Hal-hazırda Ayna qəzetinin 24.07.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 24.07.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Azərbaycanlıların adqoyma fantaziyası zəifdir
Azərbaycanlıların adqoyma fantaziyası zəifdir
Körpələrə niyə çayların, göllərin, dağların, yazılı ədəbiyyat qəhrəmanlarının adları verilməsin?
Şənbə, 24.07.2010

A.Akif mətn ölçüsü  

Bu gün soyadların 80 faizi məhz "- ov", "- yev" sonluğu ilə qurtarır. Soyadların 10 faizi "zadə", 10 faizi isə "- lı", "- li" sonluqları ilə bitir. Öyrəndik ki, Milli Elmlər Akademiyasında yaradılan komissiya bununla bağlı konsepsiya hazırlayıb. Sənədə əsasən, Azərbaycanda "-ov", "- yev" sonluqlu soyadları minimuma endirmək nəzərdə tutulub. MM mədəniyyət komitəsinin sədri Nizami Cəfərovun sözlərinə görə, bu sonluqlu soyadlar 30-cu illərdə Azərbaycanda zorən tətbiq olunub.

"Məsələnin mürəkkəbliyi bundadır ki, biz bunu təkcə Azərbaycan Respublikasının vətəndaşları üçün hazırlamırıq. Təkliflər milli baxımdan o qədər əsaslandırılmalıdır ki, onu bütün 50 milyonluq azərbaycanlı qəbul etsin".

N.Cəfərov onu da bildirdi ki, AMEA-nın komissiyası şəxsləri təhqir edən, milli mentalitetə yad olan adlar qoyulmasını da qadağan etməyi təklif edir. Söhbət əsnasında onu da öyrəndik ki, aparılan araşdırmalar Azərbaycanda adqoyma fantaziyasının o qədər də zəngin olmadığını üzə çıxarıb. Məsələn, rəsmi statistikaya əsasən, Azərbaycanda 40500 nəfər Əli adında insan var. Azərbaycanda ən populyar olan ikinci ad Elçindir. Təxminən 35 min insan bu adın daşıyıcısıdır. Vüqar adlı 33 min, Anar adlı 31 min, Elnur adlı 30 min, Samir adlı 29 min, Elşən adlı 28 min Azərbaycan vətəndaşı var.

Qızlar arasında ən populyar ad isə Sevincdir. Bu gün Azərbaycanda 47 min qız bu adı daşıyır. İkinci yerdə Günel (40 min), üçüncü yerdə Leyla (35 min) qərarlaşıb. Bundan əlavə, qızlar arasında Aygün, Günay, Sevda, Vüsalə, Könül, Təranə adları da populyardır. Rəsmi statistikaya görə, ölkədə 3 min Sevinc Məmmədova var. Əliyev Əlilərin də sayı təxminən 3 mindir. Bundan əlavə, ölkədə 2500 Günel Məmmədova, 2400 nəfər Elçin Məmmədov var.

Komitə sədri Azərbaycanda yeni adların gündəmə gətirilməsinə ehtiyac olduğunu bildirdi. Onun sözlərinə görə, artıq bununla bağlı təkliflər hazırlanıb. Həmin təkliflərə əsasən, çayların, göllərin, dağların, yazılı ədəbiyyat örnəklərindəki qəhrəmanların adlarının da uşaqlara verilməsi tövsiyə olunacaq:

"Azərbaycanda mümkün qədər çox ad olmalıdır. Bu sahədəki bir problem də odur ki, yeni doğulan uşaqlara babalarının və ya nənələrinin adları qoyulur. Nəticədə yeni adlar yaranmır. Mən özüm bu ənənəni pozmağa çalışmışam. Nəvələrimdən birinin adı Atilla, digərininki Alpərdir. Öz soyad sonluğumu isə yaşımın keçməyinə görə dəyişmirəm. Mənə elə gəlir ki, bu yaşdan sonra soyad sonluğumu dəyişmək yerinə düşməzdi".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Soyadlar milliləşdiriləcək

İndiki deputatların əksəriyyəti bu il də seçiləcək

Bölmənin digər xəbərləri
 
Akif Aşırlıdan mətbuat tarixi
Redaktor araşdırmasının 2-ci cildini işıq üzünə çıxardı

Gələn ay pensiya və müavinətlər artır
Gələn aydan respublikada pensiya və müavinətlərin həcminin artacağı gözlənir.

Səhiyyə Məcəlləsi hazırlanır
Yaxın vaxtlarda Səhiyyə Məcəlləsi hazırlanacaq.

Ailə Məcəlləsinə yeni təkliflər gəlir
Ailə Məcəlləsinə təklif olunan dəyişikliklər sırasında ailə quran cütlüklər arasında nikaha daxil olmazdan öncə nikah müqaviləsinin imzalanması, onlardan sağlamlıqla bağlı arayış tələb edilməsi məsələləri var.

Hərbi sahədə informasiya əldə etmək...
Bu da mədəniyyət tələb edir

Hərbi mətbuat tariximiz də var
Hərbi mövzuda yazılar "Əkinçi" ilə yaşıddır

Dünən II ixtisas qrupunda qəbul imtahanları idi
Məleykə Abbaszadə: "Bu il 600-dən çox bal toplayanlar daha çox olacaq"

Cəsarətli jurnalistikaya ehtiyac
Media Mərkəzində 22 iyul Mətbuat günü, Azərbaycan mətbuatının 135 illiyilə bağlı toplantıda ölkədə jurnalistikanın problemləri olduğu, ifadə azadlığı sahəsində problemlər yaşandığı barədə söz getmiş, həm də bu problemlərin aradan qaldırılmasının gəncləşməsi vacib olan "cəsarətli jurnalistika"dan keçdiyi vurğulanmışdır.

Ali təhsil ocaqlarında adambaşına maliyyələşdirmə tətbiq ediləcək
Lakin tələbəyə azad seçim imkanı tanınır

Jurnalist mükafatı hansı mənbədən qəbul edə bilər?
Öz peşə təşkilatından, çalışdığı redaksiyadan və siyasətlə məşğul olmayan ictimai təşkilatdan...



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər