Hal-hazırda Ayna qəzetinin 31.07.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 31.07.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Ermənistan ordusunda açıq deqradasiya
Ermənistan ordusunda açıq deqradasiya
Ölkənin müdafiə sektorunda gərginlik yaşanır
Şənbə, 31.07.2010

Cəsur Sümərinli mətn ölçüsü  

Ermənistan silahlı qüvvələrində baş verən son insident bu ölkədə müdafiə və təhlükəsizlik sektorunda deqradasiya prosesinin sürətlənməsinin aşkar əlamətidir. Bu baradə "Ayna" qəzetinə "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzindən məlumat verilib. Qeyd edilir ki, uzun illər qapalı saxlanan deqradasiya prosesləri artıq açıq müstəviyə keçir və bu vəziyyət Ermənistan ordusunun bu gününü təsvir etmək və gələcəyini proqnozlaşdırmaq baxımından çox önəmlidir.

Hadisə necə və nə üçün baş verdi?

Elə dünən Ermənistan MN hərbi hissələrindən birində hərbçi yoldaşlarını qətlə yetirdikdən sonra özünü də güllələyən əsgərin adı məlum olub. Hadisə Ermənistanın işğalı olan Xocavənd rayonu ərazisindəki hərbi hissələrdən birində baş verib. Helsinki Assosiasiyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts bildirib ki, hadisəni əsgər Karo Ayvazyan törədib. Hüquq müdafiəçisinin sözlərinə görə, İrəvan sakini olan Karo Ayvazyan bir müddət ABŞ-da yaşayıb. Lakin orada cinayət törətdiyinə görə məhkum olunub və deportasiya edilib. "Ayvazyanın səhhətində də problemlər olub. Buna baxmayaraq, onu hərbi xidmətə gətirən zaman ya bunu nəzərə almayıblar, ya da faktı ört-basdır ediblər", - deyə o qeyd edib.

A.Sakunts bildirib ki, bir leytenant və hərbi hissənin daha bir zabiti K.Ayvazyanı postda yatmış vəziyyətdə tutublar. Zabitlər əsgəri oyadıb, təhqir etməyə başlayıblar. Təhqirlərə dözməyən Karo Ayvazyan atəş açaraq zabitləri öldürüb. Atəş səsinə gələn daha 3 əsgəri də güllələyən Karo Ayvazyan sonra özünü vurub.

Ermənistan mətbuatı isə hadisə haqqında ziddiyyətli xəbərlər yayır. Xəbərlərdə iyulun 28-də baş vermiş hadisə nəticəsində ölənlərin sayı bəzən 5, bəzən isə 6 göstərilir. Artıq ölənlərdən birinin adı da məlumdur. Bu, 20 yaşlı İrəvan sakini Andranik Sarkisyandır.

REKLAM

Hadisə haqqında iki versiya var. Birinci versiya hüquq müdafiəçisi A.Sakuntsun dedikləri ilə üst-üstə düşür. İkinci versiyanı isə A.Sarkisyanın atası Sarkis Sarkisyan açıqlayıb. Onun sözlərinə görə, insident hərbi hissənin blindajında baş verib. Hərbçilər arasında başlayan mübahisə sonradan davaya çevrilib. Dava vaxtı əsgərlərdən biri avtomatı götürərək, hərbçi yoldaşlarını güllələyib, sonra isə özünü vurub. S.Sarkisyan oğlunun möhkəm döyüldüyünü deyib:

"Üzü döyülməkdən göyərmiş və şişmişdi, sifətində açıq və qapalı yaralar vardı. Sinəsindən isə 3 güllə dəymişdi".

Ermənistan KİV yazır ki, hadisəni törətmiş Karo Ayvazyan orduda müqavilə əsasında xidmət edirmiş.

Dünən günorta saatlarında Ermənistan MN ölən hərbçilərin adlarını açıqlayıb. Nazirlik "Hərbi xidmət qaydalarının kobudcasına pozulması" nəticəsində aşağıdakı hərbçilərin öldüyünü bildirib: baş leytenant Vardkes Tadevosyan, əsgərlər Qaregin Ovsepyan, Andranik Sarkisyan, Robert Ovannisyan, Artyom Manasyan və Karo Avazyan.

