Hal-hazırda Ayna qəzetinin 24.07.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 24.07.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
"Hüquq-mühafizə orqanlarında işləməmişəm ki, kiməsə pislik edəm"
Eldar İbrahimov: "İndi hansısa partiyanı YAP-a yapışdıran kley yoxdur"
Şənbə, 24.07.2010

Fərəh Sabirqizi mətn ölçüsü  

 "Azərbaycan siyasəti üçün yeganə problem Dağlıq Qarabağ münaqişəsidir. Bu məsələdə vasitəçilik edən ATƏT-in Minsk Qrupunun fəaliyyəti məni qane etmir. Çünki ortada nəticə yoxdur". Bunu Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov jurnalistlərlə görüşündə deyib.

Parlament Jurnalistlər Birliyinin üzvlərinə müsahibə verən deputat bildirib ki, ABŞ-ın ölkəmizdəki səfiri Metyu Brayza bu münaqişənin həllində müsbət rol oynaya bilər: "Hər halda o, uzun illər Minsk Qrupunun üzvü olub, bizim çoxlarımızın bilmədiyi məsələlərin içində olub. Yəqin səfir kimi bu məsələnin bizim xeyrimizə həllinə çalışacaq. Həm də onun ailəsinin türk olduğunu da nəzərə almaq lazımdır".

Petros Eftimiou mənə "Eldar qardaş" deyir

Bu yaxınlarda ATƏT Parlament Assambleyasına prezident seçilən yunanıstanlı Petros Eftimiou ilə yaxşı münasibətinin olduğunu deyən Eldar İbrahimov əmindir ki, bu fakt da Dağlıq Qarabağ münaqişəsinin bizim xeyrimizə çözülməsinə, ən azından həmin qurumun bu məsələdə Azərbaycanın tərəfini tutmasına təsir göstərəcək. Komitə sədri deyir ki, vaxtilə Eftimiou ATƏT PA-nın iqtisadiyyat komitəsi rəhbərliyinə namizədliyini verib. O vaxt E.İbrahimov onun xeyrinə namizədliyini geri götürüb. Elə həmin vaxtdan da onlar dostlaşıblar:

"İndi o mənə "Eldar qardaş" deyir. Qardaş sözünü ona öyrətmişəm. Məncə, hər bir məsələni fərdi münasibətlər həll edir. Fərdi münasibət olmayan yerdə heç nəyə nail olmaq mümkün deyil".

Terri Devis kişi adam idi

E.İbrahimovun sözlərinə görə, Petros Eftimiou sentyabrda Bakıya səfər edəcəyinə söz verib:

"Hər halda, Azərbaycana qarşı münasibət əvvəlkindən daha fərqli olar. Əgər ATƏT PA-nın indiki prezidenti bizə yaxşılıq etməyəcəksə belə, ən azından pislik də etməz".

Eldar İbrahimov deyir ki, bir çox beynəlxalq təşkilatlar bu münaqişə ilə bağlı açıq-aşkar hansısa tərəfi üstün tuta bilmir: "Amma Terri Devis kişi adam idi. Bu məsələdə də həmişə öz sözünü kişi kimi deyib". MM-in komitə sədri parlament seçkisi ilə ölkənin siyasi düşərgəsində heç bir canlanma olmadığını normal sayır: "Nə vacibdir, indidən başlasınlar ki, hansı dairədən kim seçiləcək.

REKLAM

Şəxsən məndən soruşsalar, deyəcəyəm ki, bilmirəm. Partiya rəhbərliyi özü müəyyənləşdirəcək".

E.İbrahimov YAP rəhbərliyinin eyni dairədən ikinci namizədlərlə bağlı kəskin qərarını düzgün hesab edir: "Əgər kimsə gəlib hansısa dairədən YAP-ın siyahısından əlavə namizədliyini versə, aranı qarışdıracaq. Onda ona namizədliyini geri götürməyi təklif edəcəklər. Götürməyəcəksə, seçilməyəcək, biabır olacaq".

E.İbrahimov bu qərarı demokratiyaya zidd hesab etmir. Onun fikrincə, YAP rəhbərliyi kimin daha layiqli namizəd olduğunu daha yaxşı bilir. Ötən dəfəki seçkidə heç kimin onunla seçki alverinə girişmədiyini deyən Eldar İbrahimov bunu siyasi keçmişi ilə əlaqələndirir: "Allaha şükür, hüquq-mühafizə orqanlarında işləməmişəm ki, kimisə tutum, pislik edim. Mənim seçki kampaniyam zamanı bukletlərimi evlərə paylayanda elə olmuşdu ki, kimisi həmin adamlara qalstuk, şokolad hədiyyə etmişdilər. Çünki sevinirdilər ki, nə yaxşı Eldar müəllim kimi adam namizədliyini verir".

