Hal-hazırda Ayna qəzetinin 17.07.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 17.07.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
AB və Azərbaycan müzakirələrə başladılar
AB və Azərbaycan müzakirələrə başladılar
Assosiasiya sazişi ölkəyə ciddi inkişaf düsturu təlqin edir
Şənbə, 17.07.2010

İdrak Abbasov mətn ölçüsü  

Dünən Bakı Biznes Mərkəzində Azərbaycan Respublikası ilə Avropa Birliyi arasında assosiasiya sazişi üzrə danışıqlar başlayıb ("Turan"). Danışıqlara Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, AB tərəfindən isə birliyin danışıq qrupunun rəhbəri Cohn Krayer rəhbərlik edir.

Assosiativ saziş layihəsi Avropa Birliyi ilə Azərbaycan arasında siyasi, təhlükəsizlik, iqtisadiyyat, ticarət, qanunun aliliyi, demokratiya, insan haqlarına hörmət, bazar iqtisadiyyatının genişləndirilməsi sahəsində əməkdaşlıq məsələlərini nəzərdə tutur.

"Azərbaycan Avropa Birliyi ilə assosiasiya sazişinin imzalanacağını çox müsbət qarşılayır. Hesab edirik ki, bu sazişin imzalanması ölkədə islahatların daha da dərinləşməsinə təkan verəcək", - xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev qeyd edib.

Onun fikrincə, sazişdə siyasi təhlükəsizlik və təhsil sahələrinə daha geniş yer verilməlidir: "Regionda siyasi stabillik, təhlükəsizlik, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələlərinə diqqət ayrılmalıdır".

Mahmud Məmmədquliyev deyib ki, Azərbaycan Avropa Birliyinə "Müasirləşmə haqqında" sənədin imzalanmasını da təklif edib. "Azərbaycan bu sənədi yaxın zamanda Avropa Birliyinə təqdim edəcək. Sənəd iqtisadi sahədə, demokratik təsisatların inkişafı, mütəşəkkil cinayətkarlıq, çirkli pulların yuyulması, korrupsiyaya qarşı birgə mübarizəni nəzərdə tutur", - nazir müavini bildirib.

Avropa Birliyi danışıq qrupunun rəhbəri Cohn Krayer bildirib ki, assosiasiya sazişi ilə bağlı Cənubi Qafqazda danışıqların eyni vaxtda başlaması əməkdaşlıqda yeni mərhələnin başlanğıcıdır. "Sənəd iqtisadi, ticarət, bazar iqtisadiyyatının genişləndirilməsi, yaxşı idarəçilik, demokratiya sahəsində Azərbaycan və regionla əməkdaşlığın inkişafına təkan verəcək", - o qeyd edib.

O, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına qəbulunu arzuladığını diqqətə çatdırıb: "Bu, əməkdaşlıqda mühümdür".

Tərəflər assosiasiya sazişi üzrə danışıqların müvəffəqiyyətlə başa çatacağını bildiriblər.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"NABUCCO" ətrafinda siyasi hesablar tam dəqiqləşməyib

Qarabağ Münaqişəsinin Tənzimlənməsinə dair İctimai Şuradan prezidentə təklif

Azərbaycan mətbuatının neçə yaşı var?

Almaniya yığması Bakıya gəlir

Rotterdama ümidlərlə

Bölmənin digər xəbərləri
 
"Hakimiyyət daxilində dəyişiklik gözlənilir"
Seçki ərəfəsində vəziyyətə dair proqnoz-hesabat

Ceyms Filips: "Tehran rejimi Azərbaycan üçün təhlükəlidir"
Məşhur amerikalı analitik Bakını xəbərdar etdi

Ermənistanın ianəsi ilə təhsil alan azərbaycanlılar
Marneuli rayonunun Xocerni kəndindən reportaj

Müsavat Partiyası ilə AXCP birləşmək qərarı verib
YAP isə bu birlik qərarını "xaricdən sifariş" sayır

"AB Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır"
AB ilə Azərbaycan arasında viza rejimi sadələşdirilə bilər

"Ədalətli həll modeli tapıla bilər"
Hakim partiyanın təmsilçisi nikbindir

Brişambo: "Seçkilərə əvvəlcədən qiymət vermək düzgün olmaz"
Almatıda ATƏT ölkələri xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü başlayıb

"Vətəndaş cəmiyyəti fəal olmayan ölkələrdə ..."
Cənubi Qafqaz ölkələrinin təhlükəsizlik sektorundakı vəziyyət İstanbulda müzakirəyə çıxarıldı

NATO baş katibinin müavini türk oldu
Rassmussen Türkiyənin şərtini yerinə yetirdi

Türk müxalifətçidən Azərbaycana jest
Parlamentar ATƏT-ə yazılı sorğu ünvanladı



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər