"Eurovision-2009"un iştirakçısı olan Aysel Teymurzadə onun adından bəhrələnən insanların əməllərindən bərk əsəbiləşib. Müğənni məşhur "odnoklassniki.ru" saytında qeydiyyatdan keçmədiyi halda, onun adından 15 istifadəçinin olduğundan xəbər tutub. Bərk hirsləndiyini gizlətməyən Aysel açıqlama vermək məcburiyyətində qalıb. Bildirib ki, həmin istifadəçilər sənətçinin ən yaxşı fotolarını istifadəçi adına yükləməklə rahat şəkildə insanlarla ünsiyyət yaradırlar. Müğənni onun adından bəhrələnən insanları cəzalandırmaq niyyətindədir. Bu səbəblə də, məlum portalın administrasiyasına müraciət edib. O, məsələni bu yolla həll edə bilməsə, hüquqi vasitələrə əl atacağını söylədi.
"Fanatlarıma, mənimlə internet vasitəsi ilə ünsiyyətdə olmaq istəyən insanlara çatdırmaq istəyirəm ki, sözügedən saytdakı istifadəçi mən deyiləm. Mənimlə yalnız "facebook" da əlaqə yarada bilərsiniz. Orada olan istifadəçi həqiqətən də özüməm", - deyə müğənni bildirdi.
|