YAP-ın hansısa partiya ilə birləşməsinə ehtiyac yoxdur

YAP Siyasi Şurasının üzvü olan Eldar İbrahimov hesab edir ki, hazırda hansısa partiyanın YAP-a birləşməsi gündəmdə ola bilməz:

"Məncə, YAP-ın buna ehtiyacı yoxdur. Mən hansısa partiyanın YAP-a yapışmasına ehtiyac görmürəm. Artıq elə bir "kley" yoxdur. Mən qəbul edirəm ki, Xalq Cəbhəsində olanlar Elçibəyi lider kimi görüb, mən Heydər Əliyevi. Onlar kişi adamdılar ki, inamlarını dəyişməyiblər. Amma öz partiyasından qopub gəlib başqasına birləşəni qəbul etmirəm. Çünki nə vaxtsa burdan da qopa bilər".

Bu seçkidən sonra parlamentdəki YAP-çıların sayının artacağını proqnozlaşdıran Eldar İbrahimov ümumilikdə deputat yerlərinin sayının artırılmasının əleyhinədir: "Əvvəllər bu təklifi mən vermişdim ki, 125 nəfər deputat azdır. Amma indi fikirləşirəm ki, elə bəsdir".

Abrıma qısılıb deməmişəm "Naxçıvanlı olmaq kiməsə hər şeyi verib, kiminsə hər şeyini əlindən alıb" deyən Eldar İbrahimov bu vaxta qədər bir çox məsələdə abrına qısıldığını etiraf edir: "Hesab etmişəm ki, buna mənim haqqım çatır. Amma abrıma qısılıb deməmişəm".

Şoferin də yanında işləmişəm, mexanikin də

Komitə sədri Naxçıvandan bir çox siyasətçilərin çıxmasını bu regionun uzun müddət kasıbçılıq, ağır şəraitdə yaşaması ilə əlaqələndirir. 8 nəfərlik ailəsindən misal çəkən Eldar İbrahimov uşaqlıqda çox korluq çəkdiyini bildirir: "Mən şoferlərin, kinomexanikin yanında işləmişəm. Amma mənə xeyri də olub. Ağır zəhmətə öyrənmişəm, iqtisadiyyatı bilmişəm. Görünür, bu cür ağır şərait insanları siyasətə baş vurmağa vadar edib".

Eldar İbrahimov hazırda Naxçıvanı Azərbaycanın ən inkişaf edən və nizamlı regionu sayır: "Bu gün mənə seçicilərimdən çox az şikayət gəlir. Bəlkə ayda 1 müraciət gələ, ya gəlməyə. Çünki Naxçıvanda rəhbərlik, icra orqanları özləri problemləri həll edirlər. Onların xoşu gəlmir, deputat gəlib onların işini bilsin. Əhali də bilir ki, deputat onlar üçün yol salan, işıq çəkən deyil".

Naxçıvanda rəhbərliyin bir çox qərarlarını dəstəkləyən YAP-çı deputat bunu ordakı nizam-intizamla əlaqələndirir:

"Taksi sürücülərindən eyni geyimdə olmağı, sayğac qoşmağı tələb edirlər. Bu bəyəm pisdir? Bakıda siz hansı taksidə sayğac görmüsüz? Yaxud da peyk antennalarının, bir binadan digərinə zivə çəkilməsinin qadağan edilməsi ilə bağlı qərarlar. Bu düz idi ki, qadınların alt paltarları küçədən asılırdı? Bu, müsəlmançılıq, namus-qeyrət məsələsi idi. Paltarı asmağa həmişə yer tapılar".

Naxçıvanda qanunların ali olduğu, bazarın tənzimləndiyini müsbət hal sayan Eldar İbrahimov hesab edir ki, bu, əhalinin bütün təbəqələri üçün münasibdir. Mətbuat bayramı ərəfəsində jurnalistlərlə görüşən Eldar İbrahimov onu da deyib ki, bu vaxtadək ona qarşı qərəzli davranan media nümayəndəsi olmayıb.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Naxçıvanın ermənilərə verilməsini Türkiyə əngəlləyib"

YUNESKO siyahısına hansı abidələr düşəcək?

Naxçıvan şəhərinin keçmişinə ekskurs

Naxçıvanda xalq rəqsləri və yallı notlaşdırılır

Naxçıvan payızı rəsmlərdə

Bölmənin digər xəbərləri
 
Düşmən Ağdamın təbii sərvətlərini talan edir
ETSN operativ mərkəzinin aşkarladığı yeni faktlar

Brayzanın səfir olacağı sual altında?
Senatorlar onun hətta "toy xərcləri"nə də diqqət yetiriblər

Miqrasiya prosesləri üçün məcəllə
Bu iş ilin sonunadək başa çatacaq

Son vaxtlar jurnalistlərə təzyiq edilmir
Dövlət başçısı diffamasiyaya görə həbslərə qeyri-rəsmi moratorium qoyulduğunu da qeyd edib

"Haaqa məhkəməsinin qərarı Qarabağ üçün presedent ola bilməz"
Xarici İşlər Nazirliyinin nümayəndəsi fərqli düşünür



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər