Üzeyir Hacıbəylinin "Koroğlu" operası MDB-nin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun dəstəklədiyi layihə çərçivəsində İstanbul, Roma və Neapolda səhnəyə qoyulacaq. Layihədə Azərbaycan, Rusiya, Qırğızıstan, Qazaxıstan və Türkiyədən olan 250 artist iştirak edir. Bu barədə Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondun mətbuat katibi Aleksandr Kalugin məlumat verib. Bu həftəsonu operanın İstanbulda səhnələşdirilməsi I İstanbul Opera Festivalının əsas hadisəsi olacaq. Artıq artistlər Qazaxıstanın paytaxtı Astanada hazırlıqlara başlayıblar. Operanın quruluşçu rejissoru Azərbaycandan Əflatun Nemətzadədir. Qeyd edək ki, Koroğlu rolunu Tatarıstandan Əhməd Ağadi, Nigar rolunu Qazaxıstandan Gülzad Daurbayeva, Eyvaz rolunu Qırğızıstandan Yoldos İsrailov ifa edəcəklər.