Hal-hazırda Ayna qəzetinin 24.07.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 24.07.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Şou-biznes  
 
 
Sevda Ələkbərzadə estrada-pop ifaçıları yetişdirəcək
Sevda Ələkbərzadə estrada-pop ifaçıları yetişdirəcək
Əməkdar artist pedaqoqluq arzusundadır
Şənbə, 24.07.2010

Z.Rüstəm mətn ölçüsü  

Əməkdar artist Sevda Ələkbərzadə bu il Azərbaycan Milli Konservatoriyasının "solo oxuma - xanəndə" fakültəsinin məzunu olub. Bu barədə "Ayna" qəzetinə danışan sənətçi bildirir ki, 4 il müddətində xalq artisti Ağaxan Abdullayevdən muğam dərsi alıb. Musiqi savadını daha da mükəmməlləşdirən sənətçi pedaqoji fəaliyyətlə məşğul olmaq niyyətindədir. Amma müəllimliyi muğam sahəsində deyil, ifa tərzinə daha yaxın olan estrada-pop janrında edəcək:

"Əvvəlcə fikirləşirdim ki, bu işlə fərdi qaydada məşğul olum. Daha sonra musiqi sahəsində üç diplomumun olduğunu nəzərə alıb, özümə sual etdim ki, niyə ali məktəbdə dərs deməyim? Amma muğamı tədris etmək mənim üçün çox çətindir. Bunun üçün illər lazımdır. Estrada sahəsində isə mənim 18 illik təcrübəm var. Yəqin ki, ali musiqi məktəblərindən birində çalışmağa qərar verərəm".

Xatırladaq ki, Sevda Ələkbərzadə ilk ali təhsilini Mədəniyyət və İncəsənət Universitetində, daha sonra "Instito Italiano"da alıb.

Sonda payız ayları üçün misli görünməyən yaradıcılıq layihəsi hazırladığını və bunu o ərəfələrdə açıqlayacağını söylədi.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Aysel Teymurzadəni əsəbiləşdirdilər
Onun adından istifadə ediblər, ona görə

Azərbaycanlı rejissor Ozcan Dəniz, Mətin Şəntürk və Fateh Yürəklə görüşəcək
Nail Naiboğlu onlarla əməkdaşlıq edəcək

Eyyub Yaqubov fasiləyə son qoyacaq
Müzikl hazırlayır ki, tamaşaçıları ilə görüşsün

Namiq Qaraçuxurlu: "Onunla xoşbəxt ola biləcəyəmmi?"
Meyxanaçı evlilik planından danışdı

Bəstəkar Nazim: "Mən Güneli dünyalar qədər istəyirəm"
Musiqiçi evlilik xəbərinə aydınlıq gətirdi

Anası onu oxlovla döyüb
Çünki Röyanın müğənni olmasını istəməyib

Səfurə Əlizadənin ikinci klipi İsveçdə çəkiləcək
Sənətçinin Bakıda sinqli buraxılacaq

Hüseyn Dərya məşhur rus reperi ilə duet oxuyacaq
Reper yeniliklər vəd edir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər