Hal-hazırda Ayna qəzetinin 31.07.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 31.07.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
"Qarabağ" Polşada tarixi qələbə qazansa da...
"Qarabağ" Polşada tarixi qələbə qazansa da...
Pley-off mərhələsinə vəsiqənin taleyinə Bakıdakı oyunda aydınlıq gələcək
Şənbə, 31.07.2010

Kərim Nəsrullah mətn ölçüsü  

Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunları başa çatıb. Avrokuboklarda ölkəmizin yeganə təmsilçisi "Qarabağ" Krakov şəhərində Polşa kubokunun sahibi "Visla" ilə qarşılaşıb. Avropa Liqasında bu il beşinci matçına çıxan "Qarabağ" məğlubiyyətsiz oyunlar seriyasını davam etdirib.

Matçın favoriti meydan sahibləri olsalar da, Ağdam klubu bu çətin sınaqdan uğurla çıxıb. Avropa Liqasının əvvəlki mərhələlərində "Metallurq" (Makedoniya) və "Portadaun"u (Şimali İrlandiya) klublarını mübarizədən kənarlaşdıran "Qarabağ" Polşa komandasına da gücünü göstərib. Vüqar Nadirovun vurduğu qolla 1:0 hesablı qələbə qazanan komandamız hələ ötən yay Avroliqada uğurlu çıxışının təsadüfi olmadığını sübut edib. Doğrudur, Krakov təmsilçisi son dəqiqələrdə məğlubiyyətdən qaçmaq şansı qazanıb. Amma qapıçımız Fərhad Vəliyev 90-cı dəqiqədə hakimin təyin etdiyi şübhəli penalti zərbəsini dəf etməklə, hesabın bərabərləşməsinə imkan verməyib.

Şübhəsiz ki, "Qarabağ"ın bu oyunda qələbəsinə inananlar az idi. Ənənəvi olaraq Azərbaycan klublarının Polşa komandaları qarşısında duruş gətirə bilməməsi sanki tendensiya halını almışdı. Amma iki həftə əvvəl Bakı "İnter"inin Polşa çempionu "Lex"i səfərdə məğlub etməsindən (Azərbaycan çempionu əsas vaxtda qələbə qazansa da, penaltilərdə uduzaraq mübarizəni dayandırdı) sonra bu xoşagəlməz tendensiyanın bitəcəyinə də ümid artmışdı. "Qarabağ" bu məsələyə birdəfəlik nöqtə qoydu.

"Qarabağ"ın bu qələbəsi sözsüz ki, tarixi uğurdur. Çünki 1994-cü ildən avrokuboklarda çıxış edən Azərbaycan klublarından indiyə kimi heç birinə Polşa komandasını üstələmək nəsib olmamışdı.

"Visla" kimi sanballı kluba üstün gələn "Qarabağ" işin yarısını görüb. Vüqar Nadirovun vurduğu bir qol komandanın yarışların pley-off mərhələsinə çıxması və "Qarabağ"ın Azərbaycan futbolunda növbəti rekorda imza atması üçün gözəl imkan yaradıb. Belə ki, indiyə kimi heç bir klubumuza avrokuboularda üç mərhələ keçmək müyəssər olmayıb.

Yeri gəlmişkən, matçdan sonra "Qarabağ" futbolçuları qələbəyə o qədər də sevinmirdilər. Əvvəla, onlar anlayırdılar ki, səfər oyununda daha böyük hesabla qələbə qazanmaq olardı, ikincisi də Bakıdakı cavab matçı Krakovdakı oyundan qat-qat çətin olacaq.

"Qarabağ" rəqibini gələn həftə, avqustun 5-də Bakıda qəbul edəcək. "Visla"nın Bakıda itirəcəyi bir şey yoxdur, amma Qurban Qurbanovun komandası əldə etdiyi üstünlüyü qoruyub saxlamağı bacarmalıdır. Bunu isə etmək çox çətin olacaq.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Bakı iddiaçılar turnirindən məhrum olacaq?
Erməni şahmatçı Levon Aronyan kal armud olub keçib FİDE-nin xirtdəyinə

Millimiz üçüncü oldu
Hollandiyanın Den Haaq şəhərində çimərlik futbolu üzrə "Crocs Challenge Cur" turniri keçirilib.

Ronaldo karyerasını bitirə bilər
Braziliya milli komandasının sabiq futbolçusu Ronaldo karyerasını bitirə bilər.

"Barselona" maliyyə problemi ilə üzləşib
"Barselona" tarixinin ən çətin dövrlərini yaşayır.

Ümid bolqarlaradır
Ağır Atletika Federasiyası uğur qazanmağın yolunu milliyə əcnəbiləri çağırmaqda görür



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər