Riberi və Benzema yığmadan qovulacaq?
|
Şənbə, 24.07.2010
|
|
mətn ölçüsü |
|
|
|
Fransa Futbol Federasiyasının yeni prezidenti olmağa əsas namizəd Fernan Dyuşossua ölkə millisinin aparıcı futbolçuları Frank Riberi və Kərim Benzemanı yığmadan qovmaq fikrindədir. "İnterfaks" agentliyinin xəbərinə görə, Dyuşossua federasiyaya rəhbərlik edəcəyi təqdirdə, bu futbolçuları yığmadan kənarlaşdıracağını açıqlayıb və bunu onların azyaşlı qızla seksual əlaqələrdə olması ilə əsaslandırıb.
Xatırladaq ki, Riberi ilə Benzemanın azyaşlı qızla seksual münasibətlərinə dair məlumat bir müddət əvvəl üzə çıxıb. Hazırda onlar polis tərəfindən dindirilir.
|
|
|
Oxşar xəbərlər:
Qalibləri cavab oyunları ayırd edəcək
|
|
|