Həbsdəki bloggerlərin şikayətinə gələn ay baxılacaq
|
Şənbə, 24.07.2010
|
|
mətn ölçüsü |
|
|
|
Avqustun 19-da saat 11-də Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə həbs edilmiş bloggerlər - Emin Milli və Adnan Hacızadənin kassasiya şikayətinə baxılacaq. Bu barədə "Turan"a vəkil İsaxan Aşurov bildirib.
Onun sözlərinə görə, iyulun 26-da Qaradağ rayon Məhkəməsində Adnan Hacızadənin vaxtından əvvəl azad olunması ilə bağlı müraciətinə baxılacaq.
Hacızadə və Milli beynəlxalq ictimaiyyət tərəfindən vicdan məhbusu kimi tanınıb. Onlar ötən ilin noyabrında saxta xuliqanlıq ittihamı ilə 2 və 2,5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Martın 10-da Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb.
|
|
|
|
|
|
|