![]() |
çap et |
|
|||
Türkiyədə "Balyoz" (gürz, kuvalda) hərbi çevriliş planı iddiası ilə bağlı istintaq çərçivəsində 102 hərbçi haqqında həbs-qətimkan tədbiri seçilib. APA-nın "Habertürk"ə istinadən yaydığı xəbərə görə, məhkəmə 196 nəfərin adının keçdiyi cinayət işi üzrə istefada və fəaliyyətdə olan 102 hərbçinin həbsinə sanksiya verib. Bu şəxslər arasında Hərbi Hava Qüvvələrinin keçmiş komandanı, istefada olan ordu generalı İbrahim Fırtına, Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, istefada olan ordu admiralı Özdən Örnək, 1-ci ordunun keçmiş komandanı, istefada olan ordu generalı Çətin Doğan da var. Bu şəxslər daha əvvəl da saxlanılmış, lakin məhkəmənin qərarı ilə istintaq müddətində sərbəst buraxılmışdılar.
Ümumilikdə həbsinə qərar verilən 102 nəfərdən 52-si generaldır. Bu generalların 26-sı istefada, 26-sı isə hazırda ordu sıralarında xidmətdədir. İş üzrə ilk məhkəmə iclası dekabrın 16-da keçiriləcək. Qeyd edək ki, "Balyoz"da adı keçən şəxslər Türkiyənin mövcud hökumətini devirmək üçün plan hazırlamaqda ittiham olunurlar və bu məsələ hazırda türk toplumunda və siyasi mühitində ən çox danışılan qaranlıq mövzuya çevrilmişdir. |