Ailə Məcəlləsinə yeni təkliflər gəlir
|
Şənbə, 24.07.2010
|
|
mətn ölçüsü |
|
|
|
Ailə Məcəlləsinə təklif olunan dəyişikliklər sırasında ailə quran cütlüklər arasında nikaha daxil olmazdan öncə nikah müqaviləsinin imzalanması, onlardan sağlamlıqla bağlı arayış tələb edilməsi məsələləri var. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu təkliflərin də Ailə Məcəlləsində əksini tapmasının tərəfdarıdır. Komitənin cədr müavini Sədaqət Qəhrəmanova deyir ki, bu gün gənclər nikaha girərkən sağlamlıqları barədə bir-birlərinə məlumat vermirlər. Amma əslində bu, belə olmamalıdır. Nikaha daxil olmaq istəyən cütlüklər sağlamlıqları haqqında bir-birlərinə məlumat verməlidirlər.
Bundan başqa, hazırda cəmiyyətimizdə özünü göstərən fəsadlar - infeksion xəstəliklər, talassemiya və s. göstərir ki, gələcək nəsil nə qədər böyük təhlükə qarşısındadır:
"Ona görə biz tibbi arayış tələb edilməsi məsələsinin məcəllədə əksini tapmasını istəyirik. Nikah müqaviləsinə gəlincə, bu gün bütün boşanmalarda ortaya çıxan ən böyük problemlərdən biri nikah müqaviləsinin yoxluğu ilə bağlıdır. Nikah müqaviləsi yoxdursa, burada əmlak mübahisəsi ortaya çıxır və çox zaman da qadının arzularını hüquqi cəhətdən müdafiə etmək mümkün olmur. Əgər ailə quranlar arasında nikah müqaviləsi imzalanarsa, gənc qızlar sonradan digər problemlərlə üzləşməzlər".
|
|
|
Oxşar xəbərlər:
Gələn ay pensiya və müavinətlər artır
|
|
|