala Ermənistanın bir dövlət kimi süqutuna səbəb ola biləcək faktorlara çevrilmişdir. Bütün bunlarla yanaşı, ölkədə sosial problemlər dərinləşir. Korrupsiyanın çiçəklənməsi, yaşayış minimumunun 66 dollar həddində olması da erməni cəmiyyətinin aşınmasının göstəriciləri kimi qəbul olunur.

Ən böyük bəla - korrupsiya

Əhalinin sosial durumunun, ölkənin iqtisadi vəziyyətinin daha da ağırlaşmasının əsas səbəbi kimi korrupsiya göstərilir. Bu təzahürün çiçəklənməkdə olduğu erməni cəmiyyətində artıq bir reallıq kimi qəbul edilir. İrəvanda nəşr olunan "Panorama" qəzetinə açıqlama verən "Qafqaz İnsan Resursları Mərkəzi"nin direktoru Yegina Manasyan bildirib ki, korrupsiyanın səviyyəsinə görə Ermənistan rəsmən dünya ölkələri arasında 109-cu yerdə qərar tutur, "amma bizim apardığımız sosioloji sorğulara görə, ölkədə korrupsiya ötən illərdən fərqli olaraq daha da inkişaf etmişdir".

Erməni müşahidəçilər göstərirlər ki, qanunla korrupsiyaya qarşı mübarizənin önündə prokurorluq orqanları dursa da, bu qurum heç bir ictimai dəyəri və önəmi olmayan xırda rüşvətxorluq hallarını qabartmaqla işini bitmiş hesab edir. "Transrarency International" Beynəlxalq Təşkilatı İrəvan ofisinin rəhbəri Amaliya Kostanyan isə bildirib ki, 10 ballıq reytinq əmsalı ilə aparılan araşdırmalara görə son 3 ildə korrupsiya siyasəti hakimiyyət dairələri tərəfindən daha da dərinləşdirilib və bir mərkəzdən idarə olunan struktura çevrilibdir. "Asrarez" qəzeti "Freedom Nouse" təşkilatının araşdırmalarına isnad edir:

"Ermənistanda korrupsiya siyasəti onsuz da azacıq şəkildə mövcud olan demokratik təsisatları belə məhv etməkdədir. Buna görə də Dünya Bankı Ermənistanı ən kasıb ölkələr siyahısına daxil edib. Ölkədə hakimiyyətin nəzarətində olan korrupsiya idarə olunan ən böyük struktura çevrilibdir".

KİV-in durumu

"Sərhədsiz Reportyorlar" beynəlxalq təşkilatının "azad söz"lə bağlı hesabatında bildirilir ki, 167 ölkədə aparılan araşdırmalara görə Ermənistan dünyada azad sözün və fikrin boğulduğu dövlətlər sırasında 102-ci yeri tutur. Bu yöndə 19 maddədən ibarət sorğulara üstünlük verilibdir.

Digər beynəlxalq təşkilat - "Freedom Nouse" öz araşdırmasında belə bir qeydə yer verir: "Son üç ildə Ermənistanda KİV-in və azad sözün durumu daha da ağırlaşıbdır. Bu, xüsusilə demokratik proseslərin deqradasiya olunması ilə müşahidə olunur".

Bu təşkilatın İrəvan nümayəndəliyinin sədri Mesrop Arutyunyan isə bildirib ki, Ermənistanda mətbuatın və azad sözün Avropa standartlarına uyğunlaşmasına qarşı hakimiyyət açıq şəkildə və son dərəcə ciddi təpkilər göstərməkdədir. Mətbuata qarşı aparılan siyasətin nəticəsi olaraq indi onun maliyyə mənbələri daralmaqdadır. Müstəqil KİV-lər hər an bağlanmaq təhlükəsini yaşamaq zorundadır. Müxalif yazılarla çıxış edən jurnalistlər nəinki təqib olunur, onlar hətta hər addımda tənqid etdikləri məmurlar tərəfindən fiziki təzyiqlərə və işgəncələrə məruz qalırlar.

Müşahidəçilər qeyd edirlər ki, qəzet və jurnalların sayı ilbəil azalmaqda davam edir.

REKLAM

Çünki azad söz tribunası rolunda çıxış edən KİV-lərin maddi imkanları regiondakı maliyyə və iqtisadi duruma görə ağırlaşmaqda davam edir. Ən ağır şərtlər daxilində çalışmaq azad söz tərəfdarlarının sıralarının seyrəlməsinə səbəb olubdur.

Qriqorian kilsəsi bu halda neyləsin?

Ermənilər tarix boyu bir xristian toplum olaraq, qriqorian təriqətinə, monofizit inanclara sadiq olduqları barədə daim öyünüblər. Fəqət indi durum dəyişib. Başqa gerçəklik var. Eçmiədzin Apostol Kilsəsi son bir neçə ayda dövlət qarşısında həyəcan təbili çalmağa başlayıb. Yer onların ayaqları altından qaçmağa başlayıb. Kilsənin etiraf etdiyi kimi, Ermənistanda mövcud olan ağır sosial-iqtisadi durum üzündən ermənilər xristianlığın onlar üçün qeyri-ənənəvi olan katolik, portestant, lüteran, baptist, Yəhva şahidləri, kort, yevangelistlər, kalvinizm, kvaker, mennonist, xristadelfian, adventist və s. təriqət və məzhəblərə üz tuturlar. Erməni cəmiyyətinin məzhəblərə bölünmə prosesi dərinləşməkdədir. Qriqorian kilsəsinin başçıları vahiməyə düşüblər ki, əcnəbi xristian missioner təşkilatları bir az da irəli gedərək Ermənistanın hər yerində özlərinin ayrıca kilsələrini yaratmaq fikrinə düşüblər.

Eçmiədzin apostol kilsəsinin başçısı II Qaregin xüsusilə gənclər, yeni yetişən gənclik sarıdan narahatdır. Gəncləri bu məzhəb və təriqətlərdən çəkindirmək üçün hər yerə baş vururlar. Kilsə başçısı müdafiə naziri Seyran Ohanyanla dəfələrlə görüşüb. Məsələ belədir ki, erməni icmaları üçün tarixən qeyri-ənənəvi olan xristian təriqət və məzhəbləri bu gün orduda xidmət edən əsgərlər arasında yayılmaqdadır. Odur ki, kilsə rəhbəri monstr müdafiə nazirinin köməyi ilə gəncləri qorxutmaq fikrinə düşüb. Başqa yol da yoxdur, çünki moizələr daha keçmir. Və belə davam edərsə, qriqorian kilsəsi öz mənsublarını xeyli itirmiş olacaq.

Qeyri-qriqorian məzhəblərə üz tutmaq erməni diasporu arasında da yayılmağa başlayıb. Buna görə də erməni cəmiyyəti çeşidli dini inanc və görüşlərə malik olmaqla, toplumsal bütünlük anlamını itirməyə başlayıb. Xaricdəki erməni kilsələrinin müxtəlif cərəyanlara bölünməsi üzündən Eçmiədzin apostol kilsəsinə xaricdən maliyyə yardımlarının kəskin şəkildə azaldığı bununla izah olunur.

Siyasi kataklizmlərin anatomiyası

Bu gün Ermənistanda hakim "Respublika Partiyası", öz sıralarında 17 siyasi partiya və 23 ictimai təşkilatı birləşdirən "Erməni Milli Konqresi", bu iki düşərgəyə qarşı dərin siyasət yürüdən "Daşnaksütyun" və "İrs" partiyaları arasında dərin uçurum heç kəsə sirr deyil. Bundan əlavə, bütün siyasi güclərə qarşı loyal münasibəti olan böyük bir təbəqə də formalaşmaqdadır. Bu təbəqə həmin üç siyasi güc mərkəzinə inanmadığı və ya onların arasında mövcud olan intriqalara görə heç bir korrupsiyaya uğramamış, oliqarxların maraqlarını təmsil etməyən yeni siyasi gücün yaranması fikrinin tərəfdarı kimi çıxış edir.

Yeni siyasət tərəfdarlarının fikrincə, "Qarabağ savaşı"na görə indi siyasi gündəmdə olan, radikal erməni milliyyətçi görüşlərinə malik siyasi cərəyana qarşı olmaqla, adları heç bir korrupsiyada hallanmayan, qonşu dövlətlərə (Türkiyə, Azərbaycan, Gürcüstan və İran) qarşı ərazi iddiasında bulunmayan kadrlardan ibarət yeni siyasi güc meydana çıxmayınca, yeni siyasi proseslər başlanmayınca, Ermənistan bir dövlət olaraq məhvə doğru gedəcəkdir.

Bu təbəqəni "liberal" və "xain" olmaqda suçlayan hakimiyyəti və müxalifəti təmsil edən siyasi elita isə bu fikirdə qalır ki, "Böyük Ermənistan" gerçəkləşməyincə hər hansı liberal dəyərdən söz ola bilməz. Həddindən artıq kasıb durumda yaşayan əhali isə xaricdə yaşamağa gedən soydaşlarının arxasınca həsədlə baxmaq məcburiyyətindədir. Buna görə də əmlak bazarı tamamilə dəyərdən düşübdür.

"Qarabağ düyünü" və erməni səfaləti

Azərbaycanın işğal olunmuş ərazilərinin dərhal boşaldılması məsələsi Qafaqzda strateji maraqları olan bütün güclər tərəfindən artıq qaçılmaz bir zərurətə çevrilibdir. Enerji resurslarının Qafqaz və Orta Asiya dünya bazarına daha sərfəli qiymətə daşınma məsələsi daha aktual xarakter daşıyır. Bu səbəbdən Ermənistana qarşı açıq şəkildə olmasa da, beynəlxalq güclər tərəfindən təzyiqlər artmaqda davam edir. Digər tərəfdən, Ermənistanın qonşu dövlətlərlə (Gürcüstan, Türkiyə, İran və Azərbaycan) olan problemləri üzündən faktik iqtisadi blokada şəraitindədir.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

Ermənistan dünyanı aldadır

Ermənistan ordusunun çağırışçı problemi

İrəvan bu günlərdə nəylə nəfəs alır?

Rusiya və Ermənistan arasında antiazərbaycan sövdələşməsi?

Dünya Bankı və BVF təcavüzkara kredit verir

Bölmənin digər xəbərləri
 
İranın vurulması bir tapmaca
Tehran hədələrə və sanksiyalara məhəl qoymur

İranın dollar və avro hesabı dondurularsa...
Ərəb dirhəmini qəbul edəcəklər



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər