Hal-hazırda Ayna qəzetinin 24.07.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 24.07.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Fərhad Bədəlbəyli: "Klassik əsər yazan bəstəkarın qarşısında diz çökürəm"
Fərhad Bədəlbəyli: "Klassik əsər yazan bəstəkarın qarşısında diz çökürəm"
Rektor indiki mühitdə ciddi bəstəkar olmağı böyük fədakarlıq hesab edir
Şənbə, 24.07.2010

Xatun mətn ölçüsü  

"Simfonik əsərlər yazan gənc bəstəkarlarımız barmaqla sayılacaq qədərdir. Ancaq bu gün bütün dünyada klassik və simfonik musiqi yazanların sayı azalıb. Hətta Bethoven və Bramsın ölkəsi olan Almaniyada klassik musiqi yazan bəstəkarlara nadir hallarda rast gəlmək olar. Biz Qara Qarayev, Fikrət Əmirovun vaxtında yaşamırıq, indi ab-hava, cəmiyyət dəyişib. Bu gün şou-biznes hökmranlıq edir".

Bu sözləri deyən Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli hesab edir ki, şou-biznesdə populyarlıq, qazanc çox zəhmət tələb olunmadan tez bir zamanda əldə edilir. Rektorun fikrincə, simfoniya yazan bəstəkar bir notun üzərində saatlarla işləyir. Ancaq estrada musiqisini bir günə yazır və bununla da populyarlaşırlar:

"İndiki mühitdə ciddi bəstəkar olmaq böyük fədakarlıq tələb edir. Klassik musiqi yazan bəstəkarın qarşısında diz çökürəm. Axı, Qarayevin, Əmirovun vaxtında klassik musiqinin hörməti vardı, bəstəkar böyük məbləğdə pul alırdı. Bəstəkar simfonik əsər yazırdı və onu Moskvaya bir aylıq istirahətə göndərirdilər. Ona görə də o zaman klassik musiqi inkişaf edirdi. Bu gün bir az dirçəliş prosesi gedir, Mədəniyyət və Turizm Nazirliyində qonorarlar artır. Bəlkə pulun naminə yazmağa başladılar. Fikrimcə, ciddi sənətdə pul birinci sırada dayanmamalıdır. Bu sənətdə ilk sırada bəstəkarın ambisiyası, istedadı dayanmalıdır.

REKLAM

Sözsüz ki, pul bu gün hər kəsə, xüsusilə kişilərə lazımdır. Məişət problemləri çoxdur, ona görə də indiki cavan bəstəkarlara kömək etmək lazımdır. Əks halda, klassik musiqimiz məhv olar".

F.Bədəlbəylinin fikrincə, sovet dövründə ideologiya mədəniyyətə də hopmuşdu: "Biz kommunistləri tənqid, təhqir edirik, ancaq onlar mədəniyyəti sovet ideologiyasının bir qolu kimi yüksəklərə qaldırırdılar. Ona görə də Şostakoviç, Qarayev kimi yaradıcı insanlara böyük hörmət var idi. Çünki bilirdilər ki, onların əsərlərinin Amerikada səslənməsi sovet hökumətinə böyük "kozır"lar verir. Mən başa düşürəm ki, bu gün vəziyyət ağırdır, müharibə şəraitindəyik, min dərdimiz var. Bir şeyi bilmək lazımdır ki, bizim mədəniyyət bu gün informasiya müharibəsində ən qabaqcıl yeri tutur. Avstriyada "Arşın mal alan" operasını səhnələşdirəndə hamı deyirdi ki, "bu cür yüksək dramaturgiya, musiqi gözləməzdik, biz heç bilməmişik ki, azərbaycanlılar buna qadir millətdir". Üzeyir Hacıbəyov bircə öz "Arşın mal alan"ı ilə min diplomatın bacarmadığını etdi. Azərbaycan musiqisi böyük silahdır, bu silahdan səmərəli istifadə etmək lazımdır".

Musiqi Akademiyası rektorunun fikrincə, Qara Qarayevin, Fikrət Əmirovun, Üzeyir Hacıbəyovun əsərləri dünyanın müxtəlif ölkələrində səslənsə, müsəlmanlar haqqında mənfi rəylərin hamısı puç olar:

"Çox təəssüfləndim ki, Milli Məclisin üzvləri mədəniyyəti bu cür qiymətləndiriblər. Biz ancaq mədəniyyətin inkişafı ilə irəliyə gedə bilərik. Neft Səudiyyə Ərəbistanında da var, guya, biz çalışıb-vuruşsaq, yaponlardan yaxşı texnika-maşın və ya kompüter düzəldəcəyik? Biz yaşamışıq və çox şey görmüşük, bəs bizdən sonra gələn nəsil nə görəcək? Azərbaycan bəyəm Abu-Dabidir? Abu-Dabidə hər şey qızıldandır, hamının altında bahalı maşın, villa... Ancaq onların ədəbiyyatı, teatrı, musiqisi, operası yoxdur. O zaman belə ənənə var idi ki, hər kənddə, rayonda bir balaca kitabxana, konsert salonu, musiqi məktəbi olmalıdır. Yoxsa bizim mədəniyyətimiz yaşaya bilməz. Bir müddət əvvəl Gəncədə konsert verdim, oranın camaatı klassik musiqiyə necə qulaq asırdı, ilahi. Gəncə min dəfə Bakıdan yaxşıdır. Mən Gəncədə ev tikdirib, orada yaşamaq istəyirəm. Bakıda tıxaclardan və tikintidən başqa nə qalıb ki? Ona görə də mən deyirəm ki, tək Bakıya deyil, regionlara da diqqət yetirmək lazımdır. İdmana diqqət edirik, qayğı göstəririk, hər yerdə bir kompleks tikilir, bəs mədəniyyət? Konsert salonları, musiqi məktəbləri niyə olmasın? Axı, bu, bizim sərvətimizdir. Üzeyir Hacıbəyovun qoyduğu yol qızıl yoldur. O bizim üçün hər şey yaradıb və qoyub gedib, gəlin bu sərvəti talan etməyək. Bu sərvəti dağıtmaq asan, qorumaq isə çətindir".

"Milli musiqinin inkişafı üçün qanunvericilik bazasında yeni qərarların qəbuluna ehtiyac varmı?" sualına cavab verən F.Bədəlbəyli belə təklif etdi ki, ağsaqqalın, peşəkarın sözünü önə çəkmək lazımdır. Onun fikrincə, biz öz mövqeyimizi açıqlamaq, öz sözümüzü deməkdən qorxmamalıyıq:

"Bəziləri düşünürlər ki, söz deyərəm, inciyərlər. Ancaq siz yaxşıya yaxşı, pisə pis deməlisiniz. Bizdə ancaq tərifnamədir - "dünya şöhrətli", "görkəmli", "dahi" adını kimə gəldi aid edirlər. Amma həmin adamı heç Maştağadan o yana heç kim tanımır. Nə tərif, nə də təhqir olmalıdır. Sadəcə, normal, obyektiv tənqid lazımdır, o da bizdə çatışmır. Vaxtilə Əfrasiyab Bədəlbəyli, Cəfər Cəfərov əsl tənqidçi idilər. Onların tənqidi heç zaman təhqir xarakteri almırdı. Əksinə, çox sevə-sevə tənqid edirdilər. Ona görə də Zeynəb Xanlarovanın yaratdığı Leyli obrazı hələ də yaddaşlardan silinməyib.

Bu gün şou-biznesə ayaq basan hər bir "ulduz" ilk addımında "mənəm-mənəm" deyir. Belə yaramaz, məqsəd olmalıdır. Üzeyir Hacıbəyovun qurduğu bina çox səviyyəli idi. Mənim tələbələrim Murad Adıgözəlzadə, Murad Hüseynov bu yolu davam etdirirlər. Ancaq onlardan sonra da kimsə olmalıdır. Bu zənciri kəsməməliyik, kəsdiksə, batıb gedəcək. Hər bir sahədə məktəb olmalıdır. Yoxsa "mən heç kimi bəyənmirəm, mahnı yazıram, hamıdan öndə mənəm"lə davam etsək, məhv olacağıq. Bu yol bizi uçuruma aparır...".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Qara Qarayevin baletləri Böyük Teatrın səhnəsində

Zümrüd Dadaşzadə: "Bizim sənətimizə soyuq münasibət məni təəccübləndirir"

Bölmənin digər xəbərləri
 
Ağaxan Abdullayev: "Gənclər çox işləməyi öyrənməlidirlər"
Xanəndə xatırladır ki, bütün dövrlərdə sənətkar yetişdirmək çətin olub

Zümrüd Dadaşzadə: "Bizim sənətimizə soyuq münasibət məni təəccübləndirir"
İştirak etdiyim mədəni tədbirlərin birində Zümrüd xanımla tanış oldum.

Azərbaycan xalçası YUNESKO yolunda
Azərbaycan xalçasının YUNESKO-nun irs siyahısına daxil edilməsi ilə bağlı proses öz axarı ilə gedir.

Film Fonduna yeni materiallar daxil edilib
Azərbaycanın ilk qadın kinomexaniki Nailə Bədəlovanın sənədləri, orden-medalları və başqa arxiv materialları Dövlət Film Fonduna təqdim edilib.

"Koroğlu" operası 3 şəhərin səhnəsində
Üzeyir Hacıbəylinin "Koroğlu" operası MDB-nin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun dəstəklədiyi layihə çərçivəsində İstanbul, Roma və Neapolda səhnəyə qoyulacaq.

Ramiz Quliyev Niaqarada
Azərbaycanın xalq artisti, tarzən Ramiz Quliyev Kanadanın Niaqara şəhərində beynəlxalq musiqi festivalında iştirak edəcək.

Bir neçə animasiya filmi istehsal olunub
"Azanfilm" kinostudiyası tərəfindən bir neçə yeni animasiya filmi istehsal olunub.

"Qafqaz qartalının uçuşu" hazırdır
Azərbaycanın "Salnamə" və Sankt-Peterburqun "Lennauçfilm" kinostudiyalarının birgə istehsalı olan "Qafqaz qartalının uçuşu" sənədli filmi tam hazırdır.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər