2010-cu ilin sonunadək Azərbaycanda miqrasiya məcəlləsi layihəsinin hazırlanmısı üzrə iş başa çatdırılacaq. Bu barədə cümə günü Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Miqrasiya İdarəsinin rəisi Rauf Tağıyev bildirib.
"Bu gün ölkədə miqrasiya proseslərini tənzimləyən onlarla qanunvericilik aktları mövcuddur və onlar vahid sənəddə - məcəllədə cəmləşdiriləcək. Məcəllə layihəsi üzərində iş artıq başa çatmaq üzrədir", - Tağıyev deyib.
Məcəllənin hazırlanmasında əsas məqsəd qanunvericiliyin imzalanan konvensiyalara - Avropa standartlarına uyğun səviyyəyə gətirilməsindən ibarətdir. Bundan sonra qanunvericilik aktları məcəlləyə daxil ediləcək.
Məcəllənin icraçısı qismində Dövlət Miqrasiya Xidməti çıxış edir. Məcəllənin hazırlanması 2005-2008-ci illərə hesablanan miqrasiya üzrə Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan vəzifələrə uyğun başlayıb. Proqramda qanunvericiliyin təkmilləşdirilməsi nəzərdə tutulub.
Qüvvədə olan qanunvericiliyə uyğun olaraq, qeyri-rezidentlər Azərbaycanda müvəqqəti yaşamaq üçün statusu sonradan dörd dəfə uzadılmaqla, bir illik müddətə ala bilərlər. İcazələr əcnəbi Azərbaycan vətəndaşı ilə nikah bağladıqda, ölkədə yaxın qohumluq əlaqələri olduqda, Azərbaycanın ali məktəblərində əyani təhsil aldıqda, fərdi icazə əsasında əmək fəaliyyəti olduqda, Azərbaycan iqtisadiyyatına 500 min manatdan çox investisiya yatırdıqda, Azərbaycan banklarında 50 min manatdan çox hesabı olduqda, xarici vətəndaşlar idman, mədəniyyət, elm, iqtisadiyyat sahələrində aparıcı mütəxəssislər olduqda verilir.
Qüvvədə olan qaydalara əsasən, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər ölkədə müvəqqəti olaraq 90 gündən artıq qala bilməzlər (beynəlxalq razılaşmaların yerinə yetirilməsi halları istisna təşkil edir). İkinci dəfə müddət daha 90 gün uzadıla bilər (18 yaşından yuxarı şəxslər üçün). Ölkə ərazisində müvəqqəti yaşamaq hüququnu uzatmağa malik şəxslərin siyahısına ölkəyə təcili müalicə almağa gələn vətəndaşlığı olmayan əcnəbilər və şəxslər; vətəndaşlığı olmayan əcnəbilər və şəxslər ağır xəstəlik və ya yaxınlarının ölümü halında; ölkədə qalmaqla bağlı müddətin uzadılması üçün müvafiq təşkilatın müraciəti əsasında, xidməti məqsədlər üçün, hansısa işin başa çatdırılması üçün vətəndaşlığı olmayan əcnəbilər və şəxslər daxildir.
Yuxarıda göstərilən bütün şəxslər Dövlət Miqrasiya Xidmətinə ölkədə yaşamaq müddətinin başa çatmasına ən azı yeddi gün qalmış müraciət etməlidirlər.
Tağıyevin sözlərinə görə, 2010-cu ilin birinci yarısında Azərbaycanda işləyən əcnəbilərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 55 faiz artaraq 7091 nəfərə çatıb. Bundan başqa, il ərzində icazə verilən şəxslərin sayı 29 faiz artaraq 2751 nəfərə çatıb. 1371 əcnəbinin isə icazəsi uzadılıb (il ərzində 97 faiz artımla).
Azərbaycan və Rusiya arasında əmək miqrasiyası haqda saziş
2010-cu ilin sonunadək Azərbaycanla Rusiya arasında əmək miqrasiyası sahəsində əməkdaşlıq barədə sazişin imzalanması gözlənilir. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Miqrasiya İdarəsinin rəhbəri Rauf Tağıyev cümə günü baldirib.
"2010-cu il iyulun 14-15-də əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədovun başçılıq etdiyi nümayəndə heyətinin Moskvaya səfəri zamanı Rusiya tərəfi bu sazişin imzalanması ilə bağlı razılıq haqda məlumat verib", - Tağıyev deyib. - "Hazırda Azərbaycan hökuməti bu sazişi nəzərdən keçirir".
Belə sazişin hazırlanma zəruriliyi Rusiya hökumətinin 2006-cı il 15 noyabr tarixli qərarı üzrə pərakəndə satış, spirtli içkilərin, dərman preparatlarının satışında xarici fəhlə qüvvəsindən istifadənin məhdudlaşdırılmasından sonra yaranıb. Çünki Azərbaycan vətəndaşları RF ərazisində məhz xırda ticarətlə məşğul olurlar, bu qərara müvafiq olaraq onlar işsiz qala bilərlər:
"Lakin aparılan danışıqlar nəticəsində həmvətənlərimizin əmək fəaliyyətinin leqallaşdırılması məqsədilə operativ fəaliyyət planı hazırlanması haqda razılıq əldə olundu və əmək miqrasiyası sahəsində əməkdaşlıq haqda saziş layihəsi hazırlandı ki, bu sənəd hələ indiyədək imzalanmayıb".
Yubanmanın başlıca səbəbi Rusiya tərəfinin, paralel olaraq, vətəndaşlarının qanunsuz yaşamasının və onların vətənlərinə qaytarılmasının qarşısını alan hazırlaq missiyası (read-missiya) haqda sazişin imzalanması barədə təklifi olub. "Azərbaycan hökuməti bir çox ölkələrlə belə sazişin imzalanmasına hazırlaşır. Ona görə də əvvəlcə read-missiya sahəsində strategiyanın hazırlanması barədə qərar qəbul edilib ki, onun əsasında ayrı-ayrı ölkələrlə sazişlər işlənilib hazırlanacaq, - Tağıyev bildirib. - Bu, Rusiya tərəfinin diqqətinə çatdırılıb, ötən ilin 11-12 noyabrında RF-in XİN və Federal Miqrasiya Xidməti nümayəndələrindən ibarət ekspert qrupu əvvəlki şərtlər olmadan qəbul edilən əmək miqrasiyası sahəsində əməkdaşlıq haqda sazişin layihəsini müzakirə etmək üçün Bakıda olub".
Bu gün analoji saziş Ukrayna, Qazaxıstan, Qırğızıstan, Gürcüstanla imzalanıb. Hazırda Azərbaycan vətəndaşları RF ərazisində illik kvota əsasında əmək fəaliyyəti ilə məşğul olurlar. 2010-cu ildə Rusiya Azərbaycan üçün əmək miqrasiyası üzrə kvotanı ikiqat azaldıb. Lakin fərdi sahibkarlar, biznesmenlər bu kateqoriyaya daxil deyillər. ("Trend").
|