Gürcüstandan bir gənclik heyəti Bakıda
|
Nazim İbrahimov onlarla görüşüb
Şənbə, 31.07.2010
|
|
Novxanıda yerləşən "AQUA PARK" əyləncə-istirahət mərkəzində Gürcüstandan Azərbaycana səfərə gələn tələbə və gənclər təşkilatlarının təmsilçiləri ilə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun görüşü keçirilib. APA-nın məlumatına görə, komitə sədri və digər rəsmi şəxslər Gürcüstanda fəaliyyət göstərən Milli Azlıqların Hüquqlarının Müdafiəsinin Monitorinq Qrupunun hazırladığı və Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Borçalı bölgəsindəki qoç fiqurları barədə "Unudulmuş miras" adlı sənədli film nümayiş etdirilib.
Sonra Nazim İbrahimov Gürcüstan Azərbaycanlıları Konqresinin təşkil etdiyi sərgiyə baxıb. Bundan sonra dövlət komitəsinin sədri Gürcüstan paytaxtında fəaliyyət göstərən Heydər Əliyev adına Tbilisi Azərbaycan Dövlət Teatrının yaradıcı kollektivi ilə görüşüb, onların problemləri ilə maraqlanıb. N.İbrahimova teatrın bərpa tikintisinin gedişi və kollektivin yaradıcılıq planları barədə məlumat verilib. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri yaradıcı heyəti Bakıya qastrola dəvət edib və ildə dörd tamaşanın hazırlanmasına dəstək olacağını bildirib. Sonra Azərbaycan müğənnilərinin iştirakı ilə gənclərin şərəfinə konsert və ziyafət verilib.
Həmin gün "AQUA PARK" əyləncə-istirahət mərkəzində Azərbaycan Respublikası əsir və girov götürülmüş, itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Firudin Sadıqovla da soydaşlarımızın görüşü keçirilib. F.Sadıqov Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə əsir düşən, itkin və girov götürülən vətəndaşlar barədə soydaşlarımıza ətraflı məlumat verib. Gürcüstandan gələn gənclər bildiriblər ki, Gürcüstanda "Xocalıya ədalət" çağırışına start verilib. Sonra Firudin Sadıqov tələbə və gənclər təşkilatlarının nümayəndələrinin suallarına cavab verib. Hər iki tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak edib.
|
|
|
Oxşar xəbərlər:
"Mən nişanlı deyiləm"
Püşkatma kimə nə vəd edir?
"Bakı gecələri" II estrada müsabiqəsi başlayır
"Bakı" növbəti mərhələnin bir addımlığında
Bakıda Qızıl Qran-pri turniri
|
|
|