Hal-hazırda Ayna qəzetinin 17.07.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 17.07.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Güzəştli ipoteka kreditlərinin şərtləri dəyişdi
Güzəştli ipoteka kreditlərinin şərtləri dəyişdi
MB kreditlərin verilməsinə limit müəyyənləşdirir
Şənbə, 17.07.2010

Banu mətn ölçüsü  

Güzəştli ipoteka kreditlərinin verilmə şərtləri dəyişdirildi. Qaydalara bəzi əlavələr edildi. Mərkəzi Bank əlavə və dəyişiklikləri gələcək riskləri nəzərə alaraq borcalanın sabit gəlirlərinin olmasına daha dəqiq nəzarət etmək məqsədilə edib. Əgər əvvəlki şərtlərdə kreditin məbləği bazar qiymətinə uyğun hesablanırdısa, hazırkı dəyişikliklərlə əlaqədar burada əmlakın likvid qiyməti nəzərə alınır. Yəni veriləcək kreditin məbləği əmlakın likvid dəyərindən artıq olmamaq şərti ilə verilir.

Dəyişikliyin anlamı odur ki, Mərkəzi Bank və İpoteka Fondu verilən ipoteka kreditlərinin qaytarıla bilməməsindən ehtiyatlanır. Hər iki qurum ipoteka krediti qaytarılmayanda girov şəklində alınan mənzilin dəyərinin daha çox olmasında maraqlıdır. Nəzərə alsaq ki, fond alınan mənzilin dəyərinin yalnız 85 faizini maliyyələşdirir, o baxımdan likvid dəyərlə bağlı qoyulan tələb mənzillərin ipoteka kreditləri hesabına satılma şərtlərini ağırlaşdırır.

Yeni dəyişiklikdə borcalanın 12 aylıq iş təcrübəsi əsas tələb kimi qoyulur. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər üçün ən azı son iki illik dövr ərzində sabit maliyyə gəlirlərinin olması rəsmi sənədlər əsasında təqdim olunmalıdır.

Əvvəlki qaydalarda yaxın qohumlardan əmlak alınmasına icazə verilmirdi. Hazırkı dəyişiklikdə onların siyahısı da tələb olunur.

Yenilik bir də odur ki, əgər borcalanın, yəni kredit götürənin iş yeri şübhə doğurursa, Dövlət Sosial Müdafiə Fondundan həmin vətəndaşın şəxsi hesabından çıxarış tələb olunur. Mütəxəssislər deyirlər ki, dəyişikliklərdə ən ağırlaşdırıcı məqamlardan biri müvəkkil bankların borcalandan Dövlət Sosial Müdafiə Fondundakı şəxsi hesabından çıxarış tələb etməsidir. Belə çıxarışların istənilməsi tələb olunan sənədlərin sayının artmasına gətirib çıxaracaq. Eyni zamanda, kredit almaq yolunda vətəndaşın qarşısındakı əngəllərin sayını artırır.

Bu gün müvəkkil banklar tərəfindən adi ipoteka kreditlərinin verilişi davam etdirilsə də, güzəştli ipoteka kreditləri dayandırılıb. Güzəştli ipoteka kreditləri aprel ayına qədər daxil olmuş müraciətlər əsasında təmin olunur. Çünki aprel ayında Mərkəzi Bank tərəfindən bütün müvəkkil banklara adıçəkilən kredit üzrə vəsait bitdiyindən kredit verilməsini dayandırmaq haqda göstəriş verilib.

Sözsüz, əlavə və dəyişikliklər proqramın daha da sərtləşdirilməsinə təsir edir. İpoteka krediti alan üçün iş təcrübəsinin tələb kimi qoyulması, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən ən azı son iki illik dövr ərzində sabit maliyyə gəlirlərinin əks olunduğu sənəd tələb edilməsi şərtlərin ağırlaşdırılmasından xəbər verir. Qlobal maliyyə böhranı dövründə sahibkardan böhran dövründəki il üçün sabit gəlirlərlə bağlı arayışın tələb edilməsi nə iqtisadi, nə də digər faktorlarla izah edilə bilər. Çünki böhran sahibkarlıq fəaliyyətinə neqativ təsir göstərmişdir. Özü də tək Azərbaycanda deyil, bütün MDB ölkələrində son iki ildə sabit gəlirə malik sahibkarların sayı kifayət qədər azalıb.

Bu o deməkdir ki, kredit almaq üçün son iki illə bağlı sabit gəlir tələb olunması ipoteka kreditlərindən istifadə edənlərin sayca azalmasına və ya dairəsinin məhdudlaşmasına gətirib çıxaracaq. Bu, eyni zamanda, ipoteka üçün müraciət edənlərdən əlavə sənədin tələb olunması anlamına gəlir. Məlumdur ki, dövlət qurumlarından sənədlərin alınması, eləcə yığılması vaxt tələb edir. Unutmaq olmaz ki, ipoteka kreditlərinin alınması üçün tələb edilən sənədlərin sayı onsuz da çoxdur. Dəyişikliyə qədər həmin sənədlər 2 rəqəmlə ifadə olunurdu.

Güzəştli ipoteka kreditlərinə dəyişiklik MB-nin ipoteka kreditləri üçün müəyyən limitlər müəyyənləşdirməsinin əlamətidir. Xatırladaq ki, güzəştli ipoteka kreditlərinə ayrılan vəsait ilin birinci yarısında xərclənmişdir. Vəsait bitdikdən sonra MB ipoteka kreditlərinin verilməsi ilə bağlı daha ağır şərtlərin tətbiqinə keçdi. Bu da heç bir halda qəbul edilən deyil. İpoteka proqramının uğuru heç də şərtlərin ağırlaşdırılmasından ibarət olmamalıdır. Digər ölkələrdəki kimi şərtlərin yüngülləşdirilməsinə, vətəndaşın kreditlərə əlçatanlığının təmin edilməsinə, bu istiqamətə daha çox vəsait ayrılmasına nail olunmalıdır. Təəssüf ki, MB ipoteka proqramını maliyyələşdirmə mənbələrinin artırılması, onların müxtəlifliyinə nail olunması əvəzinə şərtləri ağırlaşdırmağa üstünlük verir.

Bu il güzəştli ipoteka kreditlərini maliyyələşdirməyə 14 milyon ayrılmışdı. Adi ipoteka kreditlərinin verilməsi üçün 75 milyon manatlıq ipoteka istiqrazlarının satışı proqnozlaşdırılır. İpoteka kreditlərinin verilməsi üçün yalnız 2 mənbə var. Son dəyişiklik də göstərir ki, fond maliyyə mənbələrini müxtəlifləşdirmək imkanına malik deyil.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Banklar müştərilərin etibarlılığını gözdən keçirir

Kredit alanların məsuliyyəti artacaq

İpoteka kreditləşməsində növbəti fasilə yarana bilər

Dünya Bankı və BVF təcavüzkara kredit verir

Bağimda üzüm qaldi...

Bölmənin digər xəbərləri
 
İdxal məhsulları bahalaşacaq
Çünki avro dirçəlir

Beynəlxalq Bank dividendləri 2 dəfə azaltmaq istəyir
Son bir ildə ilk dəfə olaraq Azərbaycan Beynəlxalq Bankı (ABB) rüblük 6% hesabından səhmdarlarına dividend ödəmək təklifini səsləndirdi.

Dövlət büdcəsi tünd boyalarla
Milli Büdcə Qrupu son araşdırmanın yekunlarını təqdim edib

Bu il inflyasiyanın səviyyəsi 1,48% olub
Keçən ay ən çox bahalaşma toyuq yumurtasında qeydə alınıb

Manat əmanətlərində azalma
Əhali xarici valyutaya etibarını itirmir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər