Hal-hazırda Ayna qəzetinin 17.07.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 17.07.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Avropa Məhkəməsinin qərarından apellyasiya şikayəti
Azərbaycan narazıdır
Şənbə, 17.07.2010

S.Abbas mətn ölçüsü  

Azərbaycan dünən Avropa İnsan Hüquqları Məhkəməsinin Eynulla Fətullayevlə bağlı qərarından Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatasına şikayət göndərib. Bu barədə Azərbaycan hökumətinin Avropa Məhkəməsindəki xüsusi nümayəndəsi Çingiz Əsgərov "Turan"ın sualının cavabında bildirib.

Çingiz Əsgərovun sözlərinə görə, Avropa İnsan Hüquqları Məhkəməsinin Eynulla Fətullayevlə bağlı qərarı iyulun 22-də icra qüvvəsinə minir və Böyük Palata Azərbaycan hökumətinin şikayətini rədd edərsə, məhkəmənin qərarı qüvvəyə minəcək.

Bu il aprelin 22-də Avropa İnsan Hüquqları Məhkəməsi "Realnıy Azerbaydjan" və "Gündəlik Azərbaycan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin ədalətli mühakimə hüququnun pozulduğunu tanıyıb və jurnalistin dərhal azadlığa buraxılması barədə qərar qəbul edib. Eyni zamanda, Avropa məhkəməsi Azərbaycan dövlətini jurnalistin xeyrinə 25 min avro məbləğində cərimə edib.

E.Fətullayev Avropa məhkəməsinə onun barəsində Azərbaycan məhkəmələrinin iki həbs qərarından şikayət verib. O, 2007-ci ilin aprelində birinci məhkəmə qərarı ilə 2 il 6 ay, həmin ilin oktyabrında ikinci məhkəmə qərarı ilə 8 il 6 ay həbs cəzasına məhkum edilib. 2009-cu ilin dekabrında isə jurnalistə qarşı həbsxanada narkotik saxlama ittihamı ilə yeni iddia irəli sürülüb və o, 2 il yarım müddətə azadlıqdan məhrum edilib.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Azərbaycan məhkəmələrinin qərarları ləğv edilib

Eynulla Fətullayevin cəzası üç il də artırıla bilər

Bloggerlərin məhkəməsi yanvarın 22-də davam edəcək

Eynulla Fətullayevin işi "qərar gözləmə" mərhələsində

Eynulla Fətullayev 2 ay da təcridxanada qalacaq

Bölmənin digər xəbərləri
 
Ermənilər şəhid əsgərin cəsədini gizlədirlər
Onlar Azərbaycanın bəzi KİV-lərində getmiş yanlışlığı xəbisliklə əllərində bayraq edirlər

Prezident Bakının inkişaf planı ilə tanış olub
Dənizkənarı ərazilərdə kurort zonaları salınacaq

İlham Əliyev İran prezidentinə başsağlığı verib
Azərbaycan prezidenti İlham Əliyev İran prezidenti Mahmud Əhmədinejada başsağlığı məktubu göndərib.

"Borçalı" Cəmiyyəti jurnalistləri mükafatlandırdı
Qaliblər arasında qəzetimizin 3 əməkdaşı da yer alıb

Ruslara Qarabağda kilsə tikdirmək planı
Ermənilərin bu fitnəkarlığı iflasa uğraya bilər

Daha bir erməni saxtakarlığı təsdiqləndi
Bu - gürcü kilsəsi imiş!



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər