Hal-hazırda Ayna qəzetinin 24.07.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 24.07.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Son bir ayda - 425 kq narkotik...
Son bir ayda - 425 kq narkotik...
Bunlar İrandakı edamların fonunda baş verir
Şənbə, 24.07.2010

İ.Balıoğlu mətn ölçüsü  

İranın müxtəlif şəhərlərində narkotiklərin daşınması ilə məşğul olmuş şəxslərin edamlarının fonunda, bu ölkədən Azərbaycan Respublikasına narkotik qaçaqmalçılığı nəinki səngimək bilmir, əksinə, intensivlik artmaqdadır və bu tendensiya cəmiyyətdə narahatlıq doğurur. Bu mövzuda xəbərlərin intensivliyindən belə nəticəyə gəlmək olur ki, ölkəmizə qarşı gizli savaşın bu cəbhəsində durum ciddi şəkil almışdır.

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı son bir ayda keçirilmiş əməliyyat tədbirlərinin qorxulu statistikası da bunu deyir. MTN-in bu əməliyyatları nəticəsində qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınması ilə məşğul olan 15 nəfər ifşa olunaraq yaxalanmış, onlardan ümumilikdə 425 kiloqram narkotik vasitə aşkar edilərək götürülmüş, 5 cinayət işi başlanmışdır. MTN-in ictimai əlaqələr mərkəzindən "Turan"a verilən məlumata görə, narkotiklərin daşınması ilə məşğul olan qruplardan əsasən həşiş və heroin müsadirə edilmişdir.

Bu qruplar "İran - Azərbaycan - Rusiya" marşrutu üzrə işləyirmişlər. Məsələn, narkotik vasitələrin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan vətəndaşları - Həsənov İmran, Mahmudov Rahib və Rusiya Federasiyasının vətəndaşı Cəlalov Camal Sankt-Peterburq şəhərində saxlanılıb, onlardan 397 kq həşiş aşkarlanaraq götürülüb.

Xəbərə görə, digər əməliyyat tədbiri nəticəsində Bakı sakini Əliyev Fazil saxlanmış, onun idarə etdiyi "Azsamand" markalı avtomobilə baxış zamanı 1 kiloqrama yaxın heroin aşkarlanaraq götürülmüşdür. Daha bir əməliyyat tədbirində Azərbaycan vətəndaşları - Rufullayev Elizbar, Quliyev Anar, Əliyev Ceyhun və Ağayev Dəyanət saxlanmış, narkotik vasitə olan - 16 kq 170,94 qram həşiş qətranı və 17 qramdan artıq heroin aşkarlanaraq götürülmüşdür.

Növbəti əməliyyat tədbirində Azərbaycan vətəndaşları - Babayev Ramiz, Quliyev Vüsal, Babaşov İlqar, Qarayev Zahir və Arayeşkar Tünzalə Həsənpaşa qızı saxlanmış, narkotik vasitə olan - 12 kiloqrama yaxın həşiş qatranı və 900 qrama yaxın heroin aşkar edilərək götürülmüşdür.

Digər əməliyyat tədbiri nəticəsində Lənkəran şəhər sakini Kazımov Rəşad və Şirvan şəhər sakini Hüseynov Ceyhun yaxalanıb, onlardan 100 qrama yaxın narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb. MTN bildirir ki, bütün faktlar üzrə cinayət işləri başlanılıb. Bu hüquqazidd əməllərin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bütün bu hadisələr Azərbaycana uyuşdurucu partiyalarının ötürüldüyü qonşu İranda bu zəmində cinayətlərə görə edamların fonunda baş verir. Görünür, onlar ölkə daxilindəki bu əməllərinə görə ən ağır cəzaya məhkum olunurlar. Qonşu Azərbaycana - onların siyasətinin məcrasında getmək istəməyən bir ölkəyə isə cəza olaraq bu fəsad məqbul görünür. Savaş şiddətlənir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Bunlar hər müəllifin yaza bilmədiyi təfsilatlardır

"Casus oyuncaqlar", italyan qadın geyimləri, "Ağacdələn", bəhailər...

İran: öldürülənlərin sayı artmaqdadır

Əhmədinijat uçan kəpənəyi tuta bilmədi

İran böhranı: "Vilayəti-fəqih" idarəetmə təsisatı ölüb

Bölmənin digər xəbərləri
 
Həbsdəki bloggerlərin şikayətinə gələn ay baxılacaq
Avqustun 19-da saat 11-də Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə həbs edilmiş bloggerlər - Emin Milli və Adnan Hacızadənin kassasiya şikayətinə baxılacaq.

6 ayda istehsalatda 92 bədbəxt hadisə
23 ölüm var, 77 nəfər bədən xəsarəti alıb

Ordunun döyüş qabiliyyəti xeyli yüksəlib
Hərbi xidmət əleyhinə cinayətlərin sayı isə azalıb

"Media açarı" mükafatı təqdim edildi
Laureatlar sırasında "Zerkalo"nun siyasi icmalçısı da var

Mübariz İbrahimov Milli Qəhrəman adına layiq görüldü
Prezident onun igidliyini yüksək qiymətləndirib



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər