Hal-hazırda Ayna qəzetinin 24.07.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 24.07.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Mübariz İbrahimov Milli Qəhrəman adına layiq görüldü
Mübariz İbrahimov Milli Qəhrəman adına layiq görüldü
Prezident onun igidliyini yüksək qiymətləndirib
Şənbə, 24.07.2010


İlkin
mətn ölçüsü  

İyunun 19-da Tərtərin Çaylı kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin hücumunu dəf edərkən bir neçə erməni əsgəri öldürmüş, özü isə həmin döyüşdə şəhidlik zirvəsinə ucalmış 22 yaşlı gizir Mübariz İbrahimov qəhrəman sayılıb. Prezident bu cəsur gizirə Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi (ölümündən sonra) barədə sərəncam imzalayıb.

Məlumata görə, dövlət başçısının bir başqa sərəncamı Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun xatirəsinin əbədiləşdirilməsi haqqında olub. Prezident Biləsuvar rayonunda orta məktəblərdən və küçələrdən birinə Mübariz İbrahimovun adının verilməsini tapşırıb.

Şəhidin atası Ağakərim İbrahimov bildirib ki, prezident İlham Əliyevin bu fərmanı təkcə oğluna deyil, Vətən uğrunda canından keçən bütün şəhidlərə şamil olunur. Şəhidin atası Mübariz İbrahimovun Milli Qəhrəman adına layiq görülməsini ailələri üçün böyük təskinlik olduğunu deyib və tezliklə oğlunun meyitinin də doğma torpağa qovuşmasını arzulayıb.

Şəhidin müəllimi Valeh Ağayev bildirib ki, onun qəhrəmanlığı bütün Azərbaycan gəncləri üçün örnək oldu və biz müəllimləri onunla fəxr edirik: "Fəxr edirik ki, belə bir şagirdimiz var".

Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı gizir Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində doğulmuşdur. 2005-ci ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbini bitirib. Həmin il hərbi xidmətə çağırılıb. Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə xidmət edib, çavuş rütbəsi alıb. 2007-ci ildə hərbi xidməti başa vurduqdan sonra bir müddət mülki işlərdə çalışıb. 2009-cu ilin avqust ayında öz arzusu ilə hərbiyə qayıdıb. Bu dəfə artıq gizir kimi xidmət keçməyə başlayıb. 2010-cu ilin aprel ayından Tərtər rayonunun "N" saylı hərbi hissəsində xidmət edib.

...2010-cu il iyunun 18-dən 19-na keçən gecə Tərtərin Çaylı kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin hücumunu dəf edərkən düşməni ağır itkilərə məruz qoyaraq qəhrəmancasına həlak olub. Şəhid gizirin meyiti o vaxtdan düşmən tərəfin əlindədir. Qoy düşmən bilsin ki, şəhidlər ölməz, vətən bölünməzdir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Dələduz ordu zabiti

Bölmənin digər xəbərləri
 
Həbsdəki bloggerlərin şikayətinə gələn ay baxılacaq
Avqustun 19-da saat 11-də Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə həbs edilmiş bloggerlər - Emin Milli və Adnan Hacızadənin kassasiya şikayətinə baxılacaq.

6 ayda istehsalatda 92 bədbəxt hadisə
23 ölüm var, 77 nəfər bədən xəsarəti alıb

Ordunun döyüş qabiliyyəti xeyli yüksəlib
Hərbi xidmət əleyhinə cinayətlərin sayı isə azalıb

"Media açarı" mükafatı təqdim edildi
Laureatlar sırasında "Zerkalo"nun siyasi icmalçısı da var

Son bir ayda - 425 kq narkotik...
Bunlar İrandakı edamların fonunda baş verir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər