Hal-hazırda Ayna qəzetinin 24.07.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 24.07.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Ağaxan Abdullayev: "Gənclər çox işləməyi öyrənməlidirlər"
Ağaxan Abdullayev: "Gənclər çox işləməyi öyrənməlidirlər"
Xanəndə xatırladır ki, bütün dövrlərdə sənətkar yetişdirmək çətin olub
Şənbə, 24.07.2010

Xatun mətn ölçüsü  

Xalq artisti, xanəndə Ağaxan Abdullayev bu qənaətdədir ki, bu gün sənətkar yetişdirmək çox çətindir. Xatırladır ki, yaxşı sənətkarın yetişməsi üçün illər lazımdır. Amma Ağaxan Abdullayevin gileyi qədər-qismətlə bağlı olsa da, gələcəyə nikbinliklə baxır:

"Sənətkarlar 20-30 il çalışırlar. Püxtələşmiş, zirvəyə qalxdığı vaxtda isə ömür vəfa qılmır. Bunu böyük sənətkarlar haqqında həmişə deyirəm. Onların vaxtsız vəfatı bizə çox pis təsir edir. Düzdür, ömür Allahın əlindədir. Bu nə dostların, nə də qohumların yardımı ilə düzəlir".

Onun fikrincə, sənətkarlar bundan sonra da yetişəcək. Lakin o bu qənaətdədir ki, hər dövrün öz sənətkarı olur. Onun sözlərinə görə, sənətə yeni gələnlər heç vaxt əvvəlki sənətkarları təkrarlamayacaqlar:

"Heç kim heç kimin yerini tutmur. Heç oğul da atasının yerini tuta bilmir. Ola bilər ki, oğul atadan da irəlidə olsun. Bizdən əvvəl də böyük sənətkarlar olub. Bizdən sonra da yaxşıları olacaq".

Son dövrlər yeni nəsil xanəndə və müğənnilər əvvəlki nəsil tərəfindən tənqid atəşinə tutulsa da, Ağaxan Abdullayev yeni nəsildən razıdır. O bu qənaətdədir ki, yeni sənətçilər arasında istedadı olanlar var.

REKLAM

Sadəcə, onlar çox çalışmalıdırlar:

"Gənclər öz üzərlərində işləməyi öyrənməlidirlər. Sənətə gözəl səsli xanəndələr gəlirlər. Onların gələcəyinə inanıram. Sadəcə, zəhmətkeş olmalıdırlar. Bunu etsələr, xanəndə ola bilərlər".

Sənətkarın estradaya baxışı isə fərqlidir. Onun fikrincə, oxuyan çox olsa da, onların arasında sənətkar azdır:

"Ümumiyyətlə, hər dövrdə istər estradada, istərsə də muğam sənətində sənətkarlar az-az yetişir. İndi estradada vəziyyət belədir. Xeyli oxuyan var. Sənətkar isə barmaqla sayılası qədərdir".

Xanəndə Alim Qasımov isə hesab edir ki, bir müddət sonra onu unutduracaq sənətkarlar peyda olacaq:

"Həyatda hər şey dəyişir. İnsanlar da elədir. İnsanların yerini doldurmaq həyatın öz qanunudur. İnşallah, elə gənclər gələcəklər ki, bizi də unutduracaqlar. Həyat heç kimlə bitmir. Məncə, həyata bədbin baxmaq düz deyil. Sənətkarlar dünyasını dəyişirlər, yerlərinə başqası gəlir. Bu, həmişə belə olacaq".

Canəli Əkbərov da həmkarları ilə eyni fikirdədir. O da ümid edir ki, yaxın vaxtlarda əsl sənətlə məşğul olan istedadlara meydan açılacaq.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Üç rayonda məhəllə meydançaları yaradılıb

Gənclər Evi yaradılır

Region teatrları gənc aktyorlar üçün cəlbedici deyil

Bölmənin digər xəbərləri
 
Fərhad Bədəlbəyli: "Klassik əsər yazan bəstəkarın qarşısında diz çökürəm"
Rektor indiki mühitdə ciddi bəstəkar olmağı böyük fədakarlıq hesab edir

Zümrüd Dadaşzadə: "Bizim sənətimizə soyuq münasibət məni təəccübləndirir"
İştirak etdiyim mədəni tədbirlərin birində Zümrüd xanımla tanış oldum.

Azərbaycan xalçası YUNESKO yolunda
Azərbaycan xalçasının YUNESKO-nun irs siyahısına daxil edilməsi ilə bağlı proses öz axarı ilə gedir.

Film Fonduna yeni materiallar daxil edilib
Azərbaycanın ilk qadın kinomexaniki Nailə Bədəlovanın sənədləri, orden-medalları və başqa arxiv materialları Dövlət Film Fonduna təqdim edilib.

"Koroğlu" operası 3 şəhərin səhnəsində
Üzeyir Hacıbəylinin "Koroğlu" operası MDB-nin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun dəstəklədiyi layihə çərçivəsində İstanbul, Roma və Neapolda səhnəyə qoyulacaq.

Ramiz Quliyev Niaqarada
Azərbaycanın xalq artisti, tarzən Ramiz Quliyev Kanadanın Niaqara şəhərində beynəlxalq musiqi festivalında iştirak edəcək.

Bir neçə animasiya filmi istehsal olunub
"Azanfilm" kinostudiyası tərəfindən bir neçə yeni animasiya filmi istehsal olunub.

"Qafqaz qartalının uçuşu" hazırdır
Azərbaycanın "Salnamə" və Sankt-Peterburqun "Lennauçfilm" kinostudiyalarının birgə istehsalı olan "Qafqaz qartalının uçuşu" sənədli filmi tam hazırdır.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər