Təbriz təcridxanasında məhbus ziyalıların sayı 17-yə çatıb. Hüquq-mühafizə orqanları Güney Azərbaycan türklərinin milli-mədəni haqlarını tələb edənlərə qarşı təzyiqlərə ara vermir. "butovazerbaycanbirliyi"nə istinadən bildirilir ki, bölgələrdə həbs edilənlər "əlavə istintaq","xüsusi" dindirmələr üçün Təbrizə göndərilir.
Onların bir qisminin adları bəlli olub: Ayət Mehrəlibəyli (60 gündür saxlanır), Aydın Xaceyi (51 gün), Behbud Quluzadə (50 gün), Bəhmən Nəsirzadə (48 gün), doktor Əlirza Abdullahi (48 gün), mühəndis Şəhram Ramehr (46 gün), doktor Lətif Həsəni (46 gün), şair-jurnalist Əkbər Azad (45 gün), Həmidə Fərəczadə (45 gün), Heydər Kərimi (31 gün), mühəndis Mahmud Fəzli (31 gün), Nəim Əhmədi (25 gün), mühəndis İbrahim Rəşidi (25 gün), Yunis Süleymani (22 gün), Zəhra Fərəczadə (19 gün), Şükrulla Qəhrəmani (17 gün), Həsən Rəhimi Bayat (17 gün).
|