İrana qarşı sanksiyaların tətbiqi ilə bağlı nəzarətin gücləndirilməsi ideyasını müdafiə edənlər deyəsən yanılmır. Yeni, 4-cü qətnamənin tətbiqindən sonra bəlli olub ki, İranın nüvə proqramı Almaniyanın kiçik bankı vasitəsi ilə maliyyələşir.
"Wall Street Yournal"a istinadən məlumatda bildirilib ki, "Eurorean-Iranian Trade Bank AG" adlı maliyyə qurumu İranın ballistik raket düzəltməsi, aerokosmik proqramın gerçəkləşməsi, yeni adi silahlara dair proqram hazırlanmasında milyardlarla dollarlıq müqaviləni İslam Respublikasına məxsus şirkətlərlə sövdələşir.
Bankın müştəriləri arasında İran Müdafiə Sənayesi Təşkilatı, İran Kosmik Agentliyi, İran İslam İnqilab Keşikiçiləri Qvardiyası da var. Halbuki BMT Təhlükəsizlik Şurasının axırıncı qətnaməsində, Avropa Birliyi Komissiyası və Almaniya hökumətinin qərarında bu qurumlarla ticarət əlaqəsi qadağan edilib.
İran qvardiyasına bağlı olan "Sipah" İranın tərəfkeş maliyyə müəssisəsidir. "Serah" və "Eurorean-Iranian Trade Bank AG"ın təmsilçiləri məsələyə münasibət bildirməkdən imtina edib.
"Eurorean-Iranian Trade Bank AG"nin adı BMT və AB-nin qadağalar siyahısında olmasa da, Almaniya hökumətinin uyğun qurumları yaxın zamanda bu yöndə araşdırma aparmaq niyyətindədir.
|