Hal-hazırda Ayna qəzetinin 17.07.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 17.07.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Prezident Bakının inkişaf planı ilə tanış olub
Prezident Bakının inkişaf planı ilə tanış olub
Dənizkənarı ərazilərdə kurort zonaları salınacaq
Şənbə, 17.07.2010

C.Məzahiroğlu mətn ölçüsü  

Azərbaycan prezidenti İlham Əliyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Bakının ərazi inkişaf planı ilə tanış olub. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov Prezident İlham Əliyevə Bakı şəhərinin Baş Planının (1986-2005-ci illər) icrası barədə məlumat verib.

Bakı Dövlət Layihə İnstitutu tərəfindən 1:500 miqyasında hazırlanmış maket üzərində Prezident İlham Əliyevə inşası başa çatmış və hazırda davam edən tikintilər haqqında məlumat verilib.

Dövlət başçısı Bakının küçə və prospektlərində, şəhərin digər yerlərində aparılacaq abadlıq və tikinti-quruculuq işləri ilə maraqlanıb. Prezident Bakıda aparılacaq tikinti işlərinin müasir tələblərə uyğun icrası barədə konkret tapşırıqlar, yeni tikililərlə bağlı təkliflərin hazırlanması barədə göstərişlər verib.

Prezident İlham Əliyev qeyd edib ki, Bakının sahilboyu ərazilərində turizmin inkişafı üçün böyük imkanlar var. Bu məqsədlə dənizkənarı ərazilərdə kurort zonalarının salınması daha yaxşı olar. Dübəndi, Türkan və Zığ ərazilərində inkişafın layihələndirilməsi işlərinə başlanılmalıdır. Yeni tikililərdə problemlər kompleks şəkildə həllini tapmalıdır. Bundan əlavə, şəhərin mərkəzində sənaye müəssisələrinin inşasına icazə verilməməlidir.

Sonra dövlət başçısına Bakının mərkəzinin üçölçülü sxemi əsasında görüləcək işlər barədə məlumat verilib. Qeyd olunub ki, tikinti ərazilərinin sahibkarlara məhəllələr üzrə təklif edilməsi və inşaat işlərinin vahid layihə əsasında aparılması daha səmərəli nəticələr verər. Bu zaman yaşayış sahələri ilə yanaşı, parkların və əyləncə yerlərinin yaradılması da əvvəlcədən nəzərə alınmalıdır. Bununla yanaşı, məhəllələrin inşası zamanı avtomobil yollarının genişləndirilməsi tıxacların aradan qaldırılmasına və hərəkətin sərbəstliyinə imkan yaradar.

Prezident İlham Əliyev Bakı şəhərinin mərkəzi hissəsinin yenidən qurulmasının müfəssəl planlaşdırma layihəsi və təklif olunan nəqliyyat sxemi ilə birlikdə istinad planı, Bakı Baş Planının 2030-cu ilədək inkişaf konsepsiyasının əsas prinsipləri ilə tanış olub.

Dövlət başçısına Sumqayıt və Xırdalan şəhərlərinin ərazi inkişaf planı haqqında da məlumat verilib. Qeyd olunub ki, Azərbaycan paytaxtına yaxın olan bu şəhərlərdə aparılan yenidənqurma, abadlıq-quruculuq işləri Böyük Bakının inkişaf planına uyğunlaşdırılmalıdır.

Prezident İlham Əliyev Sumqayıt və Xırdalan şəhərləri üzrə təkliflərin mütəxəssislər tərəfindən ayrı-ayrılıqda öyrənilməsinin və dəqiqləşdirilməsinin vacibliyini vurğulayıb, həmçinin Bakı şəhərinin ərazi inkişaf planının icrasına dair tapşırıq və tövsiyələrini verib.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

İlham Əliyev Barak Obamaya təbrik məktubu göndərib

İlhamə Quliyeva xeyirxah pəri obrazında

"Mən nişanlı deyiləm"

Püşkatma kimə nə vəd edir?

"Bakı gecələri" II estrada müsabiqəsi başlayır

Bölmənin digər xəbərləri
 
Ermənilər şəhid əsgərin cəsədini gizlədirlər
Onlar Azərbaycanın bəzi KİV-lərində getmiş yanlışlığı xəbisliklə əllərində bayraq edirlər

İlham Əliyev İran prezidentinə başsağlığı verib
Azərbaycan prezidenti İlham Əliyev İran prezidenti Mahmud Əhmədinejada başsağlığı məktubu göndərib.

"Borçalı" Cəmiyyəti jurnalistləri mükafatlandırdı
Qaliblər arasında qəzetimizin 3 əməkdaşı da yer alıb

Avropa Məhkəməsinin qərarından apellyasiya şikayəti
Azərbaycan narazıdır

Ruslara Qarabağda kilsə tikdirmək planı
Ermənilərin bu fitnəkarlığı iflasa uğraya bilər

Daha bir erməni saxtakarlığı təsdiqləndi
Bu - gürcü kilsəsi imiş!



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər