Hal-hazırda Ayna qəzetinin 24.07.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 24.07.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Zümrüd Dadaşzadə: "Bizim sənətimizə soyuq münasibət məni təəccübləndirir"
Zümrüd Dadaşzadə: "Bizim sənətimizə soyuq münasibət məni təəccübləndirir"
Şənbə, 24.07.2010

Sevinc İsmayıl mətn ölçüsü  

İştirak etdiyim mədəni tədbirlərin birində Zümrüd xanımla tanış oldum. Onun söylədikləri məndə çox böyük təəssürat oyatdı. İnsanın musiqinin tarixini, musiqi dilini bu qədər gözəl bilməsi mümkünmü? Amma sualın cavabını elə orada aldım. Və əslində bu biliklərin və peşəkarlığın mənbəyi Zümrüd xanımın musiqiyə olan sevgisidir. Sənətşünaslıq namizədi, BMA professoru Zümrüd Dadaşzadə ilə söhbətimizdə dedi:

- 20 ildən artıqdır mən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında dərs deyirəm. Düşünürəm ki, əsl pedaqoq daim zamanla uyğunlaşmalıdır, yeni ədəbiyyatla işləməlidir. Hansısa yeni tapıntılarını öz həmkarları ilə bölüşməlidir.

Uzun illərdir mən müasir Azərbaycan simfoniyasının problemləri mövzusunda araşdırmalar aparıram. Və bu mövzuya müraciət etməyim bir tərəfdən 70-80-ci illərdə Azərbaycan bəstəkarları tərəfindən yaradılmış çox maraqlı simfoniyalarla, digər tərəfdən isə M.Arapovskinin işıq üzü görmüş "Simfonik axtarışlar" kitabı ilə bağlı idi. Mən Arif Məlikovun, Xəyyam Mirzəzadənin, Aqşin Əlizadənin, Məmməd Quliyevin, Fərəc Qarayevin, Rəhilə Həsənovanın dünya simfonik musiqisinə muğam prinsipləri ilə gətirdikləri yeniliyi sübut etmək istəyirdim. Onlar dünya simfonik musiqisinin inkişafına böyük təkan veriblər. Hazırda "Müasir Azərbaycan musiqisi dünya bədii ədəbiyyatının əsas meyilləri ilə kontekstdə" mövzusunda araşdırmalar aparıram. Əminəm ki, işimin indiki mərhələsində, müxtəlif humanitar intizamlarının kəsişdiyi zamanda dünyanın öndə gedən bəstəkarlarının müxtəlif, rəngarəng materiallarından istifadə etmək lazımdır.

Əslində qarşımda çox çətin məqsəd dayanıb. Amma bu çox qeyri-adi və maraqlı işdir.

- Zümrüd xanım, bəs sizin fikrinizcə, müasir cəmiyyətdə musiqinin rolu necədir?

- Əslində bütün kainat səslə və musiqi ilə doludur. Amma əsasən musiqi çox zaman boş vaxt əyləncəsinə çevrilir. Şəxsən mən yaxşı mahnını, bir saz improvizasiyasını dinləməyə qarşı deyiləm, lakin bütün musiqini təkcə bu janrlara aid etmək olmaz.

REKLAM

Burada KİV-in böyük rolu var. Çünki hər gün o qədər də istedadlı olmayan müğənnilərin ifasında keyfiyyətsiz olan eyni mahnıları səsləndirmək olmaz. Dahi Qara Qarayevimiz çox doğru qeyd edib ki, radiolara, hansısa bayağı mahnıların səslənməsi xahişi olan qutularla gələn məktubların əsas günahkarları elə radio işçilərinin özləridir. Çünki həmin bayağı musiqini təbliğ edən onlar özüdür.

- Azərbaycan musiqisindən söz düşəndə, gözünüzün önündə ilk olaraq kimləri təsəvvür edirsiniz?

- İlk öncə Üzeyir Hacıbəylini. Çünki onun Azərbaycanın tək musiqi tarixində yox, millətimizin formalaşmasında böyük rolunu qiymətləndirmək çox çətindir. Bu insan Şərq və Qərb musiqisinin arasında olan böyük Çin divarını sökməyə nail oldu. O, yeni musiqi mədəniyyətinin bünövrəsini qoydu, milli musiqi irsimizdən çox şeyləri aşkarladı. Bir dəfə bu müdrik kəlamla rastlaşdım: "İnsanlar var öz ideyalarından ötrü ölməyə hazırdır, amma elə şəxslər də var ki, o ideyaları həyata keçirmək üçün yaşayırlar". Üzeyir bəy məhz bu insanların sırasına daxil idi. Məhz bu sırada Qara Qarayev də dayanırdı. Onun zəhməti sayəsində Azərbaycan öndə gedən bəstəkar məktəblərinin sırasında dayandı. "Axı biz də dünyanın bir hissəsiyik", - deyə Qara Əbülfəz oğlu təkrar etməyi çox sevirdi. Bəs Fikrət Əmirovun musiqisi ilə fərəhlənməmək olarmı?

1988-ci ildə Q.Qarayevin yubiley gecəsi keçirilirdi və orda çıxış edən qazax bəstəkarı Q.Jubanovanın sözləri bu günə kimi yadımdadır. O, bəstəkarları alət arxasında əyləşib, böyük musiqi ustadlarının adlarını ucadan söyləməyə çağırdı: "Kim bilir, bəlkə bizdə bayağı musiqisi o qədər çoxdur ki, biz dahi adları çox gec-gec yada salırıq və deməli, incəsənətin meyarlarını itiririk", - deyə söylədi.

Bu gün Azərbaycan sürətlə dünya siyasətinə, iqtisadiyyatına və mədəniyyətinə qatılır. Arif Məlikovun "Məhəbbət əfsanəsi" baleti dünya səhnələrində qoyulur, böyük uğurla F.Əlizadənin, Q.Qarayevin əsərləri nüfuzlu festivallarda səslənir, peşəkarların əhatəsində C.Quliyevin, F.Hüseynovanın, R.Həsənovanın bəstələri çox yüksək qiymətləndirilir.

Bir dəfə 20-ci əsrin məşhur bəstəkarı Messiandan müasir musiqidə nə baş verdiyini soruşurlar, o isə belə cavab verir: "Heç nə baş vermir. Musiqi dahini gözləyir". Düşünürəm ki, bu dərin və mənalı sözlərdə böyük həqiqət var.

Bu gün Azərbaycanın musiqi həyatı çox müxtəlifdir. Bakı bir çox beynəlxalq forumların mərkəzinə çevrilir. Burada M.Rastropoviç adına festivalları, saz müsabiqələrini, Opera və Balet Teatrında, dünyada məşhur olan rəssamların böyük quruluşlarını qeyd etmək istərdim. Bu yaxınlarda Şəkidə "İpək yolu" festivalı başa çatdı. Qəbələdə artıq ikinci dəfə start götürən "Muğam dünyası" adlı festival dünyamiqyaslı bir hadisəyə çevrildi. O, ətrafında bir çox alimləri və musiqiçiləri topladı. Həmin festival çərçivəsində keçirilən simpoziumda mən "Azərbaycan simfoniyasında milli model axtarışı" adlı məruzəmlə çıxış etdim. Həmçinin "Muğam" jurnalının müxbiri kimi çalışırdım, forumun qonaqlarından müsahibələr alırdım. Və deyilən fikirləri eşidəndə çox qürurlanırdım.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Qara Qarayevin baletləri Böyük Teatrın səhnəsində

Fərhad Bədəlbəyli: "Klassik əsər yazan bəstəkarın qarşısında diz çökürəm"

Bölmənin digər xəbərləri
 
Fərhad Bədəlbəyli: "Klassik əsər yazan bəstəkarın qarşısında diz çökürəm"
Rektor indiki mühitdə ciddi bəstəkar olmağı böyük fədakarlıq hesab edir

Ağaxan Abdullayev: "Gənclər çox işləməyi öyrənməlidirlər"
Xanəndə xatırladır ki, bütün dövrlərdə sənətkar yetişdirmək çətin olub

Azərbaycan xalçası YUNESKO yolunda
Azərbaycan xalçasının YUNESKO-nun irs siyahısına daxil edilməsi ilə bağlı proses öz axarı ilə gedir.

Film Fonduna yeni materiallar daxil edilib
Azərbaycanın ilk qadın kinomexaniki Nailə Bədəlovanın sənədləri, orden-medalları və başqa arxiv materialları Dövlət Film Fonduna təqdim edilib.

"Koroğlu" operası 3 şəhərin səhnəsində
Üzeyir Hacıbəylinin "Koroğlu" operası MDB-nin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun dəstəklədiyi layihə çərçivəsində İstanbul, Roma və Neapolda səhnəyə qoyulacaq.

Ramiz Quliyev Niaqarada
Azərbaycanın xalq artisti, tarzən Ramiz Quliyev Kanadanın Niaqara şəhərində beynəlxalq musiqi festivalında iştirak edəcək.

Bir neçə animasiya filmi istehsal olunub
"Azanfilm" kinostudiyası tərəfindən bir neçə yeni animasiya filmi istehsal olunub.

"Qafqaz qartalının uçuşu" hazırdır
Azərbaycanın "Salnamə" və Sankt-Peterburqun "Lennauçfilm" kinostudiyalarının birgə istehsalı olan "Qafqaz qartalının uçuşu" sənədli filmi tam hazırdır.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər