çap et  
Eyyub Yaqubov fasiləyə son qoyacaq
Eyyub Yaqubov fasiləyə son qoyacaq
Müzikl hazırlayır ki, tamaşaçıları ilə görüşsün
Şənbə, 24.07.2010

Xatun

Əməkdar artist Eyyub Yaqubov uzun ayların fasiləsinə son qoyacaq. Müğənni müzikl formatında konsert layihəsi ilə tamaşaçılarının qarşısına çıxacaq. Bu barədə "Ayna"ya müğənni özü məlumat verərək bildirib ki, tamaşaçı standart konsert proqramlarından uzaqlaşıb. Bu səbəbdən də musiqili layihəsini tamaşa şəklində hazırlayır:

"Eyni zamanda mən sıradan bir konsert işinə ehtiyac görmürəm. Ya sanballı təqdimat etməli, ya da çəkilib bir kənarda oturmalıyam. Birinci variantı seçmişəm və hazırda proqram üzərində bir neçə nəfərdən ibarət heyət çalışır".

Proqramı təfərrüatı ilə açıqlamayan sənətçi konsertini Yaşıl Teatrın səhnəsi üçün nəzərdə tutduğunu bildirdi. Söylədi ki, repertuarına ən sevilən mahnılarını daxil edir.