Hal-hazırda Ayna qəzetinin 24.07.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 24.07.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
Təbriz tacirlərinin tətili genişlənə bilər
Təbriz tacirlərinin tətili genişlənə bilər
Bazar əsnafını urmiyalı həmkarları da dəstəkləyir
Şənbə, 24.07.2010

S.Sədrəddin mətn ölçüsü  

İran hakimiyyətinin atom-nüvə proqramı iddiasından cəmiyyətin adi və işgüzar təbəqəsi daha çox əziyyət çəkir. Ölkə iqtisadiyyatında yaranmış böhranı aradan qaldırmaq, onu dirçəltmək üçün İslam Respublikasının rəhbərliyi çıxış yolunu ... gəlir vergisini artırmaqda görür. Bu isə ciddi narazılığa səbəb olub.

Ötən həftənin sonunda Güney Azərbaycanın Urmiya şəhərində iş adamları Təbriz bazarı tacirlərinin başladığı etiraz aksiyasını dəstəkləyərək, tətil ediblər. "GünAzTv" xəbər verir ki, Urmiya bazarında hələlik parça, məişət əşyaları və qızıl məmulatları satan dükan yiyələri bu tədbirə qoşulub. Xəbərdə o da bildirilir ki, yaxın günlərdə tələbat malları, məişət avadanlığı mağazalarının sahibləri də tətilə qoşulacaqlar.

Havaların isti keçməsi ilə əlaqədar İran hakimiyyəti ölkənin 20-yə yaxın əyalətində dövlət müəssisələrində işi iki sutkalığa dayandıranda yerli mütəxəssislər o saat bildirdilər ki, bu addım tətil aksiyalırının qarşısını almağa yönəlib.

Təbriz bazarında iş adamlarının tətilinə gəldikdə, "canaz.tv"yə istinadən məlumatlarda bildirilib ki, iş adamları gəlir vergisinin 70 faiz artırılmasına, İnqilab Keşikçiləri Qvardiyasının əsas kadr bazası sayılan yarımhərbi dəstə - bəsiclər tərəfindən Elnaz Babazadənin faciəli şəkildə öldürülməsinə, Güney Azərbaycan türklərinin milli haqlarını tələb edənlərin tutulmasına etiraz edirlər.

Dinc etiraz aksiyası zamanı Təbriz bazarında sahibkarlar iş yerlərini, ticarət mərkəzlərini, dükanlarını açmayıblar. Şəhərin küçə divarlarında "Vergi artımı dayandırılsın!", "Azərbaycan türklərinə qarşı qətllərə son qoyulsun!", "Siyasi məhbuslara azadlıq!", "Türk dilində mədrəsə olmalıdır, hər kəsə!", "Türk milləti çəkməz belə zilləti!" və s. şüarlar yazılıb.

Mənbənin bildirdiyinə görə, polis hadisə yerini bütövlükdə mühasirəyə alıb. Bu da anlaşılandır. İran hakimiyyəti "ictimai təhlükəsizlik" kampaniyası adı altında ölkə vətəndaşlarının hüquqlarını tapdayır, bir sıra hallarda onları fiziki cəhətdən "aradan götürür". Bu onların praktikasında adi haldır.

Ötən həftənin sonunda Təbrizin "Vəli-əsr" məhəlləsində 26 yaşlı Elnaz Babazadə adlı gənc qız başını "islam qaydaları"na uyğun örtmədiyinə görə dini hakimiyyətin məmurları tərəfindən vəhşicəsinə öldürüldüyü xəbəri yayıldı.

İnsan Haqlarını Müdafiə Təşkilatının "HERANA" adlı saytının məlumatına əsasən, İnqilab Keşikçiləri Qvardiyasının əsas kadr bazası, "bəsic" adlanan yarımhərbi dəstənin üzvləri Təbrizin "Vəli-əsr" məhəlləsində Elnaz Babazadənin sürdüyü maşını saxladaraq, ona "baş örtüyünün islam qaydalarına uyğun örtülmədiyini" bildirmiş və onlarla bir yerdə polis bölməsinə getməsini tələb etmişlər. Elnaz Babazadə onların bu tələbinə tabe olmaqdan imtina edir...

İran hakimiyyətinin quldur təbiətli 3 məmuru gənc qızın üstünə odlu silah çəkir, idarə etdiyi şəxsi minik maşınına soxulub, onu xəlvət yerə aparırlar. Bu üç məmur gənc qızı zorlayaraq, tapança ilə başından vurub qətlə yetirirlər... Elnaz Babazadənin cəsədini isə Təbrizin "İmamiyyə" qəbiristanlağına atırlar...

Mənbənin məlumatına görə, Elnaz Babazadəyə təcavüz edib, qətlə yetirənlərdən biri yüksək mənsəbli qvardiya komandirlərindən birinin oğludur. Qatil öz vəhşi hərəkətinə bəraət qazandıraraq deyib ki, "Allahın əmri"ni yerinə yetirib (?), "hicabsızlığa" qarşı mübarizə aparıb.

Vergi məsələsinə qayıdaq. Hakimiyyət keçən illə müqayisədə gəlir vergisini 2,5 dəfə artırmaq niyyətində idi. Ancaq Tehran bazarının tacirləri verginin bu səviyyədə artırılacağına qarşı tətilə baş vuracaqları ilə bağlı xəbərdarlıq etdilər. Hətta Tehranda dükan və bazar etiraz niyyəti ilə bir günlüyə qapadıldı. Tacirlərin bu addımından narahat olan hökumət bir az geri çəkilərək, vergini 70 faiz artırdığını bildirdi. Tətil dalğasının böyüyüb inkişaf edəcəyindən ehtiyat edən hökumət gəlir vergisinin 15 faizə qədər endirildiyi barədə söz-söhbət gəzməkdədir. Tacirlər isə buna inanmır, hökumətin bu xəbəri rəsmi şəkildə elan etməsini istəyirlər.

Yeri gəlmişkən, iqtisadi məzmunlu belə tətillər İranda az hallarda keçirilir. 2008-ci ildə Tehran bazarının keçirdiyi tətil bir həftə sürmüşdü. Onda da hökumət əlavə dəyər vergisini artırmaq istəyirdi. Tətildən sonra hakimiyyət bu addımından əl çəkdi.

Hakimiyyət vergini "ölkə iqtisadiyyatının dirçəldilməsi məqsədi" ilə artırmaq istədiyini bildirir. Amma belə bir fikir var ki, atom-nüvə proqramı böyük pullar "yediyindən" ölkə maliyyə çətinliyi içərisindədir və iqtisadiyyat fəlakətə doğru gedir. Bu halda hökumətin vergiləri artırmaqdan başqa çarəsi yoxdur.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"8-ci kilometr bazarı"nda yanğın: bəzi təfsilatlar

Miqrantların vətənə göndərdikləri pullar azalır

Uşaqlar üçün yay məktəbləri bərpa edilsin

Büdcəyə vergi daxilolmaları arta bilər

Nəfəs almaq çətinləşir

Bölmənin digər xəbərləri
 
Tehranda "soyqırım kitabı" qadağan edilib
Fars şovinistləri ermənilərin yanında yer alır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər