Hal-hazırda Ayna qəzetinin 17.07.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 17.07.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
"Hakimiyyət daxilində dəyişiklik gözlənilir"
"Hakimiyyət daxilində dəyişiklik gözlənilir"
Seçki ərəfəsində vəziyyətə dair proqnoz-hesabat
Şənbə, 17.07.2010

C.Məzahiroğlu mətn ölçüsü  

Prezident seçkisi öncəsi Azərbaycanın siyasi səhnəsində vəziyyət müəyyən qədər gərginləşə bilər. Hadisələrin indiki axarı yaxın perspektivdə Azərbaycanda yeni siyasi qüvvələrin formalaşacağından xəbər verir. Bu barədə "Future" Araşdırma - Proqnoz Mərkəzi ekspertlərinin növbəti simulyativ hesabatında bildirilir. Mərkəz 2008-2009-cu illərdə, o cümlədən 2010-cu ilin birinci yarısında baş verən hadisələri nəzərdən keçirərək qarşıdakı müddətdə Azərbaycanda reallaşa biləcək hadisələrin simulyativ proqnozunu "Ayna"ya təqdim edib.

Mərkəz hesab edir ki, parlament seçkiləri ciddi hadisələrlə müşayiət olunacaq. Xatırladaq ki, "Future" mərkəzi 2009-cu ilin sonlarında açıqladığı hesabatında bu il Azərbaycanın müxalifətinin seçki öncəsi geniş toplantı keçirməsi və əməkdaşlığa dair razılığa gəlməsini mümkün hesab etmişdi. "Müsavat və AXCP arasında seçkilərə münasibətdə yekdil münasibət nümayiş olunmasına dair xüsusi razılaşma imzalanması, bu razılaşmaya daha sonra 10-a yaxın siyasi partiyanın və qurumun qoşulması gözlənilir. Lakin seçkinin gedişi zamanı həmin qurumların birlik nümayiş etdirəcəyi şübhə doğurur", - deyə "Future" mərkəzi 2010-cu ilə dair proqnoz-hesabatında bildirmişdi. Göründüyü kimi, son vaxtlar baş verən hadisələr, Müsavat Partiyası və AXCP arasında baş tutan əməkdaşlıq prosesi proqnozu doğru çıxarıb.

Mərkəzin bu günlərdə açıqlanmış yeni hesabatında bir sıra proqnozlar əksini tapır. Bildirilir ki, avqust ayının ortalarında Azərbaycanda iki yeni seçki qurumunun yaradılması gözlənilir. Bunlardan biri iqtidar qüvvələrinə, digəri isə müxalifətə yaxın olacaq. İqtidar qüvvələrinə yaxın seçki qurumuna bir sıra partiyaların qatılması gözlənilir ki, onlar hazırda daha çox "iqtidaryönlü müxalifət partiyası" kimi tanınırlar.

"Future" mərkəzinin ekspertləri əmindirlər ki, 2010-cu il seçkisi Azərbaycanda siyasi qüvvələrin təkmilləşdirilməsi üçün əsas fürsətlərdən biri olacaq və bu seçki partiyaların fəaliyyətlərinin mövcud konturlarının dəqiqləşdirilməsinə birbaşa təsir göstərəcək. Mərkəz ekspertləri hesab edirlər ki, yaxın vaxtlarda Müsavat - AXCP birliyinə daxil olmaq istəyən bir sıra partiyaların və hərəkatların saf-çürük edilmə prosesinə başlanılacaq. Bu proses müxalif düşərgədə müəyyən narazılıqlarla müşayiət olunacaq. Hadisələrin hazırkı gedişi yaxın vaxtlarda Müsavat - AXCP arasında birləşmə olacağından xəbər vermir. Müşahidələr göstərir ki, seçki öncəsi belə bir birləşmənin olması sözügedən partiyaların qüvvə potensialına ciddi zərbə vura bilər. Bu mövzuya seçkilərdən sonra qayıdılması da proqnozlaşdırılmır.

"Future" mərkəzi Azərbaycan müxalifətinin avqust - sentyabr aylarında Bakı, Gəncə və Şirvan şəhərlərində kütləvi aksiya keçirməyə cəhd edəcəklərini bildirir. Xüsusilə də Şirvanda keçiriləcək kütləvi aksiyada regionda təbii fəlakət qurbanlarının problemlərinin, onlara verilməsi planlaşdırılan kompensasiyaların miqdarının artırılması məsələsinin qaldırılacağı gözlənilir. Amma bu aksiyanın müxalifətin sonrakı fəaliyyətinə hər hansı müsbət təsir göstərəcəyi bir az sual doğurur.

Bakıda mərkəzi yerlərdən birində keçirilməsi ehtimal olunan aksiyanın qarşısının alınacağı gözlənilir. "Future" 7 ay öncə irəli sürdüyü proqnozu təkrarlayır və qeyd edir ki, paytaxtda müxalifət partiyalarından birində hazırda rəhbər mövqe tutan şəxslərdən birinin hüquq-mühafizə orqanları tərəfindən saxlanma ehtimalı qalır.

