Hal-hazırda Ayna qəzetinin 24.07.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 24.07.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
Növbəti mövsümün püşkü atıldı
Növbəti mövsümün püşkü atıldı
Unibank Premyer Liqasının yeni mövsümü yeniliklərlə zəngin olacaq
Şənbə, 24.07.2010

İlham Rəfiyev mətn ölçüsü  

Bu həftə AFFA-nın inzibati binasında futbol üzrə növbəti Azərbaycan çempionatının birinci turunun püşkatması keçirilib. Mərasimdə eyni zamanda Peşəkar Futbol Liqasının rəhbərliyi yarışın keçirilmə qaydaları və bu mövsüm tətbiq olunacaq yeniliklər barəsində ətraflı məlumat verib. Artıq ilk turda qarşılaşacaq cütlər də müəyyənləşib. Bu oyunlar avqustun 7-8-də keçiriləcək.

"Turan" (Tovuz) - "İnter" (Bakı)

"Bakı" (Bakı) - AZAL (Bakı)

"Gəncə" (Gəncə) - "Simurq" (Zaqatala)

MOİK (Bakı) - "Muğan" (Salyan)

"Xəzər-Lənkəran" (Lənkəran) - "Qəbələ" (Qəbələ)

"Neftçi" (Bakı) - "Qarabağ" (Ağdam)

Maraqlıdır, ötən mövsüm ilk altılıqda qərarlaşan komandalardan dördü artıq ilk turda üz-üzə gələcəklər. Bütün çempionatların iştirakçısı olan "Neftçi" və "Qarabağ" öz aralarında növbəti qarşılaşmaya çıxacaqlar. Lənkəranda isə iki əcnəbi mütəxəssis rəsmən Azərbaycanda debüt edəcəklər. Rumıniyalı Mirça Rednik və ingiltərəli Toni Adamsın müvafiq olaraq rəhbərlik etdiyi "Xəzər-Lənkəran"la "Qəbələ" münasibətlərini ayırd edəcəklər.

Unibank Premyer Liqasının 2010-2011-ci il mövsümünün püşkatma mərasimindən sonra bildirildi ki, yeni mövsümdə ötən mövsüm kimi matçlar eyni toplarla oynanılacaq. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev ötən il tətbiq olunan "altılıq" sisteminin özünü doğrultduğunu bildirib:

"Çempionun son saniyələrdə bilinməsi, həmçinin son mövsüm avrokuboklarda komandalarımızın göstərdikləri oyun buna sübutdur. Bu il də eyni sistem tətbiq olunacaq, lakin final mərhələsindəki "qızıl xallar" prinsipi ləğv olunur və komandalar təsnifat mərhələsində topladığı xallarla çempionatı davam etdirəcək".

Daha bir yenilik təqvimin sxemi ilə bağlıdır. Yeni sistemə görə, komandaların oyun ardıcıllığı dəyişdirilir. Mövsümün daha bir yeniliyi mükafatlandırma ilə bağlıdır. Belə ki, Unibank Premyer Liqasının qalibinə 150 000, II yeri tutan komandaya 100 000, III yeri tutan komandaya isə 70 000 manat mükafat veriləcək. Azərbaycan kubokunu qazanmış komanda 100 000, finalçı isə 50 000 manata sahib çıxacaq.

Yeni mövsümdən etibarən Unibank Premyer Liqasının və Azərbaycan kubokunun yayım hüququ klublara verilib. Bu il təqvimdə təxirəsalmalar olmayacaq. Yeni mövsümün təqvimi milli komandanın baş məşqçisi ilə birlikdə tətbiq olunub. Yeni mövsümdən legioner limitində 8+3 qaydası tətbiq ediləcək. Odur ki, bu il çempionat oyunlarında yerli oyunçuları daha çox görmək mümkün olacaq.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

AFFA legioner limitini dəyişdi

AFFA III turu təxirə saldı

Rəşad Sadıqov millidən kənarda qaldı

Orduya dair gizli təlimatın detalları açıldı

UEFA kubokunun oyunları Bakıda keçiriləcək

Bölmənin digər xəbərləri
 
"Qarabağ" Avropa turnesində
"İnter"lə "Bakı" isə avrokuboklarla vidalaşdılar

Şəhriyar "Sparkassen"in qalibi ola bilər
İyulun 15-də Almaniyanın Dortmund şəhərində şahmat üzrə beynəlxalq "Sparkassen" turniri start götürüb.

10 futbolçumuz Hollandiyada oynayacaq
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası beynəlxalq turnirə dəvət alıb.

"London-2012" üçün son şans
İyulun 25-31-da Malayziyanın paytaxtı Kuala-Lumpurda pauerliftinq üzrə paralimpiyaçılar arasında dünya çempionatı keçiriləcək.

Mariya Stadnik ana oldu
Azərbaycanın ən titullu qadın güləşçisi, dünya çempionu (2009), 2 qat Avropa çempionu (2008-09) Mariya Stadnik iyulun 22-də ana olub.

Riberi və Benzema yığmadan qovulacaq?
Fransa Futbol Federasiyasının yeni prezidenti olmağa əsas namizəd Fernan Dyuşossua ölkə millisinin aparıcı futbolçuları Frank Riberi və Kərim Benzemanı yığmadan qovmaq fikrindədir.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər