Azərbaycan prezidenti İlham Əliyev İran prezidenti Mahmud Əhmədinejada başsağlığı məktubu göndərib. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məktubda dövlət başçısı Zahedan şəhərində baş verən partlayışlar nəticəsində çoxsaylı insan tələfatından kədərləndiyini bildirib:
"Hörmətli cənab prezident, Zahedan şəhərində baş verən partlayışlar nəticəsində çoxsaylı insan tələfatı məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm".
|