12 sentyabrda Türkiyə "dəyişəcəkmi"?
 |
1980-ci ildə TSK məhz bu tarixdə ölkəni böyük təhlükələrdən xilas etmişdi
Şənbə, 24.07.2010
Ənvər Börüsoy Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin (AMSTM) |
mətn ölçüsü |
|
|
|
Altı yüz əlli il mövcud olmuş Osmanlı İmperatorluğunun xarabalıqları üzərində 1923-cü ildə qurulan Türkiyə Cümhuriyyəti yarandığı gündən bu ölkədə iki başlıca siyasi məktəb region üzərindən Qara və Aralıq dənizləri hövzəsində yerləşən dövlətlərə yönəlik strateji hədəflərə çatmaq peşində oldu. Biz bunu bilirik. Bu sırada təbii olaraq, Türkiyənin dərin dövlət strategiyası daim bundan özünün milli maraqlarının təmin edilmə xəttini sərgilədi. Görüntü şəklində bu, qatmaqarışıq bir siyasi labirint təsiri bağışlayır. Amma Türkiyə bu labirintdə başını itirmədi, əksinə, bu qatmaqırışıqlıqdan daha çox udan tərəf Türkiyə oldu.
İkiqütblü dünya siyasəti öz ömrünü başa vurduqdan sonra təkqütblü siyasi iradənin şərtləri gündəmə gəldisə, Ankara buna qarşı 1991-ci ildən 2002-ci ilə qədər dirəniş göstərdi. Ardınca isə situasiya dəyişdi. Siyasi islam modelinin tərəfdarı kimi AKR iqtidarı ənənəvi dövlət modelini və strategiyasını reformlar adı altında dəyişdirməyə çalışdı və biz bu dolaşıq prosesi dərin bir ağrı içində seyr etməkdəyik. Bəlli Orta Doğu Projesinin (BOP) tərkib hissəsi olan "Şərqdə böyük dövlətlərin cırtdan ölkələrə çevrilmə" strategiyası rəsmiləşdirilmə relsi üzərinə qoyulub və bunun üçün dəridən-qabıqdan çıxan çevrələr, məkrli çalışmalar var.
Türkiyədə 12 sentyabr tarixində keçiriləcək referendumu da bu çalışmaların tərkib hissəsi kimi görməyə bilmirik.
AKR və BOP işbirliyi
1980-ci ilin 12 sentyabr tarixində TSK (Türkiyə Silahlı Qüvvələri) Baş Qərargah rəisi Kənan Evren dövləti çökdürmək istəyən daxili və xarici qüvvələrin qarşısını almaq üçün hərbi çevriliş edərək hakimiyyəti ələ almışdı. Çünki Türkiyədə siyasi, iqtisadi və ictimai istiqrarsızlıq, sosial və toplumsal partlayışların alovlanması, xarici güclərin bu prosesdə aktiv hərəkətə keçmələri dərin böhranlara səbəb olmuşdu. O zaman Nəcməddin Ərbakanın liderliyində islamçı və radikal şəriətçi qüvvələr "Qüds mitinqi" adı altında dünyəvi dövlətin devrilməsi çağırışlarını dərinləşdirmək üçün xaricdən güclü maliyyə dəstəyilə açıq bir şəkildə hərəkətə keçmişdilər. Digər tərəfdən, baş nazir Süleyman Dəmirəlin liderliyində ölkə iqtisadi və maliyyə böhranları bataqlığına doğru yön almışdı. Problemin digər tərəfi isə cəmiyyətin sağ və sol qüvvələrə bölünərək açıq silahlı münaqişələrə cəlb edilməsi idi. Bir sözlə, vətəndaş savaşı ölkənin hər qarışında ağır faciələrə səbəb olan bir axarla dərinləşməkdə idi.
TSK bir xilaskar güc olaraq bütün bunların qarşısını almaq üçün hakimiyyətin hərbçilərin nəzarətinə keçməsini təmin etməyə məcbur qalmışdı. 2002-ci ildə hakimiyyətə gələn AKR iqtidarı uzun müddətdir ki, ölkənin Ana Yasasının dəyişdirilməsi üçün dərin siyasət yürütməkdədir. Bu yöndə ilk addım olaraq "Türban" qanununun qəbulundan sonra digər addımları atmaqdadır.
İndi sırada BOP planlarının şərtlərinə uyğun olaraq, "kürd açılımı", "erməni açılımı" və digər "açılım"lar var və bu "açılım"lara yol açmaq üçün bu siyasi aksiyanın rəsmiləşdirilməsinə çalışılır.
Mütəxəssislərin fikrincə, referenduma çıxarılan bütün maddələrin ictimai, siyasi və fəlsəfi baxımdan alt qatında duran əsas məsələ isə TSK-nın, ədliyyə və məhkəmələrin, prokurorluğun hüquqlarının, müstəqilliyinin qarşısının alınması və ya məhdudlaşdırılması, bütün dövlət institutlarının hakim partiyanın nəzarətinə keçməsidir. Niyyətlər bunun reallaşmasına xidmət edir. Bu həm də 2011-ci ildə keçiriləcək parlament seçkilərində AKR-nin üçüncü dəfə təkhakimiyyətliyinin təmin edilməsi üçün atılan addımlardan biridir.
AKR-nin son 8 ildə iqtidarda olduğu müddətdə Türkiyənin Orta Şərq, Qafqaz, Balkan və Orta Asiya siyasətində strateji əhəmiyyəti kiçildilib və bütün bunlar ABŞ və onun qərbli müttəfiqlərinin tam nəzarətinə keçib. Bu proses həm də böyük təbii sərvətləri olan bu dörd regionun milli gəlirlərinin üzərində siyasi, inzibati və hərbi cəhətdən nəzarətinə gətirib çıxarıb. Belə bir siyasətlə Türkiyə adı altında AKR-yə məxsus olan şirkətlər daha da zənginləşibdir. Türk toplumunda bu heç də Türkiyənin milli gəlirləri kimi qəbul edilmir.
İki siyasi məktəbin Ankara savaşı
Türkiyədə ənənəvi olaraq alman və amerikan siyasi məktəbi mövcuddur. Soyuq savaş dönəmində bu məktəblər arasında müəyyən uzlaşma strategiyası mövcud idi. 1991-ci ildə Balkan savaşı adı altında keçmiş Yuqoslaviyanın Makedoniya, Xorvatiya, Bosniya-Herseqovina, Qaradağ (Çernoqoriya), Kosova və Serbiya adlı cırtdan dövlətlərə bölünməsi sayəsində Rusiyanın Aralıq dənizində hərbi, iqtisadi və siyasi gücü yox edildi. Bu dərin strategiyanın əsas səbəbkarı isə Almaniya oldu. İndi Almaniya Avropa Birliyi (AB) siyasətində Macarıstan, Polşa, Rumıniya, Albaniya, Yunanıstan, İsveç, Hollandiya, Avstriya, Sloveniya, Çexiya kimi dövlətləri də özünün təsir dairəsinə sala bildi.
Almaniyanın başı son illər "Mərkəziyyətçi Avropa" ideyasına və Rusiyanın Şərqi Avropadakı iddialarını neytrallaşdırmağa qarışdığı üçün ABŞ Türkiyədə təriqətçi və şəriətçi AKP-ni iqtidara gətirmək imkanı qazandı. İndi ABŞ Əfqanıstan, İraq və Pakistan məsələsində heç bir güclə paylaşmaq fikrində deyil. Başda SNP olmaqla digər sağ partiyalara Almaniyanın dəstək verməsi və bunun sonucda böyük uğura gətirəcəyi hələlik mücərrəd görünür. Çünki AKP iqtidara mümkün qədər Türkiyədə "milli azlıqları", "şəriətçi camaat birlikləri"ni, aztəminatlı kasıb təbəqələri öz tərəfinə çəkmək siyasətini dərinləşdirməklə strateji hədəfdə BOP planını qəti şəkildə rəsmiləşdirməyə çalışır. AB-nin əsas böyük gücü rolunda çıxış edən Almaniya isə mümkün qədər ABŞ-ın təsir dairəsinin azaldılmasına, özünün sənaye və konversiya imkanlarının genişlənilməsinə görə bütün gücünü AKP-nin gözdən salınmasına yönəldib. Buna görə də AB "Türkiyədə demokrktiya və onun təməl prinsipləri qorunmalıdır" iddiasını sərgiləməkdə davam edir.
İndi 12 sentyabr referendumuna gələk. Bu referendumdan sonr a Türkiyədə milli azlıqlara regional dövlət dili statusunun verilməsi (xüsusilə kürdlərə) sayəsində ABŞ-ın Quzey İraqda süni şəkildə yaratdığı "İraq Kürdüstan Muxtariyyəti" ideyasının bu ölkəyə transfer olması təhlükəsi yaranıb. Bunun isə ölkə üçün daha böyük ağrılara səbəb olacağı gözlənilir.
Bu siyasəti uyğulayan ABŞ-a məxsus strateji mərkəzlər AKR-nin liderliyində TSK-nın gücünü dəyərsizləşdirmək üçün neçə zamandır çoxgedişli kombinasiyaları rəsmiləşdirməyə çalışıblar. TSK və Baş Qərargah 8 ildir bütün bunlara səbirlə dözməkdə, uydurma "Ergenekon suçlaması"nı təqib etməkdədir. Hərbi strateji təhlilçilərin fikrincə, TSK heç də yatmayıb və gözlənilməz gedişlərlə proseslərin məcrasını dəyişə bilər.
Süni "demokratiya" ixracı
Başda ABŞ olmaqla bütün Qərb çevrələri Türkiyədən şübhəli bir tərzdə daim demokratiya tələb edib. Bu yöndə hətta ölkə daxilində xeyli institutları uzun illərdir maliyyələşdirir. İndi Qərbdən demokratiya gözləyənlərin özləri belə çaşqın duruma düşüblər. Çünki Cümhuriyyət Ana Yasasının dəyişdirilmə siyasətini 60 ildir təbliğ edən Qərbin bu gün AKP-nin gündəmə gətirdiyi referendumun "hakimiyyətin diktatorluğu"na yol açan bir strategiya kimi qəbul edilməkdədir... HSYK tipli qurumlarda dövlət məmurlarının təmsil olunması qanunla hər zaman yasaq olunubdur. AKP-nin təklifində isə referendumdan sonra hSYK-da təmsil olunanların əksəriyyətinin iqtidar tərəfindən təyin olunacağı gözlənir.
Müxalifət isə belə bir addımı AB və ABŞ tərəfindən dəstəklənən AKP diktatorluğunu gücləndirmək üçün atılan addımlar kimi dəyərləndirir. Ana müxalifət SHP-nin lideri Kamal Kılıcdaroğlu AB dövlətlərinin Ankara səfirləri ilə son görüşündə onlara xitabən belə deyib:
"12 sentyabr referenlumuna çıxarılan əksər maddələr irtica xarakteri daşıyır..
|
|
|
Oxşar xəbərlər:
Əslən bakılı Dmitri Sitkovetski Firəngiz Əlizadənin əsərini səsləndirəcək
Türklər Azərbaycanı ən yaxın dost sayırlar
Türkiyə Ermənistanla bu gün protokol imzalayacaq
Prezidentlərin Kişinyov görüşünün konstruktiv keçdiyi bildirilir
Azərbaycan Türkiyə ilə strateji müttəfiqliyə hazırdırmı?
|
|
|