Baş verən hadisə nəyin əlamətidir? "Doktrina" mərkəzinin versiyasına görə, son illər Ermənistan silahlı qüvvələrinin inkişaf perspektivlərinə mənfi baxımdan təsir edəcək ciddi məqamlar müşahidə olunmaqdadır:

Birinci: insan resurslarının azlığı

İnsan resurslarının azlığı 2005-ci ildən etibarən özünü göstərir. Həmin ildən başlayaraq Ermənistanda hərbi çağırışçılara möhlət hüququ verilməsi prosesində ciddi məhdudiyyətlər, 2007-ci ildən etibarən hərbi xidmət keçməyən gənclərin ölkəni tərk etməsinə qoyulan qeyri-rəsmi qadağaların sərtləşdirilməsi, 2009-cu ildən etibarən silahlı qüvvələrdə xidmət müddətinin qeyri-qanuni olaraq uzadılması, həqiqi hərbi xidmət müddəti başa çatan əsgərlərin ehtiyata buraxılmasının ləngidilməsi və s. ortada olan gerçəklikdir.

Bu çərçivədə xüsusilə qətlə yetirilən erməni hərbçilərin hamısının Ermənistan vətəndaşları olması xüsusi diqqət çəkir. Qeyd edək ki, Ermənistan rəsmiləri öz bəyanatlarında Qarabağ ərazisində Ermənistan vətəndaşlarının xidmət etmədiyini bəyan edirlər. Lakin baş verən insident və bundan əvvəl baş verən çoxsaylı hadisələr bunun həqiqi olmadığını ortaya çıxarır.

"Doktrina" mərkəzinə bəlli olduğu kimi, keçən ildən başlayaraq Ermənistan SQ-də çağırışçı çatışmazlığı qabarıq hiss olunur. Bu prosesin 2013-cü ilə qədər davam edəcəyi proqnozlaşdırılır. Müşahidələr göstərir ki, əsas səbəb Ermənistan - Azərbaycan münaqişəsi dövründə ermənilərin ciddi insan itkisinə məruz qalmasıdır. Beləliklə, məhz 1991-1994-cü illərdə hərbi əməliyyatların gedişində çoxsaylı erməni gəncin həlak olması Ermənistanda əhalinin təbii artım göstəricilərini aşağı salıb. Düzdür, bu problem Azərbaycanda da özünü göstərir, lakin Azərbaycan əhalisinin Ermənistanla müqayisədə 3 dəfə çox olması və Ermənistan SQ-nin sayca, demək olar ki, Azərbaycan SQ ilə eyni olması səbəbindən Azərbaycanda qeyd edilən problem hiss olunmur.

İkinci: hərbi maliyyə resurslarının azlığı

"Müşahidələr göstərir ki, bu gün Ermənistanda hərbi resursların ciddi qıtlığı yaranıb". Bunu "Ayna"nın əməkdaşı ilə söhbətində Hərbi Analitik Tədqiqatlar Mərkəzinin (HATM) direktoru İldırım Məmmədov deyir. Ekspert hesab edir ki, iqtisadi çətinlik və daha sonra dünya böhranı səbəbindən Ermənistanda hərbi xərclərin təkmilləşdirilmə prosesində ciddi problem yaranıb. 2008-ci ilin əvvəllərindən etibarən Ermənistanda hərbi xərclərin artırılma tendensiyası dayanıb.

"2010-cu il üçün hərbi xərclərin miqdarının 600 milyon dollardan çox göstərilməsinə baxmayaraq, əsl rəqəmlər hələ də ölkə ictimaiyyətindən və beynəlxalq təşkilatlardan gizlədilir. Müşahidələr göstərir ki, bu gün Ermənistanın hərbi-siyasi rəhbərliyi silahlı qüvvələrdə xərcləri azaltmaq strategiyasına üstünlük verməyə başlayıb. Müəyyən vəzifələrin, ştatların pul təminatında dəyişiklik edilir", - deyə İ.Məmmədov bildirir.

Ekspertin sözlərinə görə, qarşıdakı 3 il müddətində Ermənistanın müdafiə və təhlükəsizlik sektorunda çalışanların əməkhaqlarını artırmamaq siyasətinə üstünlük verilib. "Diqqətdə olan əsas məsələlərdən biri Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazası və sərhəd qüvvələrinin tərkibində yüzlərlə erməni zabitin xidmət etməsidir, onlar Rusiya hərbi büdcəsindən maliyyələşdirilir", - deyə ekspert vurğulayır.

Üçüncü: qeyri-nizamnamə hallarının artması

Son illərdə baş verən hadisələr Ermənistan ordusunda qeyri-nizamnamə hallarının artdığını göstərir. Xatırladaq ki, iyulun 28-də baş vermiş hadisədən bir gün öncə Ermənistanın Tavuş vilayətindəki hərbi hissədə 30 yaşlı leytenant Artak Nazaryan özünü güllələyib. ABŞ Dövlət Departamentinin insan haqlarının vəziyyətilə bağlı illik hesabatında deyilir ki, 2009-cu ilin 11 ayı ərzində Ermənistan silahlı qüvvələrində 42 ölüm hadisəsi qeydə alınıb ki, onlardan 11-i özünə qəsd, 7-si isə zorakılıq zəminində baş verib.

Araşdırmalar göstərir ki, Ermənistan ordusunda qeyri-nizamnamə hallarının artmasına səbəb olan əsas amillər hərbi qulluqçular arasında münasibətlərin gərginliyi və maddi-texniki təminatın aşağı olması ilə bağlıdır. Son illərdə Ermənistanda peşəkar zabit kadrları hazırlığı ilə bağlı ciddi problem var. Hazırda bu ölkə üçün zabit kadrlarını Rusiya hazırlasa da, onların peşəkarlıq səviyyəsinin bu günün reallıqlarına cavab verməsi sual doğurur. Ciddi maliyyə çatışmazlığı ucbatından Ermənistan öz zabit kadrlarını Qərbin inkişaf etmiş hərbi təhsil müəssisələrində hazırlaşdırmaq imkanından məhrumdur. Sözsüz, qeyri-peşəkar zabitlər orduda nizamnamədənkənar halların artmasının əsas baiskarlarıdır.

Dördüncü: informasiya siyasətində uğursuzluqlar

Ermənistan MN-in əsas problemlərindən biri ictimaiyyətin zəruri informasiyalarla təmin olunmaması və nəticədə arzuolunan ictimai rəyin formalaşdırıla bilmədiyi ilə bağlıdır. Qurumun mətbuat katibi polkovnik Seyran Şahsuvaryanın bu günlərdə vəzifədən çıxarılmasını qeyd edilən prosesin məntiqi davamı hesab etmək olar. Şahsuvaryan "Novosti - Armeniya"ya açıqlamasında bildirib ki, hazırda Ermənistan MN-in "Əsgər" rəsmi qəzetinin baş redaktoru vəzifəsində çalışır. Ümumilikdə, Ermənistanda güc strukturlarının ictimai açıqlığı problem xarakterlidir. MN-in rəsmi veb-səhifəsi ictimaiyyət üçün geniş məlumatlar vermək iqtidarında deyil. Hərbi büdcənin detalları açıq deyil.

Ekspertlər hesab edirlər ki, baş verən son hadisədən sonra Ermənistanda cəmiyyətin müdafiə və təhlükəsizlik sektoruna təsiri artacaq. Bu gün Ermənistan cəmiyyətində ordu mövzusu ilə bağlı qeyri-rəsmi qadağa mövcuddur. Baxmayaraq ki, son illər orduda korrupsiya, qanunsuzluğa dair erməni mətbuatında gedən yazıların sayı hissediləcək dərəcədə artıb. Amma son hadisələrdən sonra erməni elektron saytlarının fəallaşması və bir sıra hallarda ordu rəhbərliyini tənqid edən məlumatları əks etdirmələri vəziyyətin fərqli məcrada davam etdiyini göstərir. Bu baxımdan yaxın perspektiv üçün erməni KİV və QHT-lərinin və ümumilikdə cəmiyyətin ordu rəhbərliyinə təzyiqinin güclənəcəyi proqnozlaşdırılır.

Bəs məhdud iqtisadi və insan resursları gerçəkliyində ordu rəhbərliyi bu təzyiqlərə davam gətirəcəkmi? Sual açıq qalır...


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Dünyada silah satışı artıb

Azərbaycanın "Xəzri"si düşmənləri əsdirəcək

Ermənistan dünyanı aldadır

Azərbaycana silah daşıyan iranlılar məhkəmə qarşısında

Polisə müqavimət göstərən zərərsizləşdirildi

Bölmənin digər xəbərləri
 
Birləşmiş müxalifət aksiya keçirəcək
Şəhər rəhbərliyi isə buna razılıq verməyib

AXCP ilə Müsavatın birləşməsində ciddi problem yoxdur
Xaliq Bahadır isə tezliklə çoxluğun qərarına tabe olar

102 saylı baza təhlükəyə çevrilir
Ermənistan və Rusiya Azərbaycanın təhlükəsizliyinə zidd sənəd imzalayır

Gürcüstandan bir gənclik heyəti Bakıda
Nazim İbrahimov onlarla görüşüb

Brayza təsdiqlənməyə bilər
21 səfir təyin olundu, ondan soraq yox...

Hansı daha "pis erməni"dir?
Van Bayburt, yoxsa Sergey Lavrov?

Meyiti spekulyasiya obyektinə çevirmək...
Bu hal Ermənistan rəhbərliyinin əxlaq və mənəviyyatının göstəricisidir

Sosialist İnternasionalının rəhbəri Bakıdadır
Luis Ayala iki ay əvvəl Moskvada Ayaz Mütəllibovla da görüşüb



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər