Hal-hazırda Ayna qəzetinin 31.07.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 31.07.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Bu yay çox isti keçir
Bu yay çox isti keçir
Paytaxtda 80-dən çox günvurma halı
Şənbə, 31.07.2010

Banu mətn ölçüsü  

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu həftə Abşeron yarımadasında güclü isti hava şəraiti, əksər insanlar, xüsusilə meteohəssas, ürək-damar xəstəlikləri olan insanlar üçün əlverişsiz keçəcəyi barədə məlumat vermişdi. Ümumiyyətlə, hidrometeoroloqların xəbər verdiyi kimi, iyul ayı daha isti keçir. Bu da səhhətində problemləri olan insanların sağlamlığına öz mənfi təsirini göstərməkdədir. Xüsusilə də meteohəssas insanlar özlərini narahat hiss etməyə başlayırlar.

Günorta saatlarında qızmar günəş altında dayanan sağlam insanların da səhhətində müəyyən fəsadlar yaranır. İyul ayının 7-dən havanın temperaturunun 39-40 dərəcəyə yüksəlməsi günvurma hallarının artmasına səbəb olub. İndiyədək təkcə paytaxtda 80-dən çox insan günvurma diaqnozu ilə həkimə müraciət edib. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının məlumatına görə, onların təxminən 20-nin səhhətində ağırlaşma müşayiət edildiyinə görə xəstəxanada yerləşdiriliblər. Həkimlər avqustun sonuna kimi səhhətində problemi olan insanları ehtiyatlı olmağa çağırır.

Ümumiyyətlə, bu yay mövsümündə havaların temperaturunun normadan artıq olacağı proqnozlaşdırılır və orta temperaturun 40-42 dərəcə olacağı gözlənilir. Bu isə insanların sağlamlığı üçün problemlərin yarana biləcəyini söyləməyə əsas verir. Həkimlər günvurmadan qorunmaq üçün müvafiq tövsiyələrə riayət etməyi məsləhət görürlər.

Kardioloq-terapevt Eldar Kamranov bildirir ki, isti havalarda ürək-damar xəstəliklərinin kəskinləşməsi daha çox qeydə alınır. Orqanizm yayın bürküsünə son dərəcə ağır reaksiya verir ki, bu da bədəndəki suyun itməsinə səbəb olur. Belə vəziyyətdə daim su qəbul etmək vacibdir. Ümumiyyətlə, hazırkı hava şəraitində risk qrupuna aid olan insanlar, yəni ürək-damar xəstəliklərindən əziyyət çəkənlər, çəkisi artıq olanlar, ağır fiziki işlərə öyrəşməyən insanlar günəşli havadan uzaq olsa məsləhətdir. Bu qrupa aid olanlar müəyyən vaxtlarda, məsələn, saat 11:00-dan 18:00-dək günəşli havaya çıxmasa yaxşıdır. Onlara tövsiyə olunur ki, özləri ilə "validol" preparatı, təzyiq endirən başqa preparatlar gəzdirsinlər.

Həkimlərin bildirdiyinə görə, günvurmanın əlamətləri özünü dərhal büruzə vermir. Günvurma günəş şüalarının təsiri nəticəsində orqanizmdə susuzluğun kritik həddə çatması və hərarətin kəskin şəkildə yüksəlməsidir. Bu, başağrısı, hiperemiya (dəridə qızarma), başgicəllənmə, halsızlıq, bayılma halları ilə müşahidə olunur. Günvurma qızdırma, davamlı olaraq tərləmə, qusma ilə müşayiət edilir. Gün vuran insanı kölgəyə gətirmək, alın və döş nahiyəsini nəm mələfə ilə kompres etmək və sərin su vermək lazımdır.

Günvurma davamlı şəkildə müalicə olunmasa, fəsadlarla nəticələnir və sinir sisteminin pozulmasına səbəb olur. Əgər vaxtında tədbir görülməzsə, ölümə də səbəb ola bilər. Ona görə də bu cür havalarda gün ərzində çoxlu su və maye qəbul etmək lazımdır. Əgər insan orqanizmi adi günlərdə sutka ərzində 2-2,5 litr maye ifraz edirsə, isti havalarda bu, 4 litrə çatır. Ona görə də daha çox su içmək məsləhətdir.

İstilərdə ən yaxşı maye yaşıl çay hesab olunur. Onun tərkibindəki zəngin vitaminlər qan-damar sisteminə yaxşı təsir göstərir. Eyni zamanda yaşıl çay insanları ultrabənövşəyi şüalardan qoruyur. Gün ərzində 3-4 fincan qəbul etmək məsləhət görülür. Bundan başqa, həkimlər ayran, kefir, yoqurt, süd içməyi də məsləhət bilir. Kvas də xeyirlidir. Bu içki də ürək-damar və sinir sisteminin fəaliyyətinə kömək edir.

İsti havalarda ciddi iştahsızlıq halları özünü göstərir. Ona görə də az da olsa, tərkibində zülal, yağ, karbohidratlarla zəngin olan qidaların qəbulu məsləhətdir. Bundan başqa, meyvə-tərəvəz qəbulunu artırmaq lazımdır.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Temperatur 40 dərəcəni ötərsə

Bölmənin digər xəbərləri
 
Borçalı türklərinin elat bayramı gözəl keçdi
Arzu edilir ki, gələcəkdə Mixail Saakaşvili və İlham Əliyev də bu bayramda iştirak etsinlər

Azərbaycanda da buzlaqlar əriyir
İlbəil havanın temperaturu yüksələcək

Meşə yanğınları - daha bir milli təhlükə
ETSN ehtiyatlı olmağa çağırır

Sanatoriyalara ehtiyac böyük olsa da,
onların 70 faizi fəaliyyətsizdir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər