Hal-hazırda Ayna qəzetinin 24.07.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 24.07.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Dünyada  
 
 
Türkiyədə 52 generalın həbsinə sanksiya verilib
Ümumilikdə 102 hərbçi həbsə məruz qoyulub
Şənbə, 24.07.2010

Cəsur Məmmədov mətn ölçüsü  

Türkiyədə "Balyoz" (gürz, kuvalda) hərbi çevriliş planı iddiası ilə bağlı istintaq çərçivəsində 102 hərbçi haqqında həbs-qətimkan tədbiri seçilib. APA-nın "Habertürk"ə istinadən yaydığı xəbərə görə, məhkəmə 196 nəfərin adının keçdiyi cinayət işi üzrə istefada və fəaliyyətdə olan 102 hərbçinin həbsinə sanksiya verib. Bu şəxslər arasında Hərbi Hava Qüvvələrinin keçmiş komandanı, istefada olan ordu generalı İbrahim Fırtına, Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, istefada olan ordu admiralı Özdən Örnək, 1-ci ordunun keçmiş komandanı, istefada olan ordu generalı Çətin Doğan da var. Bu şəxslər daha əvvəl da saxlanılmış, lakin məhkəmənin qərarı ilə istintaq müddətində sərbəst buraxılmışdılar.

Ümumilikdə həbsinə qərar verilən 102 nəfərdən 52-si generaldır. Bu generalların 26-sı istefada, 26-sı isə hazırda ordu sıralarında xidmətdədir. İş üzrə ilk məhkəmə iclası dekabrın 16-da keçiriləcək.

Qeyd edək ki, "Balyoz"da adı keçən şəxslər Türkiyənin mövcud hökumətini devirmək üçün plan hazırlamaqda ittiham olunurlar və bu məsələ hazırda türk toplumunda və siyasi mühitində ən çox danışılan qaranlıq mövzuya çevrilmişdir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Müdafiə Nazirliyi "sabiqləri" yola saldı

Hərbi Doktrina gələn ilə qaldı

Generalın siması kətan üzərinə köçdü

Generalın qətli ilə bağlı məhkəmə başladı

Bölmənin digər xəbərləri
 
12 sentyabrda Türkiyə "dəyişəcəkmi"?
1980-ci ildə TSK məhz bu tarixdə ölkəni böyük təhlükələrdən xilas etmişdi

"Bapbalaca" bankın böyük sərgüzəşti
İsrailin narahatlığı özünü doğruldur

Bin Ladenin ailə üzvləri İranda girovdur?
ABŞ onlara sığınacaq verməyə hazırdır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər