Hal-hazırda Ayna qəzetinin 24.07.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 24.07.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Akif Aşırlıdan mətbuat tarixi
Akif Aşırlıdan mətbuat tarixi
Redaktor araşdırmasının 2-ci cildini işıq üzünə çıxardı
Şənbə, 24.07.2010

İ.Umudlu mətn ölçüsü  

Tarixçi alim və "Şərq" qəzetinin redaktoru Akif Aşırlı keçən il nəşr etdirdiyi "Azərbaycan mətbuat tarixi" kitabının II hissəsini də işıq üzünə çıxardı və 1920-1990-cı illəri əhatə edən bu hissənin Atatürk Mərkəzində media isimlərinin iştirakı ilə təqdimatı keçirildi.

Milli mətbuatımızın 135 illiyinin qeyd edildiyi bu günlərdə belə bir kitabın işıq üzü görməsini və onun təqdimatını Rəşad Məcid bu yubileyin ən önəmli tədbirlərindən biri adlandırdı. Rəşad Məcid qeyd etdi ki, 1920-1990-cı illər zaman kəsimində mövcud olmuş mətbuata bu gün münasibət birmənalı deyil, lakin onda qürur duyulmalı, öyrənilməli məqamlar az deyildir, bu mənada Akif Aşırlının "Azərbaycan mətbuat tarixi" kitabının bu hissəsi qiymətlidir. Burada biz gözdən keçirilən dövrdə mövcud olmuş mətbuat orqanlarının hansı zərurətdən yarandığı və nə kimi bir yol keçdiyi göz önündə sərgilənir.

Kitabın elmi redaktoru, professor Cahangir Məmmədli (BDU) də deyir ki, jurnalistikamız üçün sovet dövrü mürəkkəb bir dövrdür, bu dövrə dair çox şeyi inkar etmişik, amma elə şeylər var ki, onları inkar etmək mümkün deyil. Cahangir Məmmədli müəllifin mövzuya həm xronoloji, həm də tipoloji yanaşmasını düzgün saydı. Yəni mətbuatımız həm tarixi dövrlərə, həm də ideoloji məsələlərə görə təsnif olunmuşdur. 135 illik tarixi olan mətbuatımızın şərəfli bir yol keçdiyini xatırladan professor hesab edir ki, bu kitab jurnalistika tariximizdə mövcud olan müəyyən bir boşluğu doldurur.

BDU-da jurnalistikanın tədrisi ilə məşğul olan dosent Akif Rüstəmov da öz növbəsində kitaba dəyər verdi. Alim qeyd etdi ki, "Doğrudur, Qərb mətbuatı ilə müqayisədə bizim yaşımız azdır, lakin Azərbaycan mətbuatı şərəfli bir yol keçmişdir. Mətbuat tarixində heç nə, hətta "samizdat"lar da unudulmamalı, hər fəaliyyətin öz real qiyməti verilməlidir".

Müəllifi belə bir kitabın işıq üzü görməsi münasibətilə təbrik edən və ona uğurlar diləyən Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı da bu nəşri yüksək qiymətləndirdi və bu kitaba görə müəllifin bu il Həsən bəy Zərdabi mükafatına təqdim olunduğunu söylədi. Elçin Şıxlı bu mükafatı müəyyən mənada "avans" adlandırdı və əmin olduğunu bildirdi ki, müəllif 1990-cı ildən sonrakı müstəqillik dövrümüzün - mətbuatımız üçün keçid dövrünün də tarixini yazacaqdır.

Xatırladaq ki, Akif Aşırlının "Azərbaycan mətbuat tarixi" kitabının I hissəsi 1875-ci ildən 1920-ci ilə qədərki dönəmini əhatə edirdi. Haqlı olaraq qeyd edildiyi kimi, obyektiv qiymət verə bilmədiyimiz sovet dönəminin mətbuat tarixi isə ilk dəfə Akif Aşırlı tərəfindən populist yanaşmadan uzaq olmaqla tədqiq edilir, onun mənzərəsi verilir və 80-ci illərin sonlarında çağdaş jurnalistikaya keçid dönəmi təhlil olunur.

Müəllif özü deyir: "Sovet dövrü jurnalistikamıza bu gün birmənalı münasibət yoxdur, fərqli fikirlər səslənir. Belə bir kitaba ehtiyac olduğunu gördüm və boşluğu doldurmağa çalışdım. Bu kitab eyni zamanda mənim Azərbaycan mətbuat tarixinin niyə yazılmadığı sualına özümün tapdığım cavabdır. Mən, sadəcə, bu proseslərə bir vətəndaş olaraq tərəfsiz və qərəzsiz, obyektiv şəkildə yanaşmağa çalışdım".

 


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

İnformasiya "sipər"ləri

Əflatun Amaşov: "Mətbuat Şurası işlək bir təşkilatdır və hesabat verməyə də hər zaman hazırdır"

Azərbaycan mətbuatının neçə yaşı var?

"GEN" MMC-nin məhkəməsində qarşılıqlı ittihamlar

Milli mətbuatın 135 illik yubileyi qeyd ediləcək

Bölmənin digər xəbərləri
 
Gələn ay pensiya və müavinətlər artır
Gələn aydan respublikada pensiya və müavinətlərin həcminin artacağı gözlənir.

Səhiyyə Məcəlləsi hazırlanır
Yaxın vaxtlarda Səhiyyə Məcəlləsi hazırlanacaq.

Ailə Məcəlləsinə yeni təkliflər gəlir
Ailə Məcəlləsinə təklif olunan dəyişikliklər sırasında ailə quran cütlüklər arasında nikaha daxil olmazdan öncə nikah müqaviləsinin imzalanması, onlardan sağlamlıqla bağlı arayış tələb edilməsi məsələləri var.

Hərbi sahədə informasiya əldə etmək...
Bu da mədəniyyət tələb edir

Hərbi mətbuat tariximiz də var
Hərbi mövzuda yazılar "Əkinçi" ilə yaşıddır

Dünən II ixtisas qrupunda qəbul imtahanları idi
Məleykə Abbaszadə: "Bu il 600-dən çox bal toplayanlar daha çox olacaq"

Cəsarətli jurnalistikaya ehtiyac
Media Mərkəzində 22 iyul Mətbuat günü, Azərbaycan mətbuatının 135 illiyilə bağlı toplantıda ölkədə jurnalistikanın problemləri olduğu, ifadə azadlığı sahəsində problemlər yaşandığı barədə söz getmiş, həm də bu problemlərin aradan qaldırılmasının gəncləşməsi vacib olan "cəsarətli jurnalistika"dan keçdiyi vurğulanmışdır.

Azərbaycanlıların adqoyma fantaziyası zəifdir
Körpələrə niyə çayların, göllərin, dağların, yazılı ədəbiyyat qəhrəmanlarının adları verilməsin?

Ali təhsil ocaqlarında adambaşına maliyyələşdirmə tətbiq ediləcək
Lakin tələbəyə azad seçim imkanı tanınır

Jurnalist mükafatı hansı mənbədən qəbul edə bilər?
Öz peşə təşkilatından, çalışdığı redaksiyadan və siyasətlə məşğul olmayan ictimai təşkilatdan...



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər