Hal-hazırda Ayna qəzetinin 24.07.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 24.07.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Hərbi mətbuat tariximiz də var
Hərbi mətbuat tariximiz də var
Hərbi mövzuda yazılar "Əkinçi" ilə yaşıddır
Şənbə, 24.07.2010

Cəsur Sümərinli mətn ölçüsü  

Çox maraqlıdır ki, bizim hərbi mətbuat tariximiz də "Əkinçi" ilə başlanırmış. "Əkinçi" qəzetinin nəşr olunduğu zaman - 1875-77-ci illərdəki ordu islahatları da onun səhifələrində əksini tapıb. Qəzetin bir sıra saylarında hərbi sahə ilə bağlı məlumatlar, kiçik şərhlər yer alır. "Əkinçi" 1877-ci ildə "Təzə xəbərlər" rubrikasında hərbi mövzuya daha çox yer vermişdi. Bu baxımdan biz Azərbaycanda ordu və KİV münasibətlərinin tarixinin ölkədə ilk milli mətbuatın yaranması ilə eyni dövrə aid olduğunu iddia edə bilərik.

19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində bir sıra yazılı orqanlarda hərbi sahə ilə bağlı müəyyən məlumatlar işıq üzü görməsinə baxmayaraq, Azərbaycanda hərbi KİV-in inkişafına məhz ötən əsrin əvvəllərində - Azərbaycan Demokratik Respublikasının mövcud olduğu 1918-20-ci illərdə başlanılıb. O zaman yeni formalaşdırılan Azərbaycan Ordusu ilə bağlı müxtəlif məlumat və məqalələr bir sıra qəzetlərdə işıq üzü görürdü. "Azərbaycan" qəzetinin elə ilk sayında (15 sentyabr, 1918-ci il) hərbi xidmətə çağırışın uğurla başa çatması barədə məqaləyə rast gəlirik. Bu məqalədə problemlərdən də danışılır: orduya çağırış yaşının qeyri-müəyyən olmasının çağırış prosesində bəzi çətinliklər yaratdığı qeyd olunur. Qəzetin 11-ci sayında (16 oktyabr, 1918) dərc olunan məqalədə isə Azərbaycanda milli hərbi xidmətin çətinliklərindən bəhs olunur. Buna səbəb olaraq aşağıdakılar göstərilir:

- birincisi, çar Rusiyasında Azərbaycan vətəndaşlarının orduda xidmətdən uzaqlaşdırılması,

- ikincisi, əksər azərbaycanlıların Vətən qarşısında öz borclarını bilmədikləri,

- üçüncüsü, çağırış yaşının qeydə alınması və sənədləşdirilməsi ilə bağlı ortaya çıxan problemlər.

Bu məqalənin maraqlı məqamlarından biri Azərbaycanda ordu quruculuğunun perspektivləri ilə bağlı proqnozların əks olunmasıdır. Qeyd olunur ki, qardaş Osmanlı İmperiyasının dəstəyi ilə Azərbaycanın təhlükəsizliyini qoruya biləcək ordu yaradılması prosesi gedir: "bu dəstək nəticəsində Azərbaycan Ordusu müasir silah, təminat - təchizat, təcrübəli zabitlər və ən əsası milli özünüdərki əldə edəcək".

ADR dövründə Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunda həyata keçirilən islahatlar və görülən tədbirlər barədə məlumatların şəffaflığına ciddi şəkildə riayət olunmasına çalışılıb. Mövzuya dair dövri mətbuatda ("Azərbaycan", "Açıq söz", "İstiqlal" və s.) əksini tapmış bir sıra məlumatlar maraq doğurur. Araşdırmalar zamanı o dövrdə işıq üzü görən bir sıra qəzetlərdə Azərbaycan ordusunda məvacib sisteminin quruluşu, şəxsi heyətin say tərkibi kimi məlumatların dərc olunduğunu müşahidə edirsən, halbuki müasir dövr Azərbaycanında bu tip məlumatların açıqlanması qeyri-rəsmi şəkildə arzuolunmaz hesab edilir.

ADR-in 80 illik yubileyi ilə bağlı 1998-ci ildə Azərbaycanda keçirilən rəsmi tədbirlər silsiləsində çap olunmuş "Azərbaycan Demokratik Respublikası (1918-1920). Ordu" adlı kitabda o dövrdə mətbuatda ordu ilə bağlı əksini tapmış çoxsaylı məlumatlar, faktlar, qərarlar, əmrlər və sərəncamlar əksini tapıb. Bu kitabın özü ADR dövründə ordu və KİV münasibətlərini və ümumiyyətlə, ordu quruculuğunu araşdırmaq istəyən oxucular üçün qiymətli mənbə hesab edilə bilər.

Əslində ADR dövründə və ondan sonrakı müddətdə Silahlı Qüvvələrin fəaliyyəti ilə bağlı ictimai məlumatlandırmada ayrı-ayrı mətbuat orqanlarının və həmçinin hərbi sahədə fəaliyyət göstərən jurnalistlərin səyləri diqqət çəkir.

Tanınmış hərbi jurnalist Şəmistan Nəzirlinin bu istiqamətdə araşdırmaları maraqlıdır. Onun "Hərbi bilik" jurnalının 1993-cü ildə dərc olunmuş ilk sayındakı yazısında Azərbaycanın hərbi mətbuat tarixindən söhbət açılır. Bildirilir ki, 1828-ci ildən Tiflisdə rus dilində nəşrə başlayan "Tiflisskiye vedomosti" qəzetinin ayrı-ayrı saylarında Azərbaycan süvari alayları ilə bağlı yazıları və əlahiddə Qafqaz ordu qərargahında hərtərəfli biliyə malik alim kimi tanınan polkovnik Abbasqulu ağa Bakıxanovun xidməti xüsusi olaraq qeyd edilməlidir. Rəsmi hərbi qulluqda olan Abbasqulu ağa ayrıca qəzet və ya jurnal nəşr etdirməyib, lakin həmin qəzetin səhifələrində Rusiya - İran və Rusiya - Türkiyə müharibələri barədə orijinal və tərcümə əsərləri ilə çıxış etmişdir.

Araşdırmalar göstərir ki, Azərbaycanda hərbi sahədə ilk jurnal 1922-ci ilin sentyabr ayında fəaliyyətə başlayan "Savadlı qırmızı əsgər"dir. Ayda bir dəfə nəşr olunan, əsgərlər üçün nəzərdə tutulan siyasi, ictimai, ədəbi-elmi məcmuə yeni yaranmış Azərbaycan diviziyasının orqanı olub. Naşiri və məsul redaktoru Hüseyn Rəhmanov olan jurnal əsgərlərin savadlanması, onların döyüş hazırlığı, silaha qulluq qaydaları və s. yazılar dərc edirdi.

Azərbaycanda ilk hərbi qəzetin tarixi 1920-ci ildən "Qırmızı əsgər"lə başlayır. Azərbaycan diviziyası siyasi şöbəsinin orqanı olan bu qəzet 1925-ci ildən "Qızıl əsgər" adı ilə nəşr olunub. Diviziya və alay qəzetlərini öz ətrafında birləşdirən qəzetin baş redaktoru yazıçı Hacıbaba Nəzərli olub. Məhz onun rəhbərliyi ilə qəzetin nəzdində hərbi nəşriyyat yaradılıb.

Ş.Nəzirlinin araşdırmalarına görə, sözügedən nəşriyyatın nəşr etdirdiyi kitabların əksəriyyəti tərcümə ədəbiyyatından ibarət idi. Nəşriyyatın işıq üzünə çıxardığı orijinal əsərlərdən yalnız general Əli ağa Şıxlinskinin iki hərbi əsəri - "Ruscadan türkcəyə qısa döyüş sözlüyü" (1926), "İşçi - kəndli qızıl ordusu topçusunun döyüş təlimatnaməsi" (1927) mövcuddur.

Xatırladaq ki, 1925-ci ildən Zaqafqaziya respublikalarında hərbi tərcümə kollegiyaları təşkil edilir. Azərbaycan hərbi tərcümə kollegiyasının baş redaktoru vəzifəsinə keçmiş Azərbaycan ordusunun tam artilleriya generalı Əli ağa Şıxlinski təyin olunmuşdu.

1928-ci ildən "Savadlı qırmızı əsgər" jurnalı artıq "Qızıl əsgər" adı altında həm məzmun, həm də tərtibat baxımından daha sanballı nəşr olunmağa başlayır. Azərbaycanda hərbi mətbuat ənənələrinin formalaşmasında tarixi rol oynamış Əli ağa Şıxlinskinin təklifi ilə jurnala "Hərbi bilik" adı verilir. Azərbaycan atıcılıq diviziyası siyasi şöbəsinin orqanı olan "Hərbi bilik" jurnalının məsul redaktorları komissar Hüseyn Rəhmanov və diviziya komandiri Cəmşid Naxçıvanski olublar.

Xatırladaq ki, 1934-cü ildə bölük və alay qəzetlərinin ümumi sayı səksənə yaxın idi. "Qızıl əsgər" qəzeti ilə yanaşı, "Dəmir mübarizə", "Qızıl topçu", "Döyüşün səsi", "Qızıl bayraq", "Fəhlə - kəndli qızıl ordusu" adlı çoxsaylı alay qəzetləri nəşr olunurdu.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Röyanın səhhəti pisləşib

İnformasiya "sipər"ləri

Əflatun Amaşov: "Mətbuat Şurası işlək bir təşkilatdır və hesabat verməyə də hər zaman hazırdır"

Azərbaycan mətbuatının neçə yaşı var?

Mətbuat gününə - mətbuat tarixi

Bölmənin digər xəbərləri
 
Akif Aşırlıdan mətbuat tarixi
Redaktor araşdırmasının 2-ci cildini işıq üzünə çıxardı

Gələn ay pensiya və müavinətlər artır
Gələn aydan respublikada pensiya və müavinətlərin həcminin artacağı gözlənir.

Səhiyyə Məcəlləsi hazırlanır
Yaxın vaxtlarda Səhiyyə Məcəlləsi hazırlanacaq.

Ailə Məcəlləsinə yeni təkliflər gəlir
Ailə Məcəlləsinə təklif olunan dəyişikliklər sırasında ailə quran cütlüklər arasında nikaha daxil olmazdan öncə nikah müqaviləsinin imzalanması, onlardan sağlamlıqla bağlı arayış tələb edilməsi məsələləri var.

Hərbi sahədə informasiya əldə etmək...
Bu da mədəniyyət tələb edir

Dünən II ixtisas qrupunda qəbul imtahanları idi
Məleykə Abbaszadə: "Bu il 600-dən çox bal toplayanlar daha çox olacaq"

Cəsarətli jurnalistikaya ehtiyac
Media Mərkəzində 22 iyul Mətbuat günü, Azərbaycan mətbuatının 135 illiyilə bağlı toplantıda ölkədə jurnalistikanın problemləri olduğu, ifadə azadlığı sahəsində problemlər yaşandığı barədə söz getmiş, həm də bu problemlərin aradan qaldırılmasının gəncləşməsi vacib olan "cəsarətli jurnalistika"dan keçdiyi vurğulanmışdır.

Azərbaycanlıların adqoyma fantaziyası zəifdir
Körpələrə niyə çayların, göllərin, dağların, yazılı ədəbiyyat qəhrəmanlarının adları verilməsin?

Ali təhsil ocaqlarında adambaşına maliyyələşdirmə tətbiq ediləcək
Lakin tələbəyə azad seçim imkanı tanınır

Jurnalist mükafatı hansı mənbədən qəbul edə bilər?
Öz peşə təşkilatından, çalışdığı redaksiyadan və siyasətlə məşğul olmayan ictimai təşkilatdan...



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər