Hal-hazırda Ayna qəzetinin 17.07.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 17.07.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Manat əmanətlərində azalma
Manat əmanətlərində azalma
Əhali xarici valyutaya etibarını itirmir
Şənbə, 17.07.2010

mətn ölçüsü  

May ayında əhali tərəfindən ölkə banklarına yatırılan əmanətlərin ümumi həcmi artsa da, manat üzrə cəlb edilmiş əmanətlərin həcmində azalma müşahidə edilib. Hesabat ayında milli valyuta üzrə əmanətlərin həcmi 8,6 milyon manat azalıb.

Mərkəzi Bankın məlumatına görə, 2010-cu ilin iyun ayının 1-i tarixinə əmanətlərin ümumi həcmi 2 milyard 474,7 milyon manat olub. Bu, əvvəlki ayla müqayisədə 0,3%, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 29,4 faiz çoxdur. May ayında ölkə banklarına yatırılmış əmanətlərin həcmi 7 milyon manat olub. 2010-cu ilin 5 ayı ərzində əmanətlərin həcmi 146,8 milyon manat artıb. Əmanətlərin 1,06 milyardı manatla, 1,42 milyardı isə xarici valyutada yatırılıb.

Aprellə müqayisədə milli valyuta ilə əmanət qoyuluşu 8,6 milyon manat azalıb. Bununla da manatın ümumi əmanətlərdə xüsusi çəkisi aprel ayındakı 43,3%-dən mayda 42,8%-ə düşüb.

Manatın strukturuna diqqət yetirdikdə bəlli olur ki, bu azalma tələb olunan əmanətlər hesabına baş verib. Belə ki, bir ayda bu növ əmanətlərin həcmi 16,6 milyon manat azalaraq 342,6 milyondan 326 milyon manata düşüb. Halbuki müddətli əmanətlər mayda 8 milyon manat artmışdı.

Dünya maliyyə bazarlarında qeyri-sabitliyə baxmayaraq, Azərbaycanda əhali xarici valyutaya etibarını hələ də saxlayır. Bunun göstəricisi odur ki, mayda xarici valyuta ilə əmanət qoyuluşunda artım qeydə alınıb. Artım həm müddətli, həm də müddətsiz əmanətlərdə müşahidə edilib. Hesabat ayında xarici valyuta əmanətləri 1 milyard 404,4 milyondan 1 milyard 420 milyon manata yüksəlib. Xarici valyuta üzrə müddətli əmanətlərin həcmi 5 milyon, müddətsiz əmanətlərin həcmi isə 10,6 milyon manat artıb.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Əhali əmanətlərini manatla saxlamağa üstünlük verir

Maliyyə Nazirliyi əmanətləri qaytarmaqda maraqlı deyil

Manat gələn il də sabit qalacaq

Mənfəət vergisi ləğv edilir

BVF bankların sayını azaltmağı tövsiyə edir

Bölmənin digər xəbərləri
 
İdxal məhsulları bahalaşacaq
Çünki avro dirçəlir

Beynəlxalq Bank dividendləri 2 dəfə azaltmaq istəyir
Son bir ildə ilk dəfə olaraq Azərbaycan Beynəlxalq Bankı (ABB) rüblük 6% hesabından səhmdarlarına dividend ödəmək təklifini səsləndirdi.

Dövlət büdcəsi tünd boyalarla
Milli Büdcə Qrupu son araşdırmanın yekunlarını təqdim edib

Güzəştli ipoteka kreditlərinin şərtləri dəyişdi
MB kreditlərin verilməsinə limit müəyyənləşdirir

Bu il inflyasiyanın səviyyəsi 1,48% olub
Keçən ay ən çox bahalaşma toyuq yumurtasında qeydə alınıb



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər