Hal-hazırda Ayna qəzetinin 31.07.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 31.07.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Birləşmiş müxalifət aksiya keçirəcək
Şəhər rəhbərliyi isə buna razılıq verməyib
Şənbə, 31.07.2010

İ.Abbasov mətn ölçüsü  

Bu gün AXCP, Müsavat Partiyası və Demokratiya Uğrunda İttifaq (DUİ) saat 17:00-da birgə etiraz aksiyası keçirəcək.

Bu barədə "Turan"a Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı məlumat verib. Onun sözlərinə görə, bu aksiya əvvəlkilərdən fərqli olacaq. Amma bu fərqlilik hələ ki, sirr saxlanılır.

Habelə T.Abbaslı bildirib ki, aksiya qabağı mülki geyimli şəxslər artıq yaşadığı evin qarşısını nəzarətdə saxlayıb. Bununla belə, ötən gün Nəsimi rayon 21-ci polis bölməsinə çağırılaraq ondan aksiyada iştirak etməməsi üçün izahat almaq istəyiblər. Lakin Tural Abbaslı bundan imtina edib.

Öz növbəsində AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirib ki, meriya yenə "ənənəsinə" uyğun olaraq cavab məktubunda şəhərin ucqarlarındakı yerləri mitinq üçün təklif edib. Lakin yenə də müxalifət meriyanın təklifini qəbul etməyib. Aksiyanın şüarları da dəyişməz olaraq qalıb. Tələbimiz parlament seçkisi ərəfəsində azad seçki mühitinin yaradılması və Qarabağla bağlıdır", - deyə F.Qəhrəmanlı bildirib.

Qeyd edək ki, Azərbaycanda yuxarıda adları çəkilən partiyaların 2005-ci il noyabrın 26-da, yəni parlament seçkilərindən sonra "Qələbə"  meydanında keçirdikləri aksiya polis zorakılığı ilə dağıdılıb. Bu aksiyadan sonra müxalifətə şəhərin mərkəzi meydanlarında aksiya keçirmək yasaq edilib. Buna baxmayaraq, müxalifət qüvvələri ayrı-ayrılıqda və pərakəndə şəkildə aksiyalar keçirməyə cəhd ediblər. Son günlər isə əsas müxalifət partiyaları birləşmək barədə və birgə mübarizə aparmağa dair bəyanatlar veriblər. Analitiklərə görə, bu çox gecikmiş bir addım olsa da, müxalifət düşərgəsinin təmərküzləşməsi üçün yeganə çıxış yoludur, amma bu yolun da nə qədər effektiv olacağı hələ ki, çoxlu suallar doğurur.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Ermənistan ordusunda açıq deqradasiya
Ölkənin müdafiə sektorunda gərginlik yaşanır

AXCP ilə Müsavatın birləşməsində ciddi problem yoxdur
Xaliq Bahadır isə tezliklə çoxluğun qərarına tabe olar

102 saylı baza təhlükəyə çevrilir
Ermənistan və Rusiya Azərbaycanın təhlükəsizliyinə zidd sənəd imzalayır

Gürcüstandan bir gənclik heyəti Bakıda
Nazim İbrahimov onlarla görüşüb

Brayza təsdiqlənməyə bilər
21 səfir təyin olundu, ondan soraq yox...

Hansı daha "pis erməni"dir?
Van Bayburt, yoxsa Sergey Lavrov?

Meyiti spekulyasiya obyektinə çevirmək...
Bu hal Ermənistan rəhbərliyinin əxlaq və mənəviyyatının göstəricisidir

Sosialist İnternasionalının rəhbəri Bakıdadır
Luis Ayala iki ay əvvəl Moskvada Ayaz Mütəllibovla da görüşüb



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər