Hal-hazırda Ayna qəzetinin 31.07.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 31.07.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
AXCP ilə Müsavatın birləşməsində ciddi problem yoxdur
Xaliq Bahadır isə tezliklə çoxluğun qərarına tabe olar
Şənbə, 31.07.2010

İ.Telmanoğlu mətn ölçüsü  

"Kimliyindən asılı olmayaraq, fəaliyyəti partiyanın nüfuzuna xələl gətirən, nizamnamədənkənar fəaliyyətlə məşğul olan şəxslər cəzalandırılmalıdır. Mən şəxsən inanıram ki, Xaliq Bahadırla bağlı məsələ bu həddə çatmayacaq. Xaliq Bahadırın emosional püskürməsi sona yetəcək və proseslər qaydasında davam edəcək". Bunu APA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Nurəddin Məmmədli deyib.

AXCP Rəyasət Heyətinin üzvü Xaliq Bahadırın AXCP-Müsavat birliyi ilə bağlı ittihamlarına münasibət bildirən sədr müavini deyib ki, uzun müddətdir Xaliq Bahadır Rəyasət Heyətinin iclaslarında iştirak etmir:

"Mən onunla yaxın ünsiyyətdəyəm və ona bildirdim ki, kənarda durub, dedi-qodularla qərarların qəbul olunmasına təsir etmək mümkün deyil. Partiyada müvafiq strukturlar var, iştirak edib mövqeyini bildirsin".

Nurəddin Məmmədli deyib ki, Xaliq Bahadırın ona təzyiq göstərilməsi, böhtan atılması ilə bağlı dedikləri həqiqətə uyğun deyil:

"Bütün hallarda öz dediklərinin reallaşmasını istəyən bir adamdır. Hətta mənə deyir ki, bu məsələdə niyə onu müdafiə etmirəm? Ona izah və sübut etmişəm ki, haqlı deyil, buna görə də onu müdafiə etmək düzgün olmaz. Xaliq Bahadırın birliyə qarşı çıxması tamamilə anlaşılmaz yanaşmadır. Deyir ki, birləşmə ilə bağlı partiyada müzakirə aparılmayıb. Halbuki mənim iştirak etdiyim Rəyasət Heyətində bu məsələ ən azı 5 saat müzakirə edilib. Burada Xaliq Bahadırdan daha ciddi müqavimət göstərən insanlar olub. Amma sonda qərara alınıb ki, bu, sosial sifarişdir və bütün çətinliklərə baxmayaraq, bu sınaqdan keçməliyik. Yəni bu, bir testdir. Kənarda dayanıb "bu məsələ partiyada müzakirə aparılmayıb" demək obyektivlikdən kənardır. Bu müzakirə olub və mən orada iştirak etmişəm. Ona görə də Xaliq Bahadırın dedikləri yanlışdır".

Nurəddin Məmmədli bildirib ki, AXCP Müsavatla danışıqlara qərar verib, lakin hələlik ortada heç nə yoxdur:

"Əgər birləşmək olacaqsa, bu, nizamnaməyə uyğun olaraq qurultayda müzakirə ediləcək, sonra isə birləşdirici qurultay olacaq. Mən AXCP-də olduğum müddətdə daim aşağıdan təzyiqlər görmüşəm ki, Müsavatla niyə birləşmirsiniz? Xüsusilə rayonlarda bu iki partiya vahid şəkildə fəaliyyət göstərir".

Xaliq Bahadırın AXCP-də birləşmənin əleyhinə olan şəxslərin olması barədə fikirlərinə gəldikdə, N.Məmmədli deyib ki, müəyyən adamlar birləşmənin əleyhinə ola bilərlər:

"Amma burada ictimai motivlər tapmaq mümkün deyil. Sadəcə, şəxsi münasibətlərdən doğan təpkilər ola bilər və bu, istisna deyil. Amma şəxsən mənə bu birləşməyə qarşı olan adamlar rast gəlməyib. Düzdür, narahatlıq ifadə edən, bunun bir söz oyunu olduğunu deyənlər var. Amma bunun əleyhinə olanlar nə partiya rəhbərliyində, nə də rayon təşkilatlarının fəalları içərisində var".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Müsavatçı gənclər etiraz aksiyasına hazırlaşır

Parlament seçkilərinə xarici müdaxilə?

İsa Qəmbər başqanlıqdan gedir

Ştefan Füle əminliklə danışır:

AXCP ilə Müsavat bir araya gəlmək fikrindədir

Bölmənin digər xəbərləri
 
Ermənistan ordusunda açıq deqradasiya
Ölkənin müdafiə sektorunda gərginlik yaşanır

Birləşmiş müxalifət aksiya keçirəcək
Şəhər rəhbərliyi isə buna razılıq verməyib

102 saylı baza təhlükəyə çevrilir
Ermənistan və Rusiya Azərbaycanın təhlükəsizliyinə zidd sənəd imzalayır

Gürcüstandan bir gənclik heyəti Bakıda
Nazim İbrahimov onlarla görüşüb

Brayza təsdiqlənməyə bilər
21 səfir təyin olundu, ondan soraq yox...

Hansı daha "pis erməni"dir?
Van Bayburt, yoxsa Sergey Lavrov?

Meyiti spekulyasiya obyektinə çevirmək...
Bu hal Ermənistan rəhbərliyinin əxlaq və mənəviyyatının göstəricisidir

Sosialist İnternasionalının rəhbəri Bakıdadır
Luis Ayala iki ay əvvəl Moskvada Ayaz Mütəllibovla da görüşüb



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər