Azərbaycanın "Salnamə" və Sankt-Peterburqun "Lennauçfilm" kinostudiyalarının birgə istehsalı olan "Qafqaz qartalının uçuşu" sənədli filmi tam hazırdır. "Salnamə" kinostudiyasından verilən xəbərə görə, film II Dünya Müharibəsinin qəhrəmanlarından olan hərbi pilot Hüseynbala Əliyevə həsr olunub. Filmin ssenari müəllifi Valentina Qurkalenkodur. Filmi Rusiyanın xalq artisti İvan Krasko və əməkdar artist Ludmila İvanisenko səsləndirib. Çəkilişlər Sankt-Peterburq və Bakı şəhərlərində aparılıb, montajı və səsləndirmə işləri Sankt-Peterburqda həyata keçirilib. Filmin payız aylarında Sankt-Peterburq və Bakıda ilk nümayişi nəzərdə tutulur.
Film Fonduna yeni materiallar daxil edilibAzərbaycanın ilk qadın kinomexaniki Nailə Bədəlovanın sənədləri, orden-medalları və başqa arxiv materialları Dövlət Film Fonduna təqdim edilib.
"Koroğlu" operası 3 şəhərin səhnəsindəÜzeyir Hacıbəylinin "Koroğlu" operası MDB-nin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun dəstəklədiyi layihə çərçivəsində İstanbul, Roma və Neapolda səhnəyə qoyulacaq.
Ramiz Quliyev NiaqaradaAzərbaycanın xalq artisti, tarzən Ramiz Quliyev Kanadanın Niaqara şəhərində beynəlxalq musiqi festivalında iştirak edəcək.