Hal-hazırda Ayna qəzetinin 31.07.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 31.07.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
İnsaniyyət bitən yerdə
İnsaniyyət bitən yerdə
Bu ölkədə mənəvi azadlıq bir xəyaldır
Şənbə, 31.07.2010

S.Sədi mətn ölçüsü  

Azərbaycan türklərindən milli-mədəni və qanuni haqları tələb edən hər kəsin nəsibi həbs və ölümdür. Həbs bir yana, onlar məhbəslərdə fiziki-mənəvi işgəncələrə də məruz qoyulur, sonra ölüm şərbətini içirlər.

ETTELAAT-ın Təbrizdəki yerli şöbəsinin təcridxanasında saxlanılan Əkbər Azad və Şəhram Radmehr ailə üzvləri ilə telefon danışığı zamanı pis və ağır bir şəraitdə saxlandıqlarını bildirmişlər.

İki aydan artıqdır təcridxanada saxlanan bu ziyalıların sağlıq durumunda problemlər var. Əkbər Azadın mədəsində qanaxma baş verib. Ötən illərdə Babək qalasına ənənəvi yürüşdə iştirakına görə inqilab məhkəməsinin Kəleybərdəki (Güney Azərbaycanın Qaradağ mahalının şəhəri) yerli şöbəsi tərəfindən onun həbsinə qərar verilmişdir.

Əkbər Azad uşaqların təlim və tərbiyəsi ilə məşğul olan "Çiçəklər quruluşu"nun, Azərbaycan Mədəni Dərnəklər Birliyinin, Dil və Milli-Mədəni Ocağın təsisçilərindən olmaqla yanaşı, Tehranda Azərbaycan türkcəsində çıxan "Varlıq" dərgisinin yazarlarından biridir. Azərbaycanın tarixi, dili və mədəniyyəti ilə bağlı çoxlu məqalə müəllifidir.

Bir ay öncə ETTELAAT məmurları tərəfindən tutulmuş, qadın hüquq müdafiəçisi Zəhra Fərəczadəyə isə 2 yaşlı övladı ilə görüşməyə imkan yaradılmamaqla mənəvi işgəncə verilib. "GünAzTv"nin xəbərində bildirilib ki, yerli ETTELAAT şöbəsi əvvəlcə bu görüşə icazə verib. Ancaq ailə üzvləri və 2 yaşlı uşaq bir neçə saat bu görüşü gözləsə də, təcridxana məmurları öncədən verdikləri sözün üstündə durmayıblar. Ailə üzvləri təcridxananın 37-ci otağında çox gözlədikdən sonra pərişan halda oranı tərk ediblər.

Xatırladaq ki, Zəhra xanımın həyat yoldaşı Ayət Mehrəlibəyli də ETTELAAT-ın Təbrizdəki təcridxanasında saxlanır. Onu 3 aya yaxındır həbs ediblər.

Zəhra xanım Tehranda universitet bitirib. Qadın hüquqlarını müdafiə etməklə yanaşı, Azərbaycan türklərinin milli-mədəni haqlarının təmin olunmasını istəyənlərdən biridir.

Zəhra xanım Güney Azərbaycanın Urmiya şəhərindəki Mütəhhəri adına xəstəxanada çalışmış, bir müddət "Çağrı" adlı dərginin redaksiya heyətinin üzvü olub. Bir neçə sayı çıxdıqdan sonra hakimiyyət bu jurnalın qapadılması haqda göstəriş verib.

Atasına məxsus evdə həbs olunan bu hüquq müdafiəçisinə məxsus kompüter, SD, kitablar və başqa şəxsi əşyalar ETTELAAT məmurları tərəfindən müsadirə edilmişdir.

Tehran hakimiyyəti yalnız qanuni, milli-mədəni haqları istəyənləri deyil, dini azlıqların təmsilçilərinə qarşı da dözümsüzlük nümayiş etdirir. İstisna yalnız ermənilərdir. Halbuki İranın Ana Yasasında dini azlıqların haqlarının qorunması ilə bağlı maddə var.

Davamlı surətdə təzyiqlərə məruz qalan təbəqələrdən biri də bəhailərdir. Beynəlxalq Amnistiya Təşkilatının hesabatına görə, hazırda İranda 300 min bəhai yaşayır. Bəhai dini İranda bir inanc olaraq tanınmır. İslam Respublikası yaranandan bu günə kimi ölkədə 200-dən çox bəhai edam edilib.

Onların təmsilçilərindən biri, Rozita Vasiqi 5 aya yaxındır Məşhəd şəhərindəki Vəkilabad həbsxanasında saxlanılır.

Ailə üzvləri jurnalistlərə açıqlamada bildiriblər ki, son görüşdə Rozitanın son dərəcə arıqladığını görüblər. Məhbus qan təzyiqinin tez-tez düşdüyünü, qollarında və ayaqlarında şiddətli ağrılar hiss etdiyini söyləmişdir.

"ETTELAAT-ın Məşhəd şöbəsinin əməkdaşları bildirirlər ki, Rozita onlarla əməkdaşlıq etmyə söz verməyincə, onun vəziyyəti yaxşılaşmayacaq"...

Məhbus ailəsinin sözlərinə əsasən, zindan məmurları ayyarım əvvəl Rozita Vasiqini azadlığa buraxmaq üçün onlardan 50 min dollarlıq mülk girovu alıblar, ancaq ötən bu müddət ərzində müxtəlif bəhanələrlə onu azad etməkdən boyun qaçırırlar.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

İranda türk aydınlarının həbsi davam edir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər