Hal-hazırda Ayna qəzetinin 17.07.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 17.07.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Daha bir erməni saxtakarlığı təsdiqləndi
Bu - gürcü kilsəsi imiş!
Şənbə, 17.07.2010

U.İsmayıl mətn ölçüsü  

Qonşu Gürcüstan ərazisində, özəlliklə paytaxt Tbilisinin qədim məhəllələrində yerləşən tarixi kilsələrin mənsubiyyəti üstündə ermənilər və yerli gürcülər arasında vaxtaşırı mübahisələr qopur. Hətta buna iki ölkənin kilsə rəhbərləri, siyasi rəhbərlik də müdaxilə etməli olur. Ermənilər sıxışdırmaya məruz qaldıqları, tarixi abidələrinin "şovinist gürcülər" tərəfindən qəsb edildiyi barədə beynəlxalq qurumlara şikayətlər də edirdilər. Lakin bu dəfə oğurluq üstündə yaxalanmış duruma düşüblər.

Bu günlərdə həmin mübahisələrin birinə aydınlıq gəlib. Söhbət Tbilisidə yerləşən, indi ermənilərə aid olan Muqni kilsəsindən gedirdi. Gürcülər bu kilsənin tarixən onlara məxsus olduğunu bilir, lakin bunu ermənilərə sübut edə bilmirdilər. Nəhayət, həmin kilsənin ətrafında qazıntı işləri aparmalı olmuş və kilsənin gürcü kilsə mədəniyyətinə aidliyi sübuta yetirilmişdir. Bəlli olub ki, bu kilsənin təməli XIII-XIV yüzillərdə xristian gürcülər tərəfindən qoyulubmuş. Sonrakı yüzillərdə isə ermənilər bu kilsəni mənimsəmişlər. Gürcülərdə isə bu kilsənin onlara aidliyi barədə şübhələr mövcud idi. Lakin əldə sənəd yox idi. Odur ki, arxeoloji qazıntılara qərar verilmişdir. Bu barədə Gürcüstan Milli Muzeyinin arxeoloji mərkəzinin rəhbəri Quram Mirsxulava mediaya açıqlama vermişdir.

Qeyd edək ki, erməni tərəfi bu açıqlamanı hiddətlə qarşılamış və onun doğruluğunu şübhə altına alan yazılar yaymışlar. Lakin 1356-cı ildə inşa olunmuş bu kilsənin ermənilərə nə dərəcədə aidliyini sübut edən sənəd yaxud fakt təqdim etməyiblər. Gürcü tərəf isə konkret arxeoloji faktlardan danışır...



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Tiflisdə bina çöküb, dağıntı altında qalanlar var

"Qarın şərhi" Tiflisdə nəşr edildi

Ruslara Qarabağda kilsə tikdirmək planı

Bölmənin digər xəbərləri
 
Ermənilər şəhid əsgərin cəsədini gizlədirlər
Onlar Azərbaycanın bəzi KİV-lərində getmiş yanlışlığı xəbisliklə əllərində bayraq edirlər

Prezident Bakının inkişaf planı ilə tanış olub
Dənizkənarı ərazilərdə kurort zonaları salınacaq

İlham Əliyev İran prezidentinə başsağlığı verib
Azərbaycan prezidenti İlham Əliyev İran prezidenti Mahmud Əhmədinejada başsağlığı məktubu göndərib.

"Borçalı" Cəmiyyəti jurnalistləri mükafatlandırdı
Qaliblər arasında qəzetimizin 3 əməkdaşı da yer alıb

Avropa Məhkəməsinin qərarından apellyasiya şikayəti
Azərbaycan narazıdır

Ruslara Qarabağda kilsə tikdirmək planı
Ermənilərin bu fitnəkarlığı iflasa uğraya bilər



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər