Hal-hazırda Ayna qəzetinin 31.07.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 31.07.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Sosialist İnternasionalının rəhbəri Bakıdadır
Sosialist İnternasionalının rəhbəri Bakıdadır
Luis Ayala iki ay əvvəl Moskvada Ayaz Mütəllibovla da görüşüb
Şənbə, 31.07.2010

İdrak Abbasov mətn ölçüsü  

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Sosialist İnternasionalının baş katibi Luis Ayalanı qəbul edib. Xarici İşlər Nazirliyi mətbuat xidmətindən APA-ya verilən məlumata görə, L.Ayala Azərbaycandakı inkişafın onda yüksək təəssürat yaratdığını qeyd edərək, xüsusilə qeyri-neft sektorunda böyük irəliləyişin nəzərə çarpdığını bildirib.

Öz növbəsində nazir E.Məmmədyarov respublika iqtisadiyyatının inkişafı və xalqın rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldığını demişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlar prosesi barədə məlumat verən nazir münaqişənin həllində Azərbaycan tərəfinin yeniləşdirilmiş Madrid prinsiplərini əsas tutduğunu deyib.

L.Ayala Azərbaycan kimi mühüm ölkə ilə Sosialist İnternasionalı arasında əməkdaşlıqda maraqlı olduğunu qeyd edib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin onun təmsil etdiyi təşkilatın diqqət mərkəzində olduğunu qeyd edən qonaq bu münaqişənin tezliklə həllinin vacibliyini vurğulayıb.

L.Ayala təşkilatın regional komitəsinin 2010-cu ilin iyun ayında Yerevanda keçirdiyi iclası barədə məlumat verib və növbəti iclasın Bakıda keçirilməsi imkanları ilə maraqlanıb. Qonaq bu iclası Bakıda keçirməklə rəhbərlik etdiyi təşkilatın Azərbaycan tərəfinin mövqeyinin dünya ictimaiyyətinə açıqlanmasına dəstək vermək arzusu kimi qiymətləndirib.

Görüşdə tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Sosialist İnternasionalının baş katibi Luis Ayala öz mətbuat konfransında əvvəlcə rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında məlumat verib. O, hazırda Sosinterndə 140 ölkəni təmsil edən 170 siyasi partiyanın birləşdiyini deyib. Bu partiyaların 60-ı öz ölkələrində hakimiyyətdə təmsil olunur.

Cənubi Qafqaz regionu və Dağlıq Qarabağ münaqişəsinə toxunan L.Ayala bildirib ki, Sosintern problemin sülh yolu ilə həllinə tərəfdardır. Qonaq təşkilatın 1994-cü ildən bəri bu istiqamətdə bir neçə təklifinin olduğunu söyləyib: "Sosinterndə müxtəlif regionlar, o cümlədən Cənubi Qafqaz üzrə komitə fəaliyyət göstərir və həmin komitə bu bölgədə problemləri, demokratiyanın vəziyyətini və sosial inkişafı diqqətdə saxlayır. Qarabağ münaqişəsinin həllinə töhfə vermək üçün bizim potensialımız var. İrəvanda bununla bağlı müzakirələr apardıq və bu müzakirələrin ikinci raundunu Bakıda təşkil edəcəyik. Bu münaqişə ilə bağlı bizi daha çox insan amili, məcburi köçkünlərin vəziyyəti narahat edir".

Azərbaycanda bu ilin payızında keçiriləcək parlament seçkilərinə toxunan L.Ayalanın sözlərinə görə, bu seçki ölkə üçün vacib prosesdir: "Biz Sosintern olaraq parlament seçkilərini müşahidə edəcəyik və xarici işlər naziri ilə görüşümüzdə də bu barədə fikir mübadiləsi oldu. Azərbaycanda olan problemlər mənə tanışdır. Amma istəklərə çatmaq o qədər də sadə deyil. Demokratiya uğrunda hər zaman mübarizə aparmaq lazımdır və biz bütün ölkələrdə bu mübarizəni aparan insanları dəstəkləyirik".

L.Ayala iki ay əvvəl Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri, eks-prezident Ayaz Mütəllibovla Moskvada görüşdüyünü açıqlayıb. Görüşdə A.Mütəllibovun Azərbaycana qayıtması məsələsi də müzakirə edilib: "Ayaz Mütəllibov bildirdi ki, "Eks-prezidentlərin statusu haqqında" qanunun qəbulunu gözləyir".

Qeyd edək ki, Azərbaycana səfəri zamanı L.Ayala prezident İlham Əliyev tərəfindən qəbul edilmişdir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Mənim Azərbaycanımın kitabı yazılmayıb

Ayazın toyu dekabrın 2-də olacaq

Bölmənin digər xəbərləri
 
Ermənistan ordusunda açıq deqradasiya
Ölkənin müdafiə sektorunda gərginlik yaşanır

Birləşmiş müxalifət aksiya keçirəcək
Şəhər rəhbərliyi isə buna razılıq verməyib

AXCP ilə Müsavatın birləşməsində ciddi problem yoxdur
Xaliq Bahadır isə tezliklə çoxluğun qərarına tabe olar

102 saylı baza təhlükəyə çevrilir
Ermənistan və Rusiya Azərbaycanın təhlükəsizliyinə zidd sənəd imzalayır

Gürcüstandan bir gənclik heyəti Bakıda
Nazim İbrahimov onlarla görüşüb

Brayza təsdiqlənməyə bilər
21 səfir təyin olundu, ondan soraq yox...

Hansı daha "pis erməni"dir?
Van Bayburt, yoxsa Sergey Lavrov?

Meyiti spekulyasiya obyektinə çevirmək...
Bu hal Ermənistan rəhbərliyinin əxlaq və mənəviyyatının göstəricisidir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər