Hal-hazırda Ayna qəzetinin 24.07.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 24.07.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
"Media açarı" mükafatı təqdim edildi
Laureatlar sırasında "Zerkalo"nun siyasi icmalçısı da var
Şənbə, 24.07.2010

Səid mətn ölçüsü  

İyulun 23-də Bakı Əyləncə Mərkəzində Milli Mətbuat Günü münasibətlidə Azərbaycan Jurnalistlər Birliyi və "Yeni Nəsil" Jurnalistlər Birliyinin təsisçisi olduğu "Media açarı" mükafatı laureatlarına təqdim edilib. Bu dəfə mükafatın təqdimatı "Azərfon" şirkətinin dəstəyi ilə həyata keçirilib.

Tədbir təşkilatçıları bir neçə nominasiya üzrə qaliblərin adlarını açıqlayıblar.

"Yeni Nəsil" Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyevin sözlərinə görə, bu il jurnalist işləri üzrə müsabiqə keçirilməyib. İctimaiyyət, dövlət qurumlarının nümayəndələri, media əməkdaşları sırasından, demək olar ki, 100 ekspertə anketlər paylanılıb. Onlar mətbuat sahəsində ən məşhur adları açıqlamalı idilər. Lakin onlar da vahid fikrə gəlmədilər və buna görə qalibləri münsiflər müəyyən edib.

İnformasiya-kommunikasiya texnologiyaları mövzusunda qalib "Trend" agentliyinin əməkdaşı Hüseyn Vəliyev, "Xalq qəzeti"nin əməkdaşı Qabil Əliyev və ANS telekanalının operatoru Rüfət Şabanov olub.

Sosial reportaj mövzusunda qalib "Azadlıq" qəzetinin əməkdaşı Ramin Deko olub.

Həmçinin regional RTV (Xaçmaz) - "Xəbər vaxtı" proqramı və "Xəzər" telekanalının "Xəzər-xəbər" proqramı operativ xəbərlərə görə qalib olub. "Zerkalo" qəzetinin icmalçısı Rauf Mirqədirov isə siyasi analitik məqalələrinə görə mükafata layiq görülüb. Əlavə edək ki, "Ayna" və "Zerkalo" qəzetlərinin digər icmalçısı - İsmayıl Umudlu ölkə prezidenti tərəfindən "Tərəqqi" medalı ilə təltif edilənlər sırasında olmuşdur.

"Media adamı" nominasiyasında politoloq Rasim Musabəyov və məşhur dramaturq Rüstəm İbrahimbəyov mükafata layiq görülüb. Sonuncu bildirib ki, bütün mükafatları arasında bu, peşə fəaliyyəti ilə əlaqədar olmayan, birbaşa vətəndaş mövqeyi ilə bağlı olan yeganə mükafatdır.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Adlar seçimin obyektivliyini dəqiq əks etdirdi

Azərbaycan filmi 5000 avro qazana bilər

"Türkiyə birdev" Azərinə mükafat verdi

Xatəmiyə Danimarkadan "dialoq mükafatı"

Norveç Nobel Komitəsi rəhbərliyi Bakıya gəlir

Bölmənin digər xəbərləri
 
Həbsdəki bloggerlərin şikayətinə gələn ay baxılacaq
Avqustun 19-da saat 11-də Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə həbs edilmiş bloggerlər - Emin Milli və Adnan Hacızadənin kassasiya şikayətinə baxılacaq.

6 ayda istehsalatda 92 bədbəxt hadisə
23 ölüm var, 77 nəfər bədən xəsarəti alıb

Ordunun döyüş qabiliyyəti xeyli yüksəlib
Hərbi xidmət əleyhinə cinayətlərin sayı isə azalıb

Son bir ayda - 425 kq narkotik...
Bunlar İrandakı edamların fonunda baş verir

Mübariz İbrahimov Milli Qəhrəman adına layiq görüldü
Prezident onun igidliyini yüksək qiymətləndirib



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər