Hal-hazırda Ayna qəzetinin 24.07.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 24.07.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Köhnə avtomobillərin qiyməti qalxacaq
Köhnə avtomobillərin qiyməti qalxacaq
Səbəb - idxalın azalacağı göstərilir
Şənbə, 24.07.2010

Banu mətn ölçüsü  

Cari ilin I yarımilliyində avtomobil bazarında qiymətlər düşsə də, təklif tələbdən artıq olub. Yəni istər köhnə, istərsə də yeni avtomobilləri almağa əhalinin aztəminatlı və yoxsul təbəqələrinin imkanı yetmir. Bu səbəbdən bu ilin I yarısında maşınlarla bağlı təklif tələbdən kifayət qədər çox olub. Ancaq bununla belə, bu gün paytaxtda avtomobil idarə edənlərin sayı-hesabı bilinmir. Mütəxəssislərin fikrincə, bu, ictimai nəqliyyatın, yəni sərnişindaşıma xidməti göstərən nəqliyyat sektorunun hələ də normal fəaliyyət göstərmədiyi ilə əlaqədardır. Çünki bu sektorda xidmətlər normal səviyyədə olsa və vətəndaşları qane etsə, avtomobil bazarlarında bu qədər maşının satışa buraxılmasına və Bakı şəhərində saysız-hesabsız nəqliyyat vasitələrinə ehtiyac qalmaz. İyulun 1-dən etibarən tətbiqinə start verilmiş "Avro-2" standartları ilə əlaqədar Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin hazırladığı siyahıya əsasən, MDB ölkələrindən və digər xarici dövlətlərdən ölkəmizə gətiriləcək avtomobillər, onların mühərrikləri yalnız son illərə aid olmalıdır. Bu amil Azərbaycandakı avtomobil bazarlarına necə təsir göstərəcək? sualını cavablandıran iqtisadçı Əli Əlirzayev deyir ki, belə qərarın verilməsi nəticəsində ilk növbədə ölkəmizə avtomobil gətirilməsi prosesi xeyli ləngiyəcək. Gətiriləcək maşınların sayı əvvəlki illərlə müqayisədə kifayət qədər azalacaq. Bazarlarda təzə maşınların sayında artım müşahidə olunacaq. Satıcılar, eləcə də maşın alveri ilə məşğul olanlar son illərin istehsalı olan avtomobilləri baha qiymətə satmaq məcburiyyətində qalacaqlar. Bir sözlə, daxili bazarda qiymətlər dəyişəcək:

"Yəni avtomobil bazarlarında köhnə maşınlara tələbat çoxalacaq və onların da qiyməti artacaq. Bu da köhnə avtomobillərdən istifadəni daha da sürətləndirəcək. Ona görə də ölkə ərazisində köhnə, istismar müddətini başa vurmaq üzrə olan avtomobillərdən istifadə də sürətlənəcək". Yeri gəlmişkən, bir sıra ölkələrə, məsələn, qonşu İrana xarici istehsala məxsus avtomobillər, demək olar, gətirilmir. Bu ölkədə daha çox yerli istehsala məxsus nəqliyyat vasitələrinə üstünlük verilir və onlara daha çox ehtiyac duyulur. Azərbaycanda da belə bir sistemi tətbiq etmək, avtomobil və maşınqayırma sənayesini inkişaf etdirmək mümkündür. İqtisadçı da bu fikirlə razılaşır:

"Başqa dövlətlərdə olduğu halda, Azərbaycanda nəyə görə avtomobil və maşınqayırma sənayesi inkişaf etdirilməməlidir? Mən bu qənaətdəyəm ki, ölkəmizdə avtomobil istehsal edən zavodlar tikilməlidir. Çünki ölkəmizdə bunun üçün potensial imkan, normal şərait və işçi qüvvəmiz var. Digər tərəfdən, sözügedən sənaye sahəsinin inkişafında Azərbaycanın neft ölkəsi olması amili də nəzərə alınmalıdır".


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Qazın qiyməti bahalaşdı: ekspertlər nə deyir?

Qazın bahalaşması: Tarif Şurasının araşdırması əsassız sayılır

Müğənnilərin avtomobili gözə gəlib

Müğənnilərin avtomobil yarışı

Hökumət idxal edilən avtomobillərə "yaş senzi"ni götür-qoy edir

Bölmənin digər xəbərləri
 
İlin ikinci yarısında bahalaşma gözlənir
Çörəyin qiyməti arta, yaxud həmişəki kimi - çəkisi azala bilər

Köhnə avtomobillərin qiyməti qalxacaq
Səbəb - idxalın azalacağı göstərilir

Mərkəzi Bankın valyuta ehtiyatları azalır
Çünki bank manatın kursunu sabit saxlamaq üçün dollar satışını artırır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər