![]() |
çap et |
|
|||
Azəri qızı Günelin son "Yeni səhifə" adlı mahnısının müəllifi olan bəstəkar Nazimin ailə həyatı qurmağa hazırlaşdığı deyilir. Yayılan xəbərə görə, onun sevib-seçdiyi xanım məhz Azəri qızı Güneldir. Deyilənə görə, uzun zamandır ailəvi dost olan tərəflər bu münasibəti rəsmiləşdirmək niyyətindədir. Xatırladaq ki, Günel hazırda Bakıdadır. Lakin o, nənəsinin yas mərasiminə gəldiyi üçün xəbərə digər tərəfin mövqeyini öyrəndik. Xəbəri təkzib edən bəstəkar Nazim bunları dedi:
"Mən Güneli dünyalar qədər istəyirəm. Amma bu istək bacı-qardaş müstəvisindədir. Nə qarşı tərəfin, nə də mənim belə bir niyyətim yoxdur". Güneli 10 yaşından tanıdığını bildirən Nazim özünün də qarabağlı olduğunu bildirdi. "Günelin qardaşı Tunarla isə mənim başqa bir dostluğum var. Son 6 ildə biz yalnız axşam evə yatmağa gedəndən-gedənə ayrılırıq. Dost kimi münasibətlər əladır. Amma bacısı ilə ailə həyatı qurmaq barədə fikrim yoxdur", - deyə Nazim bildirdi. |