2010-cu ilin sonuna qədər yeni əfv fərmanının imzalanması gözlənilir və nəticədə siyasi məhbus adlandırılan bir sıra şəxslər azadlığa çıxa bilər. Xatırladaq ki, "Future" keçən ilin sonunda yaydığı proqnoz-hesabatda 2010-cu ildə əfv fərmanının veriləcəyini və azadlığa çıxanlar arasında "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin də adının olacağını bildirmişdi.

Mərkəzin proqnozlarına görə, parlament seçkiləri ərəfəsində müxalifətin Qərb siyasi qüvvələri ilə təmaslarının artması gözləniləndir. Beynəlxalq təşkilatlar tərəfindən seçki ərəfəsi mühitin demokratik olmamasına dair bəyanatların səslənəcəyi ehtimaldan kənar deyil. Sentyabr ayında müxalifətin bir qrup nümayəndəsinin Avropa ölkələrinə səfəri güman olunur.

Müşahidələr göstərir ki, yaxın vaxtlarda hakimiyyət daxilində müəyyən dəyişikliklərin həyata keçirilməsi gözlənilir. Xüsusilə də iqtisadi sektor üzrə dövlət qurumlarında rəhbər vəzifə tutan şəxslərin dəyişdirilməsi və ya əvəz olunması gözlənilir. Eyni zamanda Prezident Adminstrasiyasının kadrları ilə bağlı müəyyən dəyişikliklər nəzərə çarpa bilər. Yeni Azərbaycan Partiyasının seçki prosesində fərqli bir fəaliyyət nümayiş etdirəcəyi istisna deyil.

Bəs parlament seçkilərində kimlər qalib gələcək? "Future" mərkəzi parlamentin hazırkı üzvləri arasından təxminən 90-a yaxın şəxsin yeni parlamentdə təmsil olunacağı proqnozunda israr edir. Eyni zamanda parlamentə müxalifət fraksiyasından, xüsusilə Müsavat - AXCP və onların ətrafında cəmləşmiş partiyalar qrupundan 3-4, digər müxalifət adlandırılan, amma faktik olaraq hakimiyyətin siyasətini dəstəkləyən qurumlardan 10-a yaxın yeni namizədin düşməsi gözlənilir. Parlamentə düşə biləcək Azərbaycanın mədəniyyət və incəsənət sahəsində fəaliyyət göstərən şəxslərin sayında azalma olacağı proqnozlaşdırılır. 5-6 nəfər tanınmış müğənni və aktyorun deputat seçilməsi mümkün sayılır.

"Future" mərkəzi onu da bildirir ki, parlamentə düşməkdə iddialı şəxslərdən bəziləri hazırda bir sıra KİV-lərdə rəhbər vəzifə tuturlar. Lakin onlardan heç də hamısı bu seçkini qazanmayacaq. Parlamentə düşmək imkanını əldə edən KİV rəhbərlərindən birinin təbliğat kampaniyası tanınmış müxalifət partiyasında parçalanmaya səbəb ola bilər.

Proqnoz onu göstərir ki, 2010-cu il seçkisi ümumilikdə Azərbaycanın siyasi həyatına o qədər də təsir etməyəcək. Amma bu seçki Azərbaycanın siyasi səhnəsindəki siyasi partiyaların yenidən formalaşması prosesində nöbəti təkan nöqtəsi olacaq ki, bu da 2013-cü il prezident seçkilərinə tamam fərqli vəziyyətlə gedişə yol açacaq...



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

YAP bələdiyyə seçkilərinə hazırlaşır

Avropa müxalifəti seçkilərə dəvət edir

Dərbənddəki varlığımıza qarşı mənhus planlar

Bələdiyyə seçkiləri sönük keçirilir

Görünən seçkiyə nə bələdçi?

Bölmənin digər xəbərləri
 
Ceyms Filips: "Tehran rejimi Azərbaycan üçün təhlükəlidir"
Məşhur amerikalı analitik Bakını xəbərdar etdi

Ermənistanın ianəsi ilə təhsil alan azərbaycanlılar
Marneuli rayonunun Xocerni kəndindən reportaj

Müsavat Partiyası ilə AXCP birləşmək qərarı verib
YAP isə bu birlik qərarını "xaricdən sifariş" sayır

AB və Azərbaycan müzakirələrə başladılar
Assosiasiya sazişi ölkəyə ciddi inkişaf düsturu təlqin edir

"AB Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır"
AB ilə Azərbaycan arasında viza rejimi sadələşdirilə bilər

"Ədalətli həll modeli tapıla bilər"
Hakim partiyanın təmsilçisi nikbindir

Brişambo: "Seçkilərə əvvəlcədən qiymət vermək düzgün olmaz"
Almatıda ATƏT ölkələri xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü başlayıb

"Vətəndaş cəmiyyəti fəal olmayan ölkələrdə ..."
Cənubi Qafqaz ölkələrinin təhlükəsizlik sektorundakı vəziyyət İstanbulda müzakirəyə çıxarıldı

NATO baş katibinin müavini türk oldu
Rassmussen Türkiyənin şərtini yerinə yetirdi

Türk müxalifətçidən Azərbaycana jest
Parlamentar ATƏT-ə yazılı sorğu ünvanladı